Icma.az
close
up
RU
Hər gün qələbə sevinci

Hər gün qələbə sevinci

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

16 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Xırmancıq, Ağbulaq və Axullu kəndləri işğaldan azad edilib

Vətən müharibəsinin hər günündə Azərbaycan Ordusu zəfərlərə imza atıb, irəliləyərək yeni-yeni yaşayış məntəqələrini işğaldan azad edib. Tarixin bu günündə - 16 oktyabr 2020-ci ildə Xocavənd rayonunun daha üç kəndi azadlığına qovuşub. Bununla bağlı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev “Twitter” səhifəsində növbəti qələbə paylaşımı edib. “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - deyə paylaşımda bildirilir.

Azərbaycan ərazi bütövlüyünə hərbi-siyasi yolla nail olub

Vətən müharibəsinin hər günündə Azərbaycan Ordusu zəfərlərə imza atıb, irəliləyərək yeni-yeni yaşayış məntəqələrini işğaldan azad edib. Bir gözümüzün ağladığı, şəhid xəbərlərinə acıdığımız həmin günlərdə dövlətimizin başçısının qələbə tvitləri hər birimiz üçün sevinc müjdəsi idi. İstəyirdik ki, belə müjdələr tez-tez və daha çox gəlsin. Gəlirdi də! Müharibə Azərbaycan ərazisində gedirdi. Torpaqlarımız 30 il ərzində düşmən tapdağı altında qalmışdı. Qurulu yurd yerlərimiz erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılmış, tarixi abidələrimiz məhv edilmiş, sərvətlərimiz talanmışdı. Müharibələr ölüm-itim, qan-qada, kədər, niskil deməkdir. Axı kim istəyər ki, əziz adamlarının itkisinin acısını yaşasın? Ancaq 2020-ci il sentyabrın 27-də sübh tezdən başlayan müharibə başqa anlam kəsb edirdi. Bu, bizim üçün ədalətli müharibə idi. Üç onillik ərzində aparılan danışıqlar nəticə verməmişdi. Məlum olmuşdu ki, Ermənistan bir qarış torpağımızı da sülh yolu ilə geri qaytarmaq istəmir, əksinə, yeni ərazilər uğrunda yeni müharibəyə başlamaq niyyətindədir. Buna görə də Azərbaycan cəmiyyəti, xüsusilə də gənclərimiz İkinci Qarabağ müharibəsinin başlamasını qaçılmaz bir zərurət kimi qəbul etdilər. Ölkədə bir çoşqu yaşanırdı. Hər kəs Orduya, ön cəbhəyə hansısa bir dəstək göstərməyi özünə mənəvi borc sanırdı.  Ön cəbhədə isə igid əsgər və zabitlərimiz “Arxamızda Vətən torpağıdır!” deyib sonsuz mərdliklə döyüşlərə atılır, düşmənə qan uddururdular. Ermənistan mətbuatında yayılan məlumatlara görə, İkinci Qarabağ müharibəsində düşmən ordusunda 11 mindən çox fərari qeydə alınıb. Müharibədə “erməni xalqı döyüşkən xalqdır” mifi  tamam dağıldı. Ermənistan silahlı qüvvələrinin təmsilçiləri  döyüşlər zamanı postlarını, silahlarını qoyub qaçırdılar. Azərbaycan Ordusunda isə bir nəfər də olsun fərarilik etməyib ki, bu da gənclərimizin vətənpərvərliyinin və igidliyinin göstəricisidir.

Düşməni məğlub etmək üçün uzun zaman kəsiyi lazım gəlmədi. Cəmi 44 gün ərzində Ermənistan silahlı qüvvələri kapitulyasiyaya məruz qaldılar. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. 44 gün ərzində həyata keçirilən sürətli döyüş əməliyyatları ilə Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub. Bundan sonrakı mərhələdə isə üçtərəfli bəyanata uyğun olaraq Ermənistan Ağdamı, Kəlbəcəri və Laçını bir güllə atılmadan respublikamıza təhvil verdi. Beləliklə, ərazi bütövlüyümüz hərbi-siyasi yolla təmin olundu.

Xocavəndin işğaldan azad edilməsi

Xocavəndin rayon mərkəzi  2 oktyabr 1992-ci ildə Ermənistanın nəzarətinə keçib.  10 noyabr 2020-ci ilə qədər isə rayonunun Hadrut qəsəbəsi və 34 kəndi işğaldan azad edilib. Azərbaycan Ordusunun 19-20 sentyabr tarixində keçirdiyi 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazandığı Qələbə sayəsində Xocavənd də bütünlüklə separatçılardan təmizlənib və burada Azərbaycanın suverenliyi təmin olunub.

Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən parlaq səhifələrindən birini təşkil edir. Hadrutun coğrafi yerləşməsinin strateji önəmini anlayan ermənilər qəsəbənin müdafiəsini möhkəm təşkil etmişdilər. Bura çoxlu texnika və canlı qüvvə cəm olunmuşdu. Ətraf yüksəkliklərin ermənilərin əlində olması, işğal illərində yaradılan istehkamlar onlara üstünlüklər qazandırırdı.

Lakin nə qədər çətin olsa da, qəsəbə götürülməli idi. Oktyabrın 7-də düşmən Azərbaycan Silahlı Qüvvələrinin hücumunu fərqli istiqamətdən gözləyirdi. Ordumuz manevr işlədərək hücum istiqamətini Hadruta tərəf dəyişdi. Əvvəlcə  ağır artilleriya atəşləri ilə qarşı tərəfin qüvvələrinə intensiv zərbələr endirildi və bunun ardınca xüsusi təyinatlı qüvvələrimiz qəsəbəyə sızmağa nail oldular. Digər qruplar isə Hadruta cənub istiqamətindən gələn yolları (Cəbrayıl və Xocavənd istiqamətindən) nəzarətə götürmüşdü. Vətən müharibəsinin 13-cü günü, oktyabrın 9-da xalq Prezident İlham Əliyevdən Hadrutun işğaldan azad olunması ilə bağlı növbəti müjdə xəbəri aldı. Bununla da Ordumuzun Şuşaya yolu açılmış oldu.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Oktyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see535

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see451

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see358

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see341

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see300

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see291

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see291

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see243

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see237

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see224

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see219

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see218

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see217

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see216

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see215

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see211

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see205

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see187

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see187

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri