Icma.az
close
up
RU
Aprel döyüşçüsü, Vətən müharibəsi şəhidi

Aprel döyüşçüsü, Vətən müharibəsi şəhidi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ana da, oğul da Qarabağ savaşının iştirakçısı olublar

Sosial şəbəkədə qarşıma Vətən müharibəsi zamanı şəhid olmuş Zaur İsmayılzadənin öz qeydləri çıxdı: “Eyni anadan doğulana qardaş, eyni ana üçün ölümə gedənlərə qəhrəman deyirlər. Allah rəhmət eləsin şəhidlərimizə, var olsun qazilərimiz. Qazilər bizə şəhidlərimizin əmanətidir”. Bu çıxışın sorağına düşdüm. Yollar məni Zaur İsmayılzadənin vaxtilə yaşadığı Maştağaya, anası Sevil Hüseynovanın evinə apardı.

Öyrəndim ki, Zaur İsmayılzadə 1995-ci il iyulun 29-da Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olub. Şəhid Vüqar Məmmədov adına Cəlilabad rayon Göytəpə şəhər tam orta məktəbində təhsil alıb.

2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 2015-2017-ci illərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında “gizir” rütbəsi ilə xidmətini davam etdirib. Məlum Aprel döyüşlərində iştirak edib. Döyüş zamanı ağır yaralanıb və səhhəti ilə əlaqədar 2017-ci ildə ordudan tərxis olunub. Müxtəlif MMC-lərdə mühafizəçi işləyib.

Vətən müharibəsi başlanandan 2 gün sonra Zaur könüllü olaraq ordu sıralarına qayıdıb. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 7-də döyüş tapşırığını yerinə yetirərkən igidliklə şəhid olub. Lənkəran rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimizin anası Sevil xanım da müharibə iştirakçısıdır. Uzun illər tibb bacısı olaraq hərbi hospitallarda xidmət edib. Tale elə gətirib ki, Vətən müharibəsində də onun bilik və təcrübəsinə ehtiyac duyulub və yenidən hospitala qayıtmalı olub:

– Artıq 4 ildir ki, torpaqlarımız işğaldan azad edilib. Bəzən qəribə fəxarət hissi bürüyür məni: Zaur İsmayılzadə kimi şəhidin anasıyam. I Qarabağ müharibəsində Vətənimizin dar günündə mən də ön sıralarda oldum. Biz o zaman qələbəni əldə edə bilmədik. Şükür ki, Zaur kimi oğullar qələbə sevincini Azərbaycan xalqına yaşatdılar.

Oğlum 25 il yaşadı, lakin bu 25 ilin içərisinə bütöv bir əsri yerləşdirə bildi. Zaur sərhəd qoşunlarında həqiqi hərbi xidmət keçmişdi. Xidmətini uğurla başa vurub qayıtdıqdan sonra evdə rahat ola bilmirdi. Hərbidə xidməti davam etdirmək istəyirdi. Qısa müddət sonra xüsusi təyinatlılarda xidmətə başladı. O, daim şəhidlərimizin məzarlarını ziyarət edərdi. Yaşadığımız Cəlilabadın Göytəpə qəsəbəsində 2 naməlum əsgər məzarına hər bayram gül qoyardı. Məktəbə gedəndə ona verilən xərcliyə alardı o gülləri.

Mübariz İbrahimov şəhid olanda öz vəsaiti ilə məktəbdə Milli Qəhrəmanımızın adına guşə açdırmışdı. Samirə müəllim deyirdi ki, qəhrəmanın sinifdə asılmış şəklinə hərbi salam vermədən əyləşməzmiş. Bunları danışanda kövrəlməmək mümkün deyil.

Uşaqlıqda övladlarımı Şəhidlər xiyabanına aparanda 5 yaşlı qızın məzarını göstərmişdim. Necə yadında qalıbsa, həmişə ziyarət edərdi. Onunla bağlı sosial şəbəkədəki statuslarının birində yazmışdı: “Körpə quzum, məni bağışla, hələ sənin qisasını ala bilməmişəm. Mənim kimi neçə-neçə əmilər gözləyir ki, ilk fürsətdə sənin qisasını alsın”.

Sevil Hüseynova Zaur İsmayılzadənin “Qazilər bizə şəhidlərimizin əmanətidir” qeydindən də söz açdı:

– Zaur bu fikri səsləndirəndə müharibə barəsində düşünən az idi. Sadəcə, içindən gələn ifadələr idi. Mən hər dəfə qazi görəndə sanıram ki, Zaurumun əmanətidir.

Şəhid anası qeyd etdi ki, oğlu qısa ömründə böyük xatirələr yadigar qoyub. Onu tanıyanlar Zaur haqqında həmişə xoş fikirlər danışıblar:

– General Polad Həşimov şəhid olandan sonra Zaur 1 ay Tovuzda qaldı. Gözləyirdi ki, əmr verilsin və müharibəyə 1-ci qatılanlardan olsun. Düşünürdü ki, Bakıdan cəbhə bölgəsinə getmək gec olar. Generalımız şəhid olan vaxt hərbçimiz Kənan İsayev də yaralanmışdı. O mənə deyirdi ki, hospitalda valideynlərindən, doğmalarından qabaq başı üstündə Zauru görüb.

Zaur şəhid olandan sonra Şüvəlandan yaşlı biri onun nömrəsinə zəng etdi. Mənimlə danışdı, oğlumun şəhidlik xəbərinə pis oldu. Dedi ki, öz övladı olmayıb. Zaur ona övladdan da yaxın olub, həkimə aparıb, dərman, ərzaq və sair alıb. Pandemiyanın ən kəskin vaxtlarında Ağcabədidən biri sosial şəbəkələrdə uşağına təcili qanın lazım olması barədə paylaşım edibmiş. Bu, necəsə Zaurun qarşısına çıxıb. Karantin vaxtı Bakıdan Ağcabədiyə necə gedibsə, hələ də mənə müəmmalıdır. Özünü çatdırıb və tanımadığı, görmədiyi uşağın həyatda qalması üçün qan verib. Bu, davamlı olub, hər ay qan verib. Zəng edən, evə gəlib Zaurun onlara etdiyi yaxşılıqları deyən adamların sayı-hesabı yoxdur. İnanın bunlardan mənim heç vaxt xəbərim olmayıb.

Sevil xanım oğlunun müharibəyə necə yollanmağını da bizə danışdı:

– Müharibə 2020-ci ilin sentyabrın 27-də başlandı. Mən səhəri gün Zaura zəng etdim, o artıq Tovuzda idi. Ehtiyatda olsam da, tibb işçilərinin çatışmazlığına görə sentyabrın 29-da hospitala getdim. Sonrakı gün Zaur mənə zəng edib bildirdi ki, rayon komissarlığından ona zəng edib çağırıblar. Şəhid olmamışdan öncə hospitalın önündə oğlumla 5 dəqiqəlik görüşdüm, son dəfə ona sarıla bildim. Ondan sonra onunla cəmi 2 dəfə telefonda danışmışam. Hospitalda yaralı əsgərlərin müalicəsi ilə məşğul olurdum deyə, çox vaxtım olmurdu. Mən daim övladıma vətənpərvərlik hissləri aşılamışam. Axı özüm də ömrümün böyük hissəsini hərbiyə, Vətənimə qurban vermişəm.

Zaur oktyabrın 7-də Füzulidə – rayonun “Buğra dərəsi” adlanan ərazidə şiddətli döyüşlər zamanı aldığı qəlpə yarasından 2 saat sonra şəhid olub. Hərbçi yoldaşları danışırlar ki, o, yolları yaxşı tanıdığı üçün dəfələrlə yanlış istiqamətə gedən silahdaşlarına düz yolu göstərib.

Oğlumun yaralanması xəbərini eşitmişdim, ancaq harada olmasını bilmirdim, axtarırdım. Zaurun Hacıqabuldan olan silahdaşı Ramin görüb ki, yaralıdır, üşüyür. Kitelini onun üzərinə qoyub ki, oğlum üşüməsin. O adla Zauru Ramin zənn edərək nəşini Hacıqabula yola salmış, orada dəfn etmişdilər. Mən, qohumlarım hara zəng edirdiksə, Zauru tapa bilmirdik. Hətta bu üzdən bir az rahatlanmışdım ki, hardasa çətin ərazidədir, telefonunu aça bilmir. Amma yuxularımda onun darda olduğunu görürdüm...

Üç gündən sonra Ramin evə hal-əhval tutmağa zəng edəndə yasa batmış ailə təəccüb keçirib. Atası deyib ki, oğlunun sağ olduğunu desə, ona inanmazlar, elə bilərlər havalanıb. Səfərbərlik xidmətinə gedirəm, özün ora zəng elə.

Şəhid Ülvinin mərasimində olarkən qardaşım ağlayaraq mənə zəng etdi. Nə olduğunu demədi. Mən bildim ki, balam şəhid olub. Zaurun səhvən Hacıqabulda dəfn edilməsi mənə deyilməmişdi, oğlumun 40-da bildim. Deməli, o ailə bizə ziyarətə gəlmişdi. Bunların kim olduğunu soruşanda dedilər ki, biz Zaur üçün “üç mərasimi” vermişik.

Sevil Hüseynova gözlərini otağın künclərində gəzdirir, Zaurun yatağına boylanaraq pıçıltı ilə bu sözləri danışırdı:

– Müharibəyə 5-6 gün qalmış Zaur məni otağına çağırıb başını köksümə qoyub ağladı. Nə düşündüyünü, niyə ağladığını bilmədim. İndi başa düşürəm ki, o, hər şeyi hiss edibmiş. Zaursuz çox darıxıram...

Rizvan FİKRƏTOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:331
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Mart 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see449

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see413

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see360

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see222

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see219

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see216

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see206

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see203

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see202

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see190

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see183

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see177

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see171

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see163

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see163

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see163

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see162

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see162

Ukraynada qadınların hərbi qeydiyyatı və səfərbərliyi an məsələsidir

09 Oktyabr 2026 03:05see161

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri