“Hər hansı nöqsan aşkar edilmədiyi təqdirdə, gömrük bəyannaməsi emala qəbul edilir” CAVANŞİR ASLANOV
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Hazırda rəsmiləşdirmə zalındayıq. Elektron qaydada təqdim olunmuş gömrük bəyannamələri burada gömrük əməkdaşları tərəfindən yoxlanılır”.
SİA xəbər verir ki , bu sözləri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzi, birinci şöbəsinin rəisi Cavanşir Aslanov media nümayəndələrinə müsahibəsi zamanı bildirib.
O , qeyd etdi ki, təqdim edilmiş sənədlər toplusunda hər hansı nöqsan aşkar edilmədiyi təqdirdə, gömrük bəyannaməsi emala qəbul edilir. Daha sonra sənədlər arxivləşdirilir və gömrük rəsmiləşdirilməsi proseduru həyata keçirilir.”
“Yük nəqliyyat vasitəsi əraziyə daxil olduqda gömrük əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin sənəd toplusu yoxlanılır. Sənədlərdə hər hansı çatışmazlıq aşkar edilmədiyi halda, yük əraziyə buraxılaraq növbəti mərhələdə yoxlamaya və rəsmiləşdirməyə yönləndirilir.
Əraziyə daxil olduqdan sonra mal müşayiət sənədləri ilə birlikdə yük aidiyyəti müəssisəyə təqdim olunur və gömrük ekspertizası aparılmaqla texniki rəy və ya texniki nəticə əldə edilir. Bu rəy əsasında sənəd toplusu gömrük bəyannaməsinin tərtib olunması üçün hazırlanır.
Gömrük bəyannaməsi tərtib edildikdən sonra sənədlər gömrük əməkdaşları tərəfindən təkrar yoxlanılır. Hər hansı nöqsan aşkar edilmədiyi təqdirdə, gömrük bəyannaməsi rəsmiləşdirilir.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 19 İyun 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















