Icma.az
close
up
RU
Cavanşir Feyziyevlə müsahibə

Cavanşir Feyziyevlə müsahibə

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

TRT/Azerbaycan saytının Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan – Şimali Kipr Parlamentlər arası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyevlə xüsusi müsahibəsini təqdim edirik.

TRT/Azerbaycan saytının Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan – Şimali Kipr Parlamentlər arası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyevlə xüsusi müsahibəsi

- Azərbaycan Respublikası Qıbrız - Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq əlaqələrini quran ikinci ölkədir. Siz Azərbaycan Milli Məclisinin Şimali Kipr Türk Cümhuriyyəti parlamenti dostluq qrupunun rəhbərisiniz. Bu dostluq əlaqələrinin gələcəyini necə görürsünüz?

- 2024-cü ilin 5 aprel tarixində Azərbaycan Respublikası Milli Məclisi Şimali Kipr Türk Respublikası ilə Parlamentlərarası Dostluq Qrupunun yaradılması barədə qərar qəbul edib. Həmin gündən ötən müddət ərzində hər iki parlamentin nümayəndə heyətləri qarşılıqlı səfərlər edib. Məqsədimiz ölkələrimiz arasında siyasi-iqtisadi və mədəni-humanitar əlaqələrin canlandırılması yolu ilə yeni qarşılıqlı əməkdaşlıq münasibətləri yaratmaqdan ibarətdir. İnanıram ki, qarşılıqlı əməkdaşlıq üçün potensial var. Xüsusilə, elm, təhsil, mədəniyyət və turizm sektorlarında çalışan peşəkar mütəxəssislərimiz arasında işbirliyinin yaranması üçün geniş imkanlar mövcuddur. Hazırda bu işbirliyinin müxtəlif biznes sahələrinə genişləndirilməsi üçün qarşılıqlı imkanlar öyrənilir. Kənd təsərrüfatı və sənaye məhsullarının idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün yollar aranır. Bizim vəzifəmiz bu araşdırmaları həyata keçirməklə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən iş adamlarını məlumatlandırmaq və onları əməkdaşlığa təşviq etməkdir.

- Şimali Kipr Türk Cümhuriyyəti 1983- cü ildə azadlığa qovuşdu. Lakin bu günə qədər dünyada ikili standartlar davam edir. Məhz bu səbəbdən Şimali Kipr Türk Cümhuriyyəti dünya ölkələri tərəfindən tanınmır. Siz necə düşünürsünüz, Qərb niyə bu ikili standartları davam etdirir?

- Hələ 1960-cı illərdən başlayaraq Yunanıstan hakimiyyətinin dəstəyi ilə yerli rumlar tərəfindən Kipr türklərinə - qıbrızlara qarşı sərt ayrı-seçkilik siyasəti yürüdülüb. 500 ildən çox burada yaşayan türklərin sıxışdırılb adadan çıxarılması üçün onlara qarşı kütləvi deportasiyalar və qətllər həyata keçirilib. 1974-cü ilin Barış Hərəkatı qısa bir müddət üçün nisbi sakitliyi təmin etsə də, daha sonra Yunanıstan tərəfindən həyata keçirilən dövlət çevrilişi nəticəsində adada etnik təmizləmə siyasəti davam etdirilib. Nəhayət, Türkiyənın hadisələrə müdaxiləsindən sonra bu hadisələrin də qarşısı qismən alınıb. Lakin yenə də bərabər hüquqlu iki icmanın birgə yaşadığı vahid dövlət qurmaq mümkün olmadığından 1983-cü ilin 15 noyabrında adanın türk əhalisi öz müstəqilliklərini elan ediblər. 1983-cü ildə Şimali Kipr öz müstəqilliyini elan edənə qədər adanın qıbrızlar çox sınaqlarla üzləşmişdi. Müstəqilliyini elan etdikdən sonra da bütövlükdə Qərb dünyası bu günədək Kipr türklərinin haqlarını tanımaqdan imtina edirlər. 2004-cü ildə o zamankı BMT Baş katibi Kofi Annanın təşəbbüsü ilə adanın birləşdirilməsi ilə bağlı referendum keçirildi. Referendumda adanın rumlu sakinləri türklərlə bir dövlətdə yaşamaqdan imtina etsələr də türklər birgəyaşayışa səs verdilər. Buna baxmayaraq Avropa İttifaqı adanın rum kəsimini “Kipr Respublikası” adı altında tanıyaraq Avropa İttifaqına üzv qəbul etdi. Eyni zamanda, Kipr türklərinin - qıbrızların müstəqilliyini tanımaqdan imtina olundu. Bununla da sadəcə Yunanıstanın deyil, bütövlükdə Avropanın Kipr türklərinə qarşı açıq-aşkar ayrı-seçkilik siyasəti apardığı bir daha özünü göstərdi.

Göründüyü kimi, Avropa təkcə Kipr türklərini yox, ümumiyyətlə türk xalqını öz tərkibində görmək istəmir. Türkiyənin Avropa İttifaqına üzvlüyünün yarım əsrdir təxirə salınması da məhz Qərbin ikili standartlar siyasətinin göstəricisidir.

Mövcud şəraitdə Kipr türklərinin öz dövlətini qoruyub saxlamaq və inkişaf etdirməkdən başqa yolu yoxdur. Ona görə də böyük Türk dünyası qıbrızların bu keşməkeşli taleyinə biganə qala bilməz. Bu gün yalnız Türkiyə tərəfindən rəsmən tanınmış Şimali Kipr Türk Respublikasının siyasi, iqtisadi və mənəvi dəstəyə ehtiyacı var. Parlamentlərarası İşçi Qrupunun yaradılması da məhz bu zərurətdən doğub və biz öz səlahiyyətlərimiz çərçivəsində kiprli soydaşlarımıza bu dəstəyi göstərməyə çalışırıq. Düşünürəm ki, bütün müstəqil türk dövlətləri ilə Şimali Kipr Türk Respublikası arasında siyasi-iqtisadi və mədəni əlaqələrin qurulması ŞKTR-nin beynəlxalq təcrid vəziyyətindən çıxarılmasına və onun müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasına böyük töhfə verə bilər. Ona görə də Mərkəzi Asiya türk dövlətlərini də Şimali Kipr Türk Respublikası ilə əlaqələrin qurulmasına və adada yaşayan soydaşlarımıza siyasi-mənəvi dəstək verilməsinə çağırırıq.

- Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında iqtisadi, siyasi, təhsil və mədəniyyət sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikası prezidenti İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində son illər Şimali Kipr Türk Respublikası ilə əlaqələrimizdə xüsusi bir canlanma var. ŞKTR Türk Dövlətləri Təşkilatında (TDT) müşhidəçi üzv statusu qazanıb. Parlamentlər arasında birbaşa münasibətlər yaradılıb və çox yüksək səviyyədədir. Təhsil sahəsində əməkdaşlıqda böyük uğurlarımız var. Hazırda 1000-dən çox Azərbaycanlı tələbə Şimali Kipr universitetlərində təhsil alır. Hər iki ölkənin mədəniyyət təmsilçiləri arasında davamlı işbirliyi var. Universitetlərin professor-müəllim heyətləri arasında çıx əlaqələr mövcuddur. 2023-cü ildən Şimali Kiprdən bir sıra kənd təsərrüfatı məhsulları idxal edilib və hazırda biznesmenlər arasında görüşləri canlandırmağa çalışırıq. Düşünürəm ki, Mərkəzi Asiya türk dövlətləri ilə Şimali Kipr Türk Respublikası arasında da analoji əlaqələrin yaranması vacibdir və Azərbaycan – Şimali Kipr Parlamentlər arası işçi qrupumuz bu istiqamətdə səylər göstərir. Bir sözlə, məqsədimiz Şimali Kipr Türk Respublikasının beynəlxalq siyasi və iqtisadi sistemə inteqrasiya olunmasına fayda verməkdir.

Etiketlәr: #1974-cü il Barış Hərəkatı , #Yunanıstan hakimiyyəti və Kipt türkləri , #Azərbaycan Respublikası və Qıbrız , #Şimali Kipr Türk Respublikası ilə Azərbaycan , #Cavanşir Feyziyev - TRT müsahibə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Dekabr 2024 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see367

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see337

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see308

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see234

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see229

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see221

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see207

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see176

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see169

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see162

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see162

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see159

Fransada yanğınsöndürənlər və xilasedicilər sentyabrın 26 dan müddətsiz tətilə başlayırlar

20 Avqust 2026 08:34see158

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see158

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see157

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see156

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see153

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see152

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see151

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri