Icma.az
close
up
RU
Hər kəndə bankomat qoymaq olmaz İqtisadçı səbəbləri AÇIQLADI

Hər kəndə bankomat qoymaq olmaz İqtisadçı səbəbləri AÇIQLADI

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Ağdamın işğal olunmamış əraziləri var. Orada bir dənə də olsun bankomat yoxdur. Kəndlər böyükdür, nəqliyyat əlçatan deyil. Ona görə əhali çətinliklə mərkəzə gedib bankomatdan istifadə edir". Bunu millət vəkili Bəxtiyar Əliyev deyib.

Bəs nə üçün bölgələrdə bankomat problemi yaranır? Bu problemi necə aradan qaldırmaq olar?

Bu barədə iqtisadçı Fuad İbrahimov Redaktor.az-a açıqlamasında öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bu problem digər rayonlarımızda da mövcuddur, çünki kəndlərdə nağdsız ödəniş sistemi inkişaf etməyib:

"Biz ona görə bankomat istəyirik ki, kəndlərdə mütləq şəkildə alınan müavinətlər, təqaüdlər, pensiyalar, maaşlar nağdlaşdırılır. Nağdsiz ödəniş rejimi isə demək olar ki, kəndlərimizdə yoxdur. Mağazaya gedəsən nağdsız ödəyəsən, yaxud işığı, qazı nağdsız ödəyəsən, bütün ödənişlərdə nağd puldan istifadə olunur. Misal üçün, 100 ailədən 3, 4 faizi hansısa bir elektron vasitələrdən istifadə edərək ödəniş edir. Amma yenə də kənd həyatında mütləq nağd vəsaitəyə ehtiyac var. Bu baxımdan tələb olunur. Ancaq hər kənddə bir bankomat qoymaq mümkün olan şey deyil. Birincisi, bunun inkassasiya xidməti var. Vaxtaşırı bura kimsə gəlməlidir, bankomata pul yerləşdirməlidir. Təsəvvür edin ki, 100 minlərlə qiyməti olan bankomatlar alınır, gətirilib quraşdırılır və orada ayda iki dəfə 10 nəfər 200-300 manat pul çəkir. Eyni zamanda bunun texniki xidməti də var. Bundan ötrü bankın nə qədər şəxsi heyəti ayrılmalıdır. Yəni banklara bu, birmənalı sərf etməyəcək".

İqtisadçı qeyd edib ki, eyni bankı hər yerə qoymaq olmaz:

"Tutaq ki, 3-4 kəndi birləşdirib ora bir bankomat qoyulanda da, digər kəndin sakinləri deyəcək ki, ora apardılar, qoydular, ancaq gətirib bizim kəndə bankomat quraşdırmadılar. Bu da bir problemdir. Həmçinin biz eyni bankı hər yerdə quraşdıra bilmərik, müxtəlif bankların bankomatı olmalıdır. Onda da vətəndaş digər bankdan maaşın alıb və digər bankın bankomatından pulu çıxardanda, faiz çıxacaq. İstənilən halda narazılığa səbəb olur deyə çıxılmaz vəziyyət yaranır".

Fuad İbrahimov problemin həll yolunu da təklif edib:

"Bunun əsl çıxış yolu, əlbəttə ki, sürətli nağdsiz ödəniş üsuluna keçməkdir ki, vətəndaş pulun nağd olub-olmamasının dərdini çəkməsin. Burada banklara irad tutmaqq lazım deyil. Çünki hər yerə gətirib bankamat qoymaq mümkün deyil".

Sevinc İBRAHİMZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Noyabr 2024 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri