Icma.az
close
up
RU
Hər kitab bir dünyadır

Hər kitab bir dünyadır

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Cabbarlının pyesləri Türkiyədə

Türkiyənin nüfuzlu ədəbi qurumu olan Türk Ədəbiyyatı Vəqfı Azərbaycan Yazıçılar Birliyi ilə ədəbi əməkdaşlıq müqaviləsi çərçivəsində daha bir mühüm ədəbiyyat layihəsini həyata keçirib.

Azərbaycan ədəbiyyatında və teatr sahəsində xüsusi yeri olan, unudulmaz dramaturq C.Cabbarlının anadan olmasının 125-ci ildönümü münasibətilə yazıçının “Seçilmiş pyeslər” kitabı qardaş ölkədə ədəbiyyatsevərlərə təqdim olunub.

Türk Ədəbiyyatı Vəqfının rəhbəri, şair Sərhat Kabaklı türk mətbuatına açıqlamasında belə bir kitabın nəşrinin son dərəcə vacib olduğunu vurğulayıb: “Cəfər Cabbarlı təkcə Azərbaycan ədəbiyyatının deyil, bütün türk dünyasının ortaq mədəni irsinin ən mühüm nümayəndələrindən biri hesab olunur. Qələmə aldığı şeirləri, hekayələri, xüsusən də səhnə əsərləri ilə geniş oxucu kütləsi qazanan dramaturqun yaradıcılığında əsas yeri cəmiyyətin problemlərinə güzgü tutan pyesləri təşkil edir. Onun əsərlərini oxuyanda və ümumtürk mədəniyyəti üçün gördüyü böyük işləri incələyəndə türk oxucusuna belə bir ərməğan etmək qərarı verdik. Hesab edirəm ki, çağdaş türk gəncliyi qardaş xalqımızın nələrdən keçib zirvələrə necə ucaldığını həm də Cabbarlının yaradıcılığından öyrənəcək. Azərbaycan Yazıçılar Birliyi və əziz ustadımız, yaşayan Dədə Qorqudumuz Anarın belə layihələrimizə dəstək olması, xeyir-dua verməsi bizlərdən ötrü xəzinədir”.

Yapon nəsrinin “Qar dənəsi”

Yapon ədəbiyyatının klassiki Rünoske Akutaqavanın (1892–1927) hekyələr toplusu belə adlanır.

Yapon qısa hekayəsinin atası hesab olunan Akutaqava yaradıcılığında həm klassik, həm də müasir elementləri birləşdirərək yapon ədəbiyyatına yeni nəfəs gətirmişdir. “Raşomon” və “Meşədə” kimi hekayələri, xüsusilə Akira Kurosavanın “Raşomon” filminə təsir edərək bütün dünyada şöhrət qazanıb.

35 yaşında yüksək dozada yuxu dərmanı içərək intihar edən Akutqavanın qısa, lakin zəngin həyatı onun yapon ədəbiyyatında əbədi yerini təmin edib. Onun adı ilə adlandırılan Akutqava mükafatı, müasir Yapon yazıçıları üçün ən prestijli ədəbi mükafatdır.

...Qar dənəsi adlı köpək xain hərəkəti üzündən dönüb his kimi qara olur. Yeni rənginə nifrət edən və xətasına görə möhkəm peşman olan bu it yenidən ağ rəngli olmağa can atır. Təhlükələrə qarşı durur və insanları ölümdən qurtarır.

Tərbiyəvi təsir məramı ilə yazılan bu kimi hekayələr insan ruhunun sonsuzluğu və psixologiyanın sirləri barədədir. Müəllifin qısa ömründə 150 novellası, essesi, onlarla miniatürü, ssenarisi, şeirləri çıxıb. Onun mövzularının əksəriyyəti qədim xronikalardan, orta əsrlərə aid lətifələrindən, feodal eposlardan götürülüb. özünün parlaq istedadı və yumor hissi ilə ölməz əsərlərin müəllifinə çevrilib.

Oğuzlu müəllifin “Sülh kitabı”

Elza Rəşad Gülməmmədovanın bu toplusu sülhün sənət prizmasından tədqiqi kimi maraq kəsb edir.

Oğuz rayonunun sakini və indiyədək 6 kitab müəllifi olan Elza xanım bu əsərində sülhlə bağlı sonsuz insan arzusunu bənzərsiz və güclü perspektivdə qələmə alıb. Kitabda sxolastik estetikadan üstündür, müxtəlif düşüncə tellərini birləşdirmək yolu ilə sülh fəlsəfəsinin özəyi araşdırılır. Kitab qeyri-zorakılıq və mərhəməti vurğulayan qədim müdriklik ənənələrindən (Buddizm və Caynizm) dialoq, diplomatiya və münaqişələrin həllini dəstəkləyən müasir sülhyaratma hərəkatlarına qədər zəngin ideyalar qobeleni təsiri bağışlayır.

İllər uzunu kitabxana müdiri işlədiyi üçün geniş mütaliə sahibi olan Elza xanımın bədii ifadə vasitələri bu dərin anlayışların rahat qavranılmasını təmin edir. Müəllif duyğuları təbii emosiyalar oyadır, perspektivlərə qapı açır və oxucunu bütün bəşəriyyətin bir-birinə bağlılığı haqqında düşüncələrə kökləyir.

“Sülh kitabı”na ön söz yazanlardan biri amerikalı ədəbi məsləhətçi Staci Modisette, digəri isə Azərbycan İqtisad Universitetinin müəllimi, yüksəık texnologoyalar üzrə ekspert Əflatun Məmmədovdur.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see249

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see229

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see224

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see215

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see213

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see186

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see184

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see176

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see167

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see167

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see165

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri