Icma.az
close
up
RU
Hər evdə var İllərdir otaqlarımızda bəslədiyimiz bitki ölümcül İMİŞ

Hər evdə var İllərdir otaqlarımızda bəslədiyimiz bitki ölümcül İMİŞ

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Otaqlarımızı bəzəyən, oksigenlə təmin edən dibçək güllərini bəzən bilmədən, xarici görünüşünə görə bəyənib alırıq. Bəzən isə tanışların, qohumların evində görüb bir budağını qoparıb evimizdə yetişdiririk. Artıq otaq florasının cürbəcür yeni növləri vitrinləri, mənzilləri bəzəsə də bunların içində on illərdir özünü təsdiqləmiş bitkilər var.
Bunlardan biri ən az ötən əsrdən bəri mənzillərin ən görkəmli küncünə yerləşdirilən diffenbaxiyadır. Ad olaraq bəlkə də heç nə demir, amma şəklinə baxan kimi hamı bu bitkini tanıyacaq. Alabəzək, iri yarpaqlı bu bitki evimizdə bəslədiyimiz ilandır. Mübaliğəli hesab edə bilərsiniz, lakin həqiqətən də bitkinin şirəsi ağır toksiki maddələrdən ibarətdir.
Bu bitkidən canını fəsadsız qurtaranlar “Fələyin övladları”dır, yəni bəxtləri gətirib.
Təhlükə dərəcəsi toksinin bədənə necə daxil olmasından - dəridən və ya udulmaqdan asılıdır. Təsadüfən yarpağını qopara və sonra şirəli barmağı ağzınıza vursanız, kiçik bir hissəsi belə ürək döyüntülərinin şiddətli nizamsızlığına və ürək dayanmasına səbəb ola bilər.
 

Kəsiklər və ya selikli qişalar vasitəsilə qan dövranına daxil olduqda, şiddətli intoksikasiyaya səbəb olur. Onun bir damla şirəsi qırtlağın dərhal şişməsinə gətirib çıxarır. İnsan müvəqqəti olaraq danışa bilmir, hətta kəsiksiz sağlam dəriyə düşəndə də kimyəvi yanıqlar yaradır. Gözlərlə təmasda olduqda konyunktivitə və müvəqqəti korluğa səbəb ola bilər.


Bu bitkilərdən kimdə varsa, əslində  evdən çıxarmaq daha məqbul hesab olunardı. Amma heyfiniz gəlir, mərhəmətiniz yol vermirsə, ehtiyat tədbirləri görmək vacibdir. Uşaqlardan əlçatmaz yerdə saxlayın.
Evin elə küncünə qoyun ki, özünüz də təmizlik edəndə bitkini zədələyib onun şirəsinə məruz qalmayasınız.
Yarpaqlarını silmək və budamaq istəsəniz qalın rezin əlçək geyinin. Hətta əlçəklə toxunsanız belə, bitki ilə təmasdan sonra əllərinizi sabun və su ilə yaxşıca yuyun və ona qulluq edərkən heç vaxt gözlərinizi ovuşdurmayın. Mümkün qədəriylə eynək taxın ki, sıçrama da olmasın.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://bizim.media
archiveBu xəbər 31 Avqust 2026 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri