Icma.az
close
up
RU
Hər kəs onu ALAQ OTU bilir Amma DƏRMAN İMİŞ!

Hər kəs onu ALAQ OTU bilir Amma DƏRMAN İMİŞ!

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yabanı halda çox vaxt parklarda qarşımıza çıxan bu bitkinin əslində dərman bitkisi olduğunu bilirdiniz?

Çoxlarımız onu dovğada, yağda qızarmış yaxud da duza qoyulmuş şəkildə sevir. Amma sırf müalicə vasitəsi kimi ondan yararlanankar demək olar ki yoxdur. Bu gün bir bax kanalında Pərpətöyün bitkisinin bəzi xəstəliklərin müalicəsi zamanı necə istifadə olunması qaydalarından danışacağıq. Diqqətiniz bizdə olsun.

4000 yaşı olan pərpətöyün bitkisi. Qədim Misirdə bu bitkinin yarpaq və gövdəsindən şəfalı bitki kimi istifadə edirdilər. Ərəblər elə ona görə orta əsrlərdə pərpətöyünü yüksək qiymətləndirərək onu "bəzəkli tərəvəz” adlandırırdılar. Qədim Yunanıstanda isə bu bitki daha çox dərman bitkisi kimi tanınırdı. Bu faktı Hipokratın əsərləri də təsdiqləyir.

Pərpətöyünlə ilan sancması, yuxusuzluq və müxtəlif yaraları müalicə edirlər. Böyük Plini digər bitkilər arasında məhz pərpətöyünü "istifadəyə məcbur" hesab edirdi. Məşhur şərq təbibi İbn Sina da pərpətöyünü ən mühüm təbii dərmanlardan biri kimi qiymətləndirib.

Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq rayonlarında bağ və bağçalarda alaq bitkisi kimi yayılıb.

Pərpətöyünün tərkibi A, B1, B2, K, vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülali maddələr, kalsium, kalium, maqnezium və digər faydalı maddələrlə zəngindir. Toxumlarının tərkibində yağ turşuları mövcuddur. Müalicə vasitəsi kimi bitkinin təzə zoğları, yarpaqları, çiçəkləri və toxumları istifadə edilir.

Pərpətöyünün tərkibində olan təbii hormonabənzər maddə orqanizmə noradrenalin kimi təsir göstərir, mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır. Yarpaqlarından zəhərli ilan və həşəratların sancması zamanı, qaraciyər və böyrək xəstəliklərində istifadə olunur. Xüsusilə sidik kisəsində olan iltihabi proseslərə qarşı təsir göstərir, sidikqovucu effekt verərək iltihabi məhsulların orqanizmdən xaric olmasını sürətləndirir.

Pərpətöyün yüksək lifli bir tərəvəz olduğundan, həzm sistemini, bağırsağın fəaliyyətini normallaşdırır və qəbizliyin qarşısını alır. Eyni zamanda babasilin yaranmasına mane olur. Bundan başqa mədənin turşu ifrazatını tarazlaşdırır. Bitkinin ən mühüm faydalarından biri də immuniteti gücləndirir və xərçəngin yaranmasının qarşısını alır.

Hemorroy zamanı ağrı hissiyyatını aradan qaldırır. Tərkibindəki K vitamin sayəsində qankəsici təsir göstərir. Pərpətöyün mədəaltı vəzdən insulin hormonunun sintezini artıraraq qanda qlükozanın səviyyəsini azaldır.

Pərpətöyünün mühüm xüsusiyyətlərindən biri də salmonella, dizenteriya kimi xəstəliktörədici mikroblara qarşı antibakterial təsir göstərir. Ürək fəaliyyətini normallaşdırır, qanda xolesterinin səviyyəsini azaldır.

Tərkibindəki A vitamin dərinin qidalanmasını yaxşılaşdırır, dəri yaşlanmasının qarşısını alır. Pərpətöyündən hazırlanan maska dərini cavanlaşdırır, qırışların hamarlanmasını təmin edir.

Maraqlıdır, bəs bu şəfalı bitkinin əks göstərişləri varmı?

Pərpətöyün arterial təzyiqi yüksəltdiyinə görə hipertoniyadan əziyyət çəkənlər ondan istifadədə ehtiyatlı olmalıdırlar. Daha bir əks göstərişi hamiləlikdir. Bitki uşaqlığın tonusunu artırdığına görə hamilə qadınlar üçün məsləhət deyil./azerforum.com

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Noyabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri