Hər gün etdiyimiz BU SƏHV orqanizmi məhv edirmiş!
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Zərərli vərdişlər yalnız siqaret və spirtli içkilərlə məhdudlaşmır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Mütəxəssis bildirib ki, bütün dadlı qidaları zərərli hesab etmək düzgün deyil. Onun sözlərinə görə, orqanizm üçün əsas təhlükə müəyyən qidaların həddindən artıq qəbulundan yaranır.
G.İsmayılova xüsusilə fast food, şirin içkilər, həddindən artıq duz və şirniyyat qəbulunun zərərli olduğunu qeyd edib.
Terapevt vurğulayıb ki, zərərli vərdişlər yalnız siqaret, spirtli içkilər və narkotik maddələrdən istifadə ilə məhdudlaşmır. Qidanın həddindən artıq qəbulu, eləcə də telefon, kompüter və digər texnologiyalardan normadan artıq istifadə də sağlamlığa mənfi təsir göstərə bilər.
Onun sözlərinə görə, bu amillər immun sisteminin fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı, həyat tərzinin pozulmasına və müxtəlif xəstəliklərin yaranmasına zəmin yarada bilər.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 02 Sentyabr 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















