Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

“Hər ikisi ABŞ nin hegemonluğunun zəifləməsində maraqlıdır”

“Hər ikisi ABŞ nin hegemonluğunun zəifləməsində maraqlıdır”

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır. Rusiya Prezidenti Vladimir Putinin və onun ətrafının Çinə səfərin nəticələrini yüksək qiymətləndirməsinə baxmayaraq, tərəflər iki ölkə arasında “Sibirin gücü – 2” strateji qaz kəmərinin inşası məsələsini razılaşdıra bilməyiblər. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov “tərəflər layihənin ümumi konturları və əsas parametrləri üzrə müəyyən bir anlaşmaya bütövlükdə nail olublar” fikrini səsləndirsə də, Pekindən bu mövzuda oxşar açıqlama yayımlanmayıb”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, bu boru kəməriylə bağlı müzakirələr 10 ildən çoxdur davam edir və hələ də nəticə yoxdur:

“Rusiya Ukrayna müharibəsinə görə Avropaya sata bilmədiyi qazın böyük həcmini Çinə satmağa çalışır. Pekin Moskva ilə tərəfdaşlığını davam etdirsə də, enerji idxalında şaxələndirmə prinsipinə üstünlük verir, yəni Çin neft və qaz alışında bir ölkədən asılı olmaq istəmir. Çin eyni zamanda Rusiyanın çıxılmaz vəziyyyətindən istifadə edərək qazın qiymətlərini aşağı salmağa çalışır. Digər tərəfdən Çin Rusiyaya yatırım qoymaqda ehtiyatlıdır, qonşusuna xammal bazası kimi baxır. Bu iki dövlətin strateji tərəfdaşlığı sadəcə taktiki xarakter daşıyır, hər ikisi ABŞ-nin hegemonluğunun zəifləməsində maraqlıdır”. 

E.Şahinoğlu bildirib ki, Vladimir Putin çinli həmkarı Si Cinpinlə Ukrayna məsələsinin müzakirəsində də maraqlı məqamlar var:

“Liderlərin ortaq bəyanatında Ukrayna “böhranının” ilkin səbəblərinin ortadan qaldırılması gərəkliyi vurğulanıb. Məlumdur ki, Kreml “ilkin səbəblər” dedikdə Donbasın Rusiyaya birləşdirilməsini, Ukraynanın NATO üzvülüyündən imtinasını və digər tələblərinin yerinə yetirilməsini nəzərdə tutur. Pekin Kremlin bu tələblərinə şərikdirmi? Məsələ burasındadır ki, Ukrayna kimi Çin üçün də ərazi bütövlüyü məsələsi “qırmızı çizgidir”. Buna baxmayaraq, Pekin Ukraynanın ərazi bütövlüyünü tanıdığı halda, Rusiyanın bu ölkədən ərazi qoparmasına seyrçidir. Müharibə Rusiya və Qərb ölkələrini taqətdən salır, bu isə Çinin maraqlarına uyğundur. Liderlərin ortaq bəyanatında davamlı sülhə nail olmaq üçün BMT Nizamnaməsinin yerinə yetirilməsi vacibliyi göstərilib. Əslində məhz Rusiya BMT Nizamnaməsini kobud şəkildə pozaraq qonşu dövlətin ərazisini işğal edib və müharibəni davam etdirməkdə israrlıdır. Ortaq bəyanatda Ukrayna münaqişəsinin həlli üçün danışıqların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Bu bəndi pozan da Rusiyadır. Bu ölkənin Prezidenti bir şərtlə Kiyevlə danışıqlara razıdır ki, Ukrayna Rusiyanın şərtlərini qəbul etsin. Bu isə danışıq deyil, bir ölkənin o biri ölkə qarşısında ağ bayraq qaldırılmasıdır. Ukrayna ordusunun müqavimət gücü artır və Kiyev Kremlin danışıqlara başlamaq üçün şərtlərini qəbul etməyəcək. Kreml Pekinə xoş gəlsin deyə ortaq bəyanata “Rusiya Çinin Ukrayna böhranının diplomatik yollarla həllinə verdiyi dəstəyi yüksək qiymətləndirir” cümləsini əlavə edib.Bu arada, Si Cinpinin Vladimir Putinlə görüşdə “beynəlxalq aləmdə qeyri-sabitlik yaşanır və bu “cəngəllik dünyasına” qayıtmaq təhlükəsi yaradır” cümləsi diqqət çəkib. Rusiyalı siyasətçilər və ekspertlər Si Cinpinin bu cümləsini İrana qarşı müharibəyə başlayan ABŞ-a aid edə bilərlər. Ancaq Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi də beynəlxalq qanunların kobu şəkildə pozulması və Si Cinpinin təbirincə desək, “cəngəllik dünyasına” qayıdışdır”.

Vasif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 May 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri