Icma.az
close
up
RU
DÇ nin təəssüratı futbol, şou, yoxsa hər ikisi?

DÇ nin təəssüratı futbol, şou, yoxsa hər ikisi?

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Amerika elə Amerikadı: hansı təşəbbüsə əl atırsa, mükəmməlliyə çatmaq istəyir. Müasir MBA ilə MHL-in nümunəsində artıq bunu görmüşük. DÇ-2026 da ABŞ-nin futbolda, xüsusən də təşkilatçılıq yönündə yeni standartlar müəyyənləşdirmək istəyinin sübutudu. Baxın, futbola artıq şou elementləri də qatılıb. Mən bunu hər addımda hiss edirəm: iştirakçı komandaların meydana 26 nəfərlə daxil olmasından tutmuş su fasiləsinə, oyunların yayını zamanı tətbiq edilən texnoloji yeniliklərə qədər.

Onu da razılaşaq ki, hərəyə 13 oyun qəbul edən Meksika ilə Kanada təşkilatçılıq baxımından bir növ dekorasiya rolunu oynayır. Yükün böyük hissəsi, yəni 78 oyun yenə də Amerikanın üzərindədi. O Amerikanın ki, futbolla paralel dünyanın ayrı-ayrı yerlərində münaqişələrin yatırılması, sülh müqavilələrinin hazırlanması və imzalanması ilə məşğuldu. Bir sözlə, fenomenal bacarıq!
Bu mundialla bağlı yeganə narazılığımın kökündə təqvim dayanır. Belə təqvimlə bütün oyunları canlı izləmək, futbolun və turnirin gözəlliklərindən həzz almaq mümkün deyil. Mən indi sırf DÇ-yə görə biraylıq məzuniyyət götürüb, iş qayğılarından azad olan azarkeş həmvətənlərimə səmimi şəkildə qibtə edirəm. Doğrudan da, məzuniyyət götürməyə dəyər. Futbolda son sözünü demək imkanı qazanan Messi və Ronaldo, Salah və De Bruyne, Modriç və Neymar (düzdü, sonuncu hələ meydana çıxmayıb...) bir arada – bundan gözəl nə ola bilər ki?! Hələ mən Mbappe, Holann başda olmaqla arxadan gələn növbəti ulduzları demirəm. Ortaya qoyulan futbolun səviyyəsi də qənaətbəxşdi. Hər kəs və hamı sonuncu dəfə meydana çıxıbmış kimi bütün gücünü sərf edir. Ənənəvi qitə bölgüsü, avropalıların başqa qitələrdən olanlar üzərindəki dominantlığı da hiss olunmur.
FİFA-nın oyun qaydaları ilə bağlı inqilabi təşəbbüsləri (top autdan və qapıdan zərbə ilə oyuna daxil edilərkən 5 saniyə saymaq, dəyişikliyin 10 saniyə ərzində reallaşması və s.) futbolu daha da gözəlləşdirib. Hə, su fasiləsinin iki yox, bir dəfə olması, buna 3 dəqiqə yox, az vaxt ayrılması, bütün oyunlarda yox, kəskin isti zamanı tətbiqi daha yaxşı olardı. Belədə oyunun tempinə, dinamikasına xələl gəlməzdi. Hər gözəlin bir eybi olduğu kimi, su fasiləsini də bu turnirin eybi sayaq və seyrə davam edək.
Su fasiləsinə görə narahatıqsa, əvəzində son illərdə VAR-la bağlı hökm sürən anlaşmazlıqların faktiki aradan qalxdığını deməliyik. İlk növbədə ciddi hakim səhvlərinin olmaması sevindirici məqamdı. İkincisi, meydandakı hakimlə VAR-da əyləşənlər arasında rabitə, anlaşma elə ideal səviyyədədi ki, mübahisəli epizodlarda dərhal qərar verilir, daha oyunda 2-3 dəqiqəlik fasilə yaranmır. Üçüncüsü, fikir vermisizsə, sanki hakimlərə futbolçuların sona qədər mübarizə aparmasına şərait yaratmaq tapşırığı verilib. Hakimlər hər epizodda fit çalmır, meydanda maksimum dərəcədə güzəştsiz mübarizə getməsinə çalışır.
İstənilən dünya çempionatı üçün xarakterik olan fərdi problemləri (ayrı-ayrı yığmaların formaya ulduz taxmaqla bağlı hoqqalarını, Portuqaliya və İngiltərə yığmalarının tornado təhlükəsisi ilə üzləşməsini, sonuncuların həmçinin qarət olunmasını...) nəzərə almasaq, hələ ki hər şey yaxşı gedir. Çox güman, irəlidə bizi daha maraqlı oyunlar və qollar gözləyir.
Hə, bir də İranın taleyi var. Amerikalı təşkilatçılar qonşu ölkənin təmsilçilərinə münasibətdə hədsiz sərt davranır. Yuxarıda “hər gözəlin bir eybi var” yazmışdım, iranlılara yanaşma da ikinci eyibdi...
HUŞƏNG

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 İyun 2026 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri