Icma.az
close
up
RU
Hər keçən gün ABŞ nin xeyrinə işləyir ŞƏRH

Hər keçən gün ABŞ nin xeyrinə işləyir ŞƏRH

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Hərbi əməliyyatlar geniş miqyasda mütləq bərpa ediləcək. Çünki ABŞ və İsrail buna hazırlaşmaqdadır"

"Vəziyyəti izləyən hər kəs anlayır ki, Mustafa Xameneinin hadisələrə təsir imkanları sadəcə sözdədir"

ABŞ-İran münasibətlərində gərginliyin növbəti mərhələsi başlayır. İslamabadda keçirilən ilk təmaslardan sonra Tehran-Vaşinqton xəttində ikinci raundun baş tutmaması İran daxilində qərarvermə mexanizminin mahiyyəti ilə bağlı mühüm sualları yenidən gündəmə gətirib. İran parlamentində səslənən son açıqlamalar göstərir ki, rəsmi danışıqlar masasının arxasında görünən fiqurlardan daha çox, prosesin taleyini müəyyən edən qapalı güc mərkəzləri var. Müctəba Xameneinin ikinci mərhələyə razılıq vermədiyi barədə iddialar da məhz Tehranda siyasi iradənin kim tərəfindən formalaşdırıldığına dair müzakirələri daha da aktuallaşdırır. Bu fonu daha da sərtləşdirən əsas amil isə Vaşinqtonun ritorikasıdır. Donald Trampın İrana yönəlik açıq təhdid xarakterli bəyanatları göstərir ki, ABŞ bu mərhələdə diplomatik yumşalma yox, daha çox təzyiq və psixoloji üstünlük xəttini seçib. Beləliklə, tərəflər arasında danışıqların dayanması təkcə diplomatik fasilə deyil, həm də regionda yeni siyasi və hərbi gərginlik mərhələsinin anonsu kimi qiymətləndirilir.

Mövzu ilə bağlı "Sherg.az"a danışan tanınmış jurnalist, siyasi şərhçi Elçin Alıoğlu bildirib ki, Müctəba Xameneinin danışıqlara icazə verib-verməməsi mübahisəli mövzudur:

“Çünki bu iddia edilir və bizim bunu yoxlamaq üçün imkanlarımız yoxdur. Lakin vəziyyəti izləyən hər kəs anlayır ki, Mustafa Xameneinin hadisələrə təsir imkanları sadəcə sözdədir, deklarativ deyil. Bu dəqiqə İranı İnqilab Keşikçiləri Korpusunun rəhbəri - daha dəqiq desək, SEPAH və Pasdaran adlanan bu təşkilatın komandanı General-leytenant Əhməd Vahidi idarə edir. İslamabadda keçirilmiş danışıqlarda İran nümayəndə heyətinin rəhbərlik edən şəxs isə İran parlamentinin spikeri Qalibaf və yaxud da İranın Xarici İşlər Naziri Əraqçı deyildir. Real rəhbər SEPAH generalı və orada yetərli gücə malik olan Məhəmməd Bağır Zülqədiridir. Eyni zamanda İranın xarici siyasətini müəyyənləşdirən digər bir şəxs isə SEPAH-da yetərincə nüfuz sahibi olan və İran mühafizəkar kölgə liderlərindən sayılan Səyyid Cəlilidir. Belə bir şəraitdə danışıqları biz istəmədik demək bir qədər, şübhəli məsələdir”. 

Analitik qeyd edib ki, ABŞ-nin tətbiq etdiyi dəniz embarqosu İran iqtisadiyyatına hər gün orta hesabla 520 milyon dollar minimal ziyan vurmaqdadır:

“İranın neft mədənləri bu dəqiqədə dolmaq üzrədir və hasil edilən nefti toplamaq üçün artıq rezervuarlar çatışmır. İran məcburdur ki, vaxtı ilə təkrar metala yolladığı tankerləri, rezervuarları bərpa etsin və nefti ona toplasın. Hər keçən gün ABŞ-nin xeyrinə işləyir. Danışıqlarda əslində ABŞ maraqlı deyil, çünki blokada davam etdiriləcək. Hətta çox yaxın müddətdə İran səmasın uçuşa qadağan zona elan ediləcək. Bundan sonra da blokada vasitəsilə İran iqtisadiyyatına ağır ziyan vurulmağa çalışılacaq. Ümumiyyətlə İranda bu dəqiqə çox ağır bir iqtisadi vəziyyət hökm sürür. Düşünmürəm ki, İran hakimiyyətindəki bu vəziyyət həll etsin. Sadəcə bu bəyanat pis oyunda yaxşı sima göstərmək cəhdidir”.

Hərbi əməliyyatların bərpasına gəldikdə isə Elçin Alıoğlu söyləyib ki, bu, qaçılmazdır:

“Hərbi əməliyyatlar geniş miqyasda, geniş intensivlikdə olmasa da, mütləq bərpa ediləcək. Çünki ABŞ və İsrail buna hazırlaşmaqdadır. Digər tərəfdən İran da yeni hərbi əməliyyatlara hazırlaşır, raket arsenalını bərpa edir və zərbələri planlaşdırır. Lakin əvvəlki miqyasdan fərqli olaraq yeni-üçüncü mərhələ bir qədər lokal olacaq. Əsasən İranın energetika, nəqliyyat və neft hasilatı strukturlarına zərbələr endiriləcək. Ona görə də İranın biz danışıqlardan imtina edirik açıqlaması sadəcə söz oyunudur. Yəni bu daha güclü və daha nüfuzlu görünmək cəhdidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Aprel 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri