Icma.az
close
up
RU
Pulumuzu nəyə yatıraq: Evə, dollara, yoxsa qızıla?

Pulumuzu nəyə yatıraq: Evə, dollara, yoxsa qızıla?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Qazanc əldə etməyin leqal yolu düzgün yatırım etməkdən keçir.

Yatırımın etibarlılığı ilə yanaşı, likvidliyi (aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla bilinməsi) də önəmlidir. Məsələ burasındadır ki, iqtisadi vəziyyətin dəyişkənliyə meyilli olması likvidlik amilinin əhəmiyyətini artırır.

Məhz daha yaxşı variantların ortaya çıxması və ya mövcud sərmayələr üçün təhlükə yaranması riski sərmayədarları yatırımlarını hər an pula çevirməyə hazır olmağa sövq edir. Ona görə də razılaşmaq lazımdır ki, yatırım etmək çox incə məsələdir.

Maraqlıdır, sıravi vətəndaş qazanc əldə etmək üçün nəyə yatırım edə bilər?

Məsələ ilə bağlı "Cebheinfo.az"-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, hazırkı dövrdə qızılın bahalaşması dünyanı ciddi iqtisadi böhranın təhdid etməsinin göstəricisidir:

"Qlobal geosiyasi hadisələr göstərir ki, dünya bu böhranın qarşısını almağa qadir deyil. Qlobal böhranın sürəti qarşıdakı son 2 ay ərzində Donald Trampın ABŞ-də prezident kimi fəaliyyətə başlamasından sonra hər hansı dəyişikliklərin olmasından asılıdır. Yaxın Şərqdə müharibə getdikcə daha da alovlanır, hazırda dünyada elan edilməmiş Üçüncü Dünya müharibəsi gedir".

O bildirib ki, vəsaitləri saxlamaq üçün ən etibarlısı qızıldır:

"Külçə qızıllar yatırım üçün daha faydalıdır. Bank və valyutaya yatırım etmək faydalı deyil. Qızıldan və əmlakdan daha faydalı yatırım qiymətli kağızlar bazarına yatırım etməkdir. Lakin Azərbaycanda qiymətli kağızlar bazarı məhduddur. Buna görə də əlində pul olan Azərbaycan vətəndaşları bu imkandan istifadə edə bilmir. Əmlaka yatırım etmək də böhranın olduğu bir dövrdə özündə risk daşıyır. Lakin qısamüddətli Bakıda əmlaka yatırım etmək səmərəli görünür".

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə iş adamları yatırımlarını fabriklərə, zavodlara səhmdar olaraq yatırırlar ki, həmin müəssisələrin qiyməti artdıqca onlara da külli miqdarda gəlir gəlsin:

"Lakin Azərbaycan reallığında uzun illərdir ki, yatırımın əsas hissəsi daşınmaz əmlaka yönəlib. Demək olar ki, daşınmaz əmlakda qiymətlər hər ay artır. 

Ümumilə, qızıl və zinət əşyalarının qiymətində artım olsa da, aldığı qızılı satmaq istəyən şəxsin qızılına istifadə edilmiş dəyəri ilə qiymət müəyyən edirlər. Təxminən 10-15 illik statistikaya nəzər salsaq, böyük şəhərlərimizdə əmlak bazarında 15-20 dəfəyə qədər qiymət artım baş verib. 

Bundan əlavə, vətəndaşlar hər hansı bir daşınmaz əmlaka yatırım edərkən onu icarəyə verərək də gəlir əldə edirlər. Valyutalarda da qiymətlər sabit olaraq qalıb, buna görə də valyutaya yatırım etmək risklidir. Xüsusilə Azərbaycanda, kapitallaşma olan yerlərdə daşınmaz əmlaka yatırım etmək həmin şəxslərin pullarının risklərini azaldır".

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, insanlar üçlü səbət şəklində öz yatırımlarını saxlasalar, daha yaxşı olar:

"Yəni tək bir şeyə yatırım etmək olmaz. Buna görə də, investistiya səbəti təşkil olunmalıdır ki, insanlar investisiyaları çoxşaxəli şəkildə dəyərləndirə bilsinlər.
Məsələn, yatırımın bir qismini qızıl bazarına, bir qismini bank və valyutaya, digər bir qismini isə əmlak bazarına yönəltmək və bu prinsiplə yatırım etmək daha faydalıdır".

Ləman İsmayıl
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Noyabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri