Icma.az
close
up
RU
Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib.

"Unikal" xəbər verir ki, “Hər şey mümkündür” sosial layihəsi çərçivəsində təşkil olunan tədbirdə daun sindromlu uşaqlar və onların valideynləri ilə birgə sevinc dolu anlar yaşanıb. 

Layihənin əsas məqsədi daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların özlərinə inamını gücləndirmək və hər kəsin diqqətini bu mövzuya yönəltmək olub. Uşaqlar “Dance Ability” metodologiyası əsasında hazırlanan interaktiv rəqs proqramında iştirak ediblər. Bu metod hər kəsin istisnasız olaraq özünü ifadə edə biləcəyi inklüziv bir rəqs növüdür. Tədbirdə həmçinin uşaqlar üçün müxtəlif əyləncəli oyunlar da keçirilib. İnflunserlərin də qoşulduğu tədbir balacalar üçün şən oyunlar, maraqlı fəaliyyətlər və bol gülüş dolu anlarla yadda qalıb. 

Qeyd edək ki,  “Hər şey mümkündür” layihəsi ilk dəfə 2021-ci ildə Qırmızı Ürəklər Fondu və "Kapital Bank"ın birgə həyata keçirdiyi “Ürəklərlə ianə et” aksiyası çərçivəsində toplanan vəsait hesabına daun sindromlu uşaqlar üçün həyata keçirilib. “Hər şey mümkündür” layihəsi hər bir fərdin potensialını üzə çıxarmaq və onların sosial həyata aktiv qoşulmalarını təşviq etmək məqsədi daşıyır. Layihə çərçivəsində müxtəlif yaradıcı fəaliyyətlər, inklüziv tədbirlər təşkil olunur. 

Ətraflı məlumat üçün link: https://bit.ly/USQLR 

“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə “Kapital Bank” ASC-nin bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 İyun 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri