Icma.az
close
up
RU
Hər Gün Yeni Bir Faciə: Ölüm Riski Artır ÇAĞIRIŞ

Hər Gün Yeni Bir Faciə: Ölüm Riski Artır ÇAĞIRIŞ

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Son aylarda su kanallarına düşüb boğularaq həyatını itirənlərin sayı artıb. Az qala hər gün mətbuatda belə xəbərlər yayımlanır". 

Bu fikirləri News24.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Orxan Musayev deyib. 

Onun sözlərinə görə, belə hadisələrin əksəriyyəti təhlükəsizlik tədbirlərinin yetərsizliyi və mövcud qaydalara əməl olunmaması  üzündən baş verir: "Su kanalları vizual olaraq sakit təsir bağışlasa da, axının gücü, suyun dərinliyi və kanal dibinin quruluşu insan həyatı üçün ciddi təhlükə mənbəyi hesab olunur. İnsanlar bu riskləri kənardan müşahidə edərkən tam dərk edə bilmirlər". 

Ekspert belə hadisələrin qarşısının alınması üçün ilk növbədə fiziki təhlükəsizlik tədbirlərinin  gücləndirilməli olduğunu qeyd edib. O bildirib ki,  bu məqsədlə məhdudlaşdırıcı baryerlərin və qoruyucu çəpərlərin quraşdırılması, xüsusilə yaşayış məntəqələrinin yaxınlığında yerləşən su kanallarında təmin edilməlidir: "Ərazilərdə xəbərdaredici lövhələrin yerləşdirilməsi vacibdir. Lövhələrdə “Yaxınlaşmaq qadağandır!”, “Su axını təhlükəlidir” kimi ifadələr, eləcə də uşaqlar üçün təhlükə barədə xəbərdarlıq nişanları əks olunmalıdır".

Su kanallarının ətrafında mövcud infrastruktur nəzərə alınmaqla işıqlandırma sistemləri qurulmalı, bu vasitə ilə təsadüfi kanala düşmə hallarının qarşısının alınmasına şərait yaradılmalıdır- deyə ekspert əlavə edib. Təhlükəsizlik üzrə ekspert eyni zamanda aidiyyəti dövlət qurumları tərəfindən bu ərazilərdə mütəmadi monitorinqlər aparılmalı, təhlükəli sahələr müəyyən edilərək giriş-çıxış məhdudlaşdırılmalı olduğunu xüsusilə vurğulayıb. 

O, monitorinqlərin nəticələri əsasında həmin zonalarda əhalinin maarifləndirilməsi və təbliğat işləri təşkil olunmalı, bu fəaliyyətlər vasitəsilə insanların həyat və sağlamlığının qorunması istiqamətində səmərəli tədbirlər görülməlidir- deyə qeyd edib.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 İyul 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see317

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see300

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see298

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see247

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see214

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see212

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see210

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see208

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see208

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see206

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see204

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see202

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see188

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see185

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see180

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see180

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see171

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see165

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri