Icma.az
close
up
RU
Hər gün qiymətlər dəyişir Pulumuzu nəyə yatıraq?

Hər gün qiymətlər dəyişir Pulumuzu nəyə yatıraq?

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dalğalanan iqtisadiyyat və müharibə fonunda vətəndaşların yığımlarını necə qoruyub artıracağı sualı yenidən aktuallaşıb. Qlobal qeyri-müəyyənlik, bazarlarda dəyişkənlik və risklərin artması fonunda insanlar ənənəvi seçimlərə yönəlir.
Bəs belə şəraitdə daha etibarlı və gəlirli variant əmlak, qızıl, yoxsa xarici valyutadır?
Məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Demokrat.az-a bildirib ki, dalğlanan iqtisadiyyat müharibə fonunda vətəndaşlar üçün narahatlıq yaradır:
"Dalğlanan iqtisadiyyat təbii ki, əsasən xarici amillərlə, regionda baş verən proseslərlə bağlıdır. Amma milli valyutanın xarici valyutaya olan məzənnəsinin stabil qalması bu və ya digər şəkildə qoruyucu tənzimləmə rolunu oynayır. Yaxın iki il üçün planlaşdırılır ki, bu məzənnənin müəyyənləşməsi sərbəst buraxılsın. İki ildən sonra, yəqin ki, 2027-ci ildə sərbəst məzənnə sisteminə keçiddən sonra ölkəmizin iqtisadiyyatının real gücü daha aydın şəkildə ortaya çıxacaq və iqtisadiyyatımız müəyyən baryerlərdən və problemlərdən keçərək daha da möhkəmlənəcək".
O bildirib ki, qızıl ehtiyatdır:
"Adından da göründüyü kimi, daha çox dövlətlərin və şəxslərin ehtiyat vasitəsidir. Bu, investisiya istiqaməti deyil. Burada passiv gəlir yoxdur və elə dövrlər olur ki, qızılın qiymətində enmələr də müşahidə olunur. Bütövlükdə götürdükdə isə zaman etibarilə qızıl əvvəlki qiymətinə qayıdır, sabitləşir və artır. Amma qızıl real investisiya sahəsi deyil, sadəcə əldə olan sərbəst kapitalın qorunmasına xidmət edir".
Ekspert qeyd edib ki, xarici valyutaya gəldikdə isə, burada əsasən ABŞ dollarından söhbət gedir:
"Bu halda ehtimal olunan devalvasiya və ya sərbəst məzənnəyə keçid dövründə xarici valyuta əldə olan sərbəst kapitalın qorunmasına xidmət edə bilər. Bu da açıq şəkildə qoruyucu faktordur və investisiya deyil. Yəni nə qızıla, nə də xarici valyutaya investisiya istiqaməti kimi baxmaq olmaz. Burada yeganə seçim əmlak sahəsidir və təbii ki, əmlak hazırda yeganə düzgün variant hesab olunur. Həm qanunvericilik baxımından ciddi dəyişikliklərə məruz qalmadığı üçün, həm də gələcəkdə bunun ehtimalı az olduğu üçün, digər tərəfdən passiv gəlir əldə etmək baxımından da yeganə vasitədir və dollarla, qızılla müqayisədə fərqlənir.
Yəni əmlakı faydalı və səmərəli formada kirayəyə verməklə, istər qeyri-yaşayış sahəsi olsun, istər mənzil, istər bağ evi olsun, gəlir əldə etmək mümkündür. Bu passiv gəlirdir və hər hansı biznes fəaliyyətinin nəticəsi deyil, əmlaka qoyulmuş investisiyanın nəticəsində əldə olunan gəlirdir. Sağlam strategiya həm indiyə qədər, həm bu il, həm də gələcək illərdə məhz əmlak sahəsinə yönəlir. Çünki burada kirayə potensialı var. Əmlakın qiyməti orta hesabla 12-15 faiz artır, torpaq sahələri isə təxminən 20 faiz artıma məruz qalır. Nə qədər ki, ölkəmizdə səhmlər bazarı və qiymətli kağızlar bazarı tam gücü ilə fəaliyyət göstərmir və əhalinin investisiya marağını cəlb etmir, daşınmaz əmlak prioritet olaraq qalır. Bu sahəyə yatırılan vəsait inflyasiyadan qorunur, kirayə gəliri gətirir və uzunmüddətli sabit investisiya istiqaməti sayılır".
Vüqar Oruc deyib ki, qanunvericilikdə bu istiqamətdə hər hansı köklü dəyişikliklərin edilməsi gözlənilmir. 
"İnkişaf etmiş cəmiyyətlərdə və iqtisadiyyatlarda real biznes əmlaka qoyulan investisiyadan daha çox gəlir gətirə bilər. Amma burada aktiv biznesdən söhbət gedir və onun riskləri daha böyükdür. Qanunvericiliyin dəyişməsi, inzibati qərarlar, alternativlərin yaranması, bəzi məhsulların köhnəlməsi və ya yeni texnologiyaların inkişafı nəticəsində məhsulun arxa plana keçməsi kimi risklər mövcuddur. Yəni risklər kifayət qədər çoxdur.
Ümumilikdə isə hər kəs öz imkanına və məqsədinə uyğun seçim etməlidir. Əmlak həm qazanc gətirir, həm də ikiqat gəlir imkanı yaradır. Öz dəyərini artırır və düzgün istifadə edildikdə stabil, davamlı gəlir əldə etməyə imkan verir. Qızıl yatırılan kapitalı qoruyur, valyuta isə xarici risklərə qarşı qoruyucu rol oynayır.
Yəni hər hansı devalvasiya və ya qeyri-sabitlik olarsa, valyutada saxlanılan vəsait müəyyən qədər qorunur. Mənim fikrimcə, qızıla yatırım daha çox kiçik məbləğli vəsaiti olanlar üçün uyğundur. Xarici valyuta və qızıl daha çox vəsaiti qorumaq məqsədi daşıyır. Əmlak isə qazanc əldə etmək istəyən orta imkanlı təbəqə üçün daha uyğun hesab olunur", - deyə o vurğulayıb. 
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Aprel 2026 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri