Icma.az
close
up
RU
Hər iş sahibinə dönər...

Hər iş sahibinə dönər...

Icma.az, Yeniavaz saytına istinadən bildirir.

Həcc ziyarətindən dönən iki nəfər Ciddə Hava Limanında görüşüb tanış olurlar. Qeydiyyatın başlamasına hələ bir neçə saat var. Söhbətə başlayırlar:
- Allah qəbul eləsin!
- Allah qəbul eləsin!
- Mən bununla onuncu dəfədir, həcc ziyarətinə gəlirəm. İş adamıyam, inşaat şirkətim var, söz vermişəm ki, nə qədər imkanım var, hər il bu ziyarətə gəlim. Siz neçənci dəfədir gəlirsiniz?
- Birinci və ehtimal ki, elə sonuncu gəlişimdir. Özü də bu ziyarətə gəlməyim, daha doğrusu, gələ bilməyim dastan kimi bir şey oldu, ona görə də, heç deməsəm yaxşıdır.
- Onsuz da vaxtımız çoxdur, deyin, həvəslə sizə qulaq asaram.
- Mən həkiməm, fizioterapevt həkim. Otuz ildir ki, imkan olduqca həcc ziyarəti üçün kənara bir şeylər qoyurdum. Bu ilin əvvəlində baxdım ki, artıq lazım olan vəsait var. Həcc ziyarəti üçün müraciət etdim və müraciətim qəbul olundu. Bir tərəfdən ziyarətə hazırlaşır, bir tərəfdən də işimi sahmana salıb başqa bir həkimə həvalə etmək istəyirdim ki, mən olmadığım müddətdə xəstələrimin müalicəsi yarımçıq qalmasın.
Bir gün işin sonunda bir xəstəmə lazım olan prosedurları etdim. Xəstə cavan oğlan idi və müalicə çox gözəl gedirdi. Hər dəfə də anası gətirirdi. Bu dəfə qapıdan çıxanda ana bir anlıq duruxdu və geri dönüb dedi ki, həkim, daha bundan sonra gəlməyəcəyik. Mən tutuldum, elə düşündüm ki, müalicədən razı deyillər və başqa həkimə getməyi planlaşdırırlar. Qadın elə bil ki, mənim bu düşüncəmi üzümdən oxudu və dedi ki, həkim, ağlınıza başqa şey gəlməsin, ərimi işdən çıxarıblar və biz ehtiyac içindəyik, onun üçün gələ bilməyəcəyik. Hər ikimiz tutulub qaldıq, o anda nə edəcəyimi, nə deyəcəyimi bilmədim. Amma çox məyus olmuşdum, oğlanın müalicəsinin yarımçıq qalması dönüşü olmayan fəsadlara yol aça bilərdi.
Xanım gedəndən sonra otura bilmədim və baş həkimin yanına çıxıb məsələni danışdım və xahiş elədim ki, o oğlanın müalicəsi üçün pul almasınlar. Baş həkim razılaşmadı, “Bura özəl müəssisədir”, deyib məni yola saldı. Yenidən kabinetimə qayıtdım, özümə yer tapa bilmirdim. Gül kimi bir gəncin dünya malı üçün əlil qalacağını düşünəndə elə bil başıma qaynar qazan tökülürdü. Vicdanım sızıldayırdı. Qərarımı verdim və yerimdən qalxıb mühasibatlıq otağına getdim. Həcc üçün yığdığım pul cibimdə idi, işdən sonra həcc ziyarətini rəsmiləşdirmək, pulu ödəmək üçün gedəcəkdim, ancaq vicdanımın hökmü ilə qərarımı dəyişmişdim. Bütün pulu mühasibin qarşısına qoydum və o oğlanın müalicəsi üçün olduğunu dedim. Həm də mühasibdən xahiş elədim ki, zəng edəndə ailəyə deməsin ki, pulu kim ödəyib, desin ki, xəstəxanamızın belə bir yardım fondu var, oradan ödənilib.
İşdən evə gələndə qarışıq duyğular içində idim. Bir tərəfdən otuz illik arzumdan imtina etdiyim üçün çox məyus olurdum, bir tərəfdən də bir gəncə o vəziyyətdə yardım edə bildiyim üçün içimdə bir məmnunluq hissi var idi. Bu haqda heç kimə də bir söz demədim. O gecə səhərə qədər yatağımda çırpınsam da, yuxuya gedə bilmədim. Səhərə yaxın gözümə yuxu getdi və bir yuxu gördüm. Gördüm ki, Kəbəni təvaf edirəm və ətrafımda hər kəs mənə “Allah qəbul eləsin!” deyir.
Telefon səsinə yuxudan oyandım. Baş həkim idi. Az qala yalvarırdı. Deyirdi ki, xəstəxanamızın sahibi həcc ziyarətinə gedir, şəxsi həkimi onunla gedə bilmir, xanımı bu gün əməliyyat olmalıdır. Xəstəxananın sahibi də yanında fizioterapevti olmadan heç bir səfərə çıxmır, həm xəstədir, həm də həcc ziyarətində əldən düşməsin deyə həkim ona tibbi dəstək olmalıdır. Zəng edib məndən fizioterapevt istəyir, ərkim bircə sənə çatır, xahiş edirəm, məni bu vəziyyətdən çıxar, təcili səfərə hazırlaş. Maddi məsələlər hamısı həll olunacaq.
Həcc vaxtı xəstəxananın sahibi ilə səmimi dost olduq və mən başıma gələnləri ona danışdım. Adam özünü saxlaya bilməyib ağladı, söz verdi ki, xəstəxananın hesabında yardım fondu açacaq və qayıdan kimi o oğlanın atasını işə götürəcək.
Adam sözlərini bitirib susdu. Bayaqdan bəri diqqətlə dinləyən yol yoldaşı ayağa qalxıb onu qucaqladı və gözlərindən axan yaşları silərək belə dedi:
- Qardaş, mən on ildir bu ziyarətə özüm gəlirəm, amma səni bu ziyarətə Kəbə evinin Sahibi Özü gətirib...
Oxuduğum mənbədə bu yazının yaşanmış hadisə olduğu deyilir. Lap heç yaşanmamış olsa da, hansısa təxəyyülün məhsulu olsa da, mən əminəm ki, sən Allah üçün bir insana yardım etsən, Allah da (c.c.) sənin bu yaxşılığını artığı ilə qarşılayar. Sən o qarşılığı bu dünyada görəcəksən, ya axirətdə, bu mühüm deyil, amma əmin ol ki, görəcəksən.
İman da elə güvənməkdir, əmin olmaqdır. Kimin Allaha güvəni, inamı nə qədərdirsə, elə imanı da o qədərdir. Bütün əməllərin faydası və ya zərəri onun altında dayanan niyyətdə gizlidir. Və hər kəs öz niyyətinə görə qarşılıq görəcək.
Əlində olanları imkansızlarla paylaşmaq, çətinliyə düşənlərə yardım etmək, insanın xilası, qurtuluşu üçün çalışmaq bizə Allahın (c.c.) əmridir. Qurani-Kərimdə onlarla ayə göstərmək olar ki, bu saydıqlarımızdan bəhs edir. Peyğəmbərimiz isə (s.ə.s.) öz həyatında bu gözəl keyfiyyətlərin ən parlaq nümunələrini göstərirdi. Bu duyğu səhabələr arasında o qədər inkişaf etmişdi ki, onlar öz ehtiyaclarını unudur, digər din qardaşlarının problemlərini üstün tuturdular.
Məsələ edilən yardımın azlığında və ya çoxluğunda deyil, yardım edənin səmimiyyətində, niyyətindədir. Ətrafımızda o qədər xoş bir sözə, səmimi bir təbəssümə möhtac insanlar var ki...
Unutmayaq ki, malın-mülkün, varın-dövlətin həqiqi sahibi Allahdır. Yunus Əmrə bu mövzuda belə deyir:
“Mal sahibi, mülk sahibi,
Hanı bunun ilk sahibi?
Mal da yalan, mülk də yalan,
Al bir az da sən oyalan”...
Quranda Allah rizasını qazanmaq üçün insanlara yaxşılıq etmək, əlindəkini başqaları ilə bölüşmək Allaha borc vermək kimi qiymətləndirilir. Təsəvvür edirsinizmi, siz bütün məxluqatın Sahibinə borc verirsiniz, O da sizin borcunuzu qaytarmazmı? Sizi razı salmazmı?!
Mövzu hər kəsin düşüncəsinə, vicdanına açıq qalır. Qoy hər kəs özü qərar versin. Çünki hər kəs də öz niyyətinin, öz əməlinin qarşılığını görəcək. Və hər kəs də özünə şahid olacaq. Vəssalam.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 23 Fevral 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see370

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see307

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see303

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see274

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see268

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see234

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see213

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see178

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see176

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see175

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see172

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see164

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see162

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see159

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see159

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see158

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see154

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see154

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see154

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri