Almaniyada dönər böhranı yaranıb
Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türk mühacirlərdən dönər kababı hazırlamağı öyrənən və bunu həyatlarının vazkeçilməz hissəsinə çevirən almanlar indi dönər böhranı ilə üz-üzədir.
Reyting.az xəbər verir ki, Almaniyanın cənub-qərbində iri dönər kababı və kabab istehsalçısı olan Birtat fabrikinin işçiləri maaş mübahisəsinə görə yenidən tətilə başlayıblar.
Aylıq əmək haqqının 375 avro (18 min TL) artırılması tələbi ilə həftələrdir “xəbərdarlıq tətili” keçirən işçilər istehsalı dayandırıblar. Ancaq Birtat bunu qəbul etmək istəmir.
Almanlar tətilin davam edəcəyi təqdirdə dönər kababının qıtlığından və qiymətlərin daha da artacağından narahatdırlar.
Qeyd edək ki, kabab həvəskarları qiyməti 2-3 avro olan dönərin indi 7-8 avroya qalxmasından şikayətlənirlər.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:Almaniyada enerji böhranı yaranır FOTO
24 Aprel 2026 11:46
Almaniyada hökumət böhranı Ukraynadakı münaqişə ilə əlaqəlidir?
07 Noyabr 2024 17:11
Almaniyada yanacaq böhranı: Qiymətlər yüksəlməkdə davam edir
17 May 2026 12:30
Almaniyada Dönər Partiyası quruldu: “Ən ləzzətli partiya” seçkilərə qatılır
10 Yanvar 2025 14:22
Almaniyada hökumət böhranı: Koalisiya dağıldı, Şolts təklənir FOTO
18 Yanvar 2025 11:31
Baxış sayı:122
Bu xəbər 08 Avqust 2025 08:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















