Icma.az
close
up
RU
Hər doğum günündə bir yaş da böyüyən sevgi Vətən müharibəsi şəhidi Amil Hüseynovun xatirəsinə

Hər doğum günündə bir yaş da böyüyən sevgi Vətən müharibəsi şəhidi Amil Hüseynovun xatirəsinə

Icma.az bildirir, 525.az portalına istinadən.

Bir körpə göz açdı dünyaya... Avqustun isti bir günündə, mayası igidliklə, qəhrəmanlıqla yoğrulan bir kəndin qoynunda! Ağlayaraq haray saldı bu dünyaya gəlişini, elə o an doldu ciyərlərinə bu vətənin, bu kəndin havası. Balaca ovucları ilə anasının barmaqlarından bərk-bərk yapışan bu körpə, sanki böyüklərin dünyasına qatılmağa tələsirdi. Baxışlarında günahsız bir dünyanın saflığı vardı. Elə o vaxtdan öz məsum baxışlarıyla bu dünyanın ağır yükünü çiyinlənəcəyindən xəbər verirdi. Adını Amil qoydular. Mənası - “Sözünə əməl edən”, “təsir edən”, “iş görən”, “əməl sahibi” deməkdir. Onun adı ilə həyatı arasında dərin bir uyğunluq var idi. O, bu adı sadəcə daşımadı – həyatı boyunca yaşadı, sübut etdi və haqqını verdi.

O, hələ çox balaca idi... Hələ topaqla oynayarkən həyatın nə olduğunu bilmirdi. Bircə onu yaxşı bilirdi ki, bu torpaq onundur. Torpaqla oynamaq onun üçün uşaq əyləncəsindən ziyadə bir bağlılıq idi. Oynamaqdan doymurdu, balaca əlləri palçığa bulaşır, təmiz paltarları toz-torpaq olurdu. Başı elə qarışırdı ki, anası onu çağıranda belə oyunundan ayrılmaq istəmirdi. Elə o vaxtdan çox sevirdi torpağın qoxusunu, ayaqlarının altında bir-birinə toxunub xışıldayan daşları. O sevgi zamanla böyüdü və Amilin ürəyində Vətənə çevrildi. “Qələbə” elə onun üçün o vaxt torpaqdan, daşdan qurduğu qalalar idi. O torpağın üstündə balaca barmaqlarıyla çəkdiyi cizgilərin zamanla böyüyüb bir şəhidin addım izlərinə çevriləcəyini anlalayacaq yaşda deyildi hələ.

O, artıq böyümüşdü... Hər şeyi dərk edirdi. Qəlbində böyüyən cəsarəti, mərdliyi, qeyrəti, əzmi, səxavəti, fədakarlığı, incəliyi, sevgini ayna kimi göstərən baxışlarındakı saflıq olduğu kimi qalırdı. Köçkünlük həyatının, doğma kəndindən uzaqda böyüməsinin, onun əlindən alınmış uşaqlığının acısı vardı köksündə. O saflığın içində düşmənə qarşı hiddət də böyütmüşdü. Bir zamanlar oyuncağı torpaq olan bu uşaq indi əllərində torpağı qorumaq üçün silah tuturdu. Əvvəllər üzərində oturub oynadığı torpağı qorumaq üçün indi ayağa qalxmışdı. O, təkcə döyüşmədi, həm də yaşatdı - ailəsinin, kəndinin adını, xalqının şərəfini, qürurunu.  İndi O, əsl qələbəni gerçəkləşdirmişdi. “Zəfərin Amili” olaraq əbədiyyətə qovuşdu. Amma bu əbədiyyət yoxluq deyil, onun yolunun sonsuzluğudur. Onun üçün daim axan zamanın tıqqıltısıdır. 

Torpağın azadlığı uğrunda bitən hekayə, torpaqla başlamışdı... Artıq 16 avqust təkcə bir evin, bir ailənin deyil, butün Azərbaycanın qəlbində tarixə çevrilmiş bir gündür. Bu günün xatirəsi bütün xalq üçün bir qəhrəmanın doğum günü olaraq doğmalaşıb. Gənc surəti, yaraşıqlı cismi, yaşındakı 34 rəqəmi dəyişməyən doğum günlərində hər il böyüyən yalnızca sevgi və qəhrəmanlıqdır.

Və bu gün onun həsrəti ilə böyüyən bir kədər içində doğulduğu günü yad edirik. Doğum günündə onun təzə geyimi yenilənən plakatları, fotolarıdır. Hədiyyələri məzarına düzülən gülləri, açılan süfrəsi isə bir fatihə duası və bir qismət halvasıdır. Biz isə bu sadə və müqəddəs, fəqət ağrılı həqiqətlə barışmağa məcburuq.

Sən daha böyümürsən, igid, yaşının üstünə yaş gəlmir, amma hər doğum günündə bir az da ucalırsan! Çünki sən bu vətən üçün doğulmuş oğulsan! Cənnətdəki 39 yaşın mübarək!

Ruhun şad, məkanın cənnət olsun, qəhrəman şəhid!

Həyat yolu haqqında qısa arayış: Hüseynov Amil Rasim oğlu 1986-cı il avqust ayının 16-da Füzuli rayonun Əhmədalılar kəndində anadan olmuşdur. Birinci sinifə Bakıda fəaliyyət göstərən Ağdam rayon 36 saylı tam orta məktəbində getmiş və həmin məktəbin məzunu olmuşdur. Orta məktəbi bitirdikdən sonra 2004-2006-cı illər ərzində Beynəlxalq Sülhməramlı ordu tərkibindəki Kosovoda fəaliyyət göstərən Azərbaycan Sülhməramlı qoşunlarında həqiqi hərbi xidmət yolu keçmişdir.

O idmanın karate növü ilə məşğul olmuş, Respublikada və xaricdə keçirilən yarışlarda iştirak edərək yüksək nəaliyyətlər qazanmışdır. Hərbi fəaliyyətinə 2010-cu ildən Azərbaycan Respublikasının Daxili qoşunlarında başlamışdır. Daha sonra Azərbaycan Respublikasının Milli Ordu sıralarında Müddətdən artıq Həqiqi Hərbi xidmətdə kəşfiyyatçı kimi fəliyyətini davam etdirmiş, 2013-cü ildə Türkiyədə kəşfiyyatçı olaraq təlim kursu keçmişdir. O, həmçinin, Beyləqanda və Füzulidəki N saylı hərbi hissələrdə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas bölgələrində xidmət etmişdir. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinin fəal iştirakçısı olan, ən ön sıralarda döyüşən Amil Hüseynov Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə kəçfiyyatçı olaraq xüsusi şücaət göstərmişdir. Oktyabrın 10-da ildən şəhidlik zirvəsinə ucalan qəhrəmanımızın nəşi 60 gündən sonra Füzuli rayon Əbdürrəhmanlı kənd istiqamətindən tapılmış və 10 dekabr 2020-ci ildə öz doğma kəndində böyük izdihamla son mənzilə yola salınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Amil Hüseynov şəhadətindən sonra "Füzulinin, Xocavəndin, Cəbrayılın, Şuşanın azad edilməsinə görə", "Vətən uğrunda" , “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Xalisə MƏMMƏDOVA
Vətən müharibəsi şəhidi Amil Hüseynovun həyat yoldaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Avqust 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see212

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see188

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see175

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see173

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see164

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see141

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see138

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see135

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see132

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see129

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see129

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see126

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see124

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see124

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see124

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see123

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see123

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see123

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see123

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri