Icma.az
close
up
RU
Bizə gəlir gətirəcək investisyalar Pulumuzu nəyə yatıraq? (ŞƏRH)

Bizə gəlir gətirəcək investisyalar Pulumuzu nəyə yatıraq? (ŞƏRH)

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnsanlar həm də qazanmaq üçün pulunu müxtəlif formada dəyərləndirməyə çalışır. Bu gün cəmiyyətdə pulunu yatırıma yönəldən 3 qrup adam var. Onlardan biri mənzil, ikincisi nəqliyyat vasitəsi, üçüncüsi isə qızıl almağa üstünlük verir. 

Bir qrup  adam isə əllərindəki pulu banka qoymağı daha üstün tutur. Adamlar daha çox gəlir əldə etmək üçün əllərindəki pulu əsasən bunlardan birinə yatırır. Amma görünən odur ki, hər dörd seçimin öz üstünlükləri olduğu kimi, riskləri də danılmazdır. 

Bəs pulu bu sadalananlardan hansına yatırsaq, uduzmarıq?

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan əmlak eksperti Ramil Osmanlı bildirib ki, hər 3 iqtisadi alət gəlir gətirmək üçün investisiya aləti kimi istifadə olunur: 

"Bunların hər üçü ölkədə istifadə olunan və qismən populyardır. Bunun səbəblərindən biri bazarda alternativlərin məhdud olması ilə bağlıdır. Məsələn, xarici ölkələrdə vəziyyət bir qədər fərqlidir. Xarici ölkələrdə səhm bazarları, gəlirli investisiya alətləri var ki, vətəndaş bunların vasitəsi ilə əllərində olan vəsaitləri bu sahələrə yatırıb, gəlir götürürlər. Bizdə bunlar məhdud olduğundan və ya olmadığından onların arasında ən çox populyar olanı daşınmaz əmlakdır".


Ramil Osmanlı əlavə edib ki, daşınmaz əmlak bir investisiya aləti olaraq dəyər qazanır:

"Məsələn, bu il 100 manata aldığımız daşınmaz əmlak gələn il 120 manat olacaq. Birdən birə 15-20% dəyər qazanır. Bundan əlavə daşınmaz əmlakın gəlirliyi də artan xətt üzrə davam edir. Onu kirayə verir, oradan gəlir əldə edir və s. Kirayə gəlirlərinin özü də artır. İstənilən vaxt onu realizə etmək imkanlarımız var. Aldığımız hətta ondan yuxarı qiymətə mənzili rahat şəkildə sata bilirik".

Ramil Osmanlı qızıl satışında vəziyyətin tam fərqli olduğunu xatırladıb:

"Qızıl passiv investisiya alətidir. Qızıla qoyulan vəsaitin üzərinə 2-10 ildən sonra əlavə gəlir gələ bilər. Bunun pulun alıcılıq qabiliyyətinə münasibətdə biz dəyərləndirsək, görəcəyik ki, heç nə qazanmadıq. Məsələn, 3 il əvvəl qızılın qramını 70 manata alırdıqsa, bu gün onu 75 manata sata bilirik. Çünki biz qızılı ümumi pərakəndə satış qiymətinə deyil, lom qiymətinə sata bilirik. Qazandığımız 5 manat dəyər bu 3 il ərzində istifadə olunan pul kütləsinin itkisi ilə müqayisə aparsaq, görəcəyik ki, biz burada qazanmaq əvəzinə itirmişik. Çünkü pulun alıcılıq qabiliyyəti azalıb. 3 il bundan əvvəl 70 manata daha çox şey ala bilirdik".

Ekspert nəqliyyat vasitələrinin investisiya aləti olmadığını əlavə edib:

"Nəqliyyat vasitələri riskli əmlak növlərindən sayılır. Dünya inkişaf edir, elektromobil, hibrid nəqliyyat vasitələri bazara daxil olub. Bu sahə tez-tez yenilənir, müəyyən riskləri olur. Ona görə də nəqliyyat vasitələrini investisiya aləti hesab etmirəm. Bizdə isə nəqliyyat vasitələrinə yanaşma bir az fərqlidir. Azərbaycanda elə ailələr var ki, kirayədə yaşayır, amma gedib bahalı avtomobil alır. Və bununla fəxr edir". 

Bahar Rüstəmli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri