Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Daun sindromlu uşaqlar və onların cəmiyyətə adaptasiyası

Daun sindromlu uşaqlar və onların cəmiyyətə adaptasiyası

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

“Yaxşı olar ki, Daun sindromlu uşaq" ifadəsi əvəzinə "21-ci xromosomun trisomiyası" ifadəsindən istifadə edilsin”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Sona Əliyeva bildirib.

O qeyd edib ki, Daun sindromlu uşaqların valideynləri bədbinliyə qapılaraq onların gələcəyinə pessimist yanaşırlar. Əslində isə həmin uşaqlarla fiziki cəhətdən sağlam olanların psixologiyası arasında heç də ciddi fərq yoxdur.

Psixoloqun sözlərinə görə, ətraf mühitin və cəmiyyətin Daun sindromlu uşaqlara təsiri böyükdür: “1 yaşına qədər onların inkişafında sağlam uşaqlarla müqayisədə fərq olmasa da, əzələ tonusunun aşağı səviyyəsi üzə çıxır. Həmin uşaqların valideynləri onların psixologiyasındakı güclü cəhətləri üzə çıxararaq inkişaf etdirməyə çalşmalıdırlar. Uşaq hansısa işi təkbaşına görmək istəyəndə müsbət qarşılamaq lazımdır, çünki belə hallar onun inkişafına müsbət təsir göstərə bilər. Qeyd etmək lazımdır ki, həmin uşaqların göz yaddaşı çox iti olur. Daunlu uşaqlar çox vaxt xüsusi məktəblərə verilir, lakin onların normal zehni və fiziki inkişafa malik uşaqlarla ünsiyyətdə olması daha yaxşı olar və cəmiyyətə inteqrasiyasına kömək edər".

Sona Əliyeva qeyd edib ki, çox vaxt valideynlər uşaqlarında Daun sindromunun olduğunu gizlətməyə çalışır və ya bildirmək istəmirlər. “Onsuz da uşaqdakı qeyri-adiliyi görənlər istər-istəməz bu barədə soruşurlar. Ona görə ailəyə yaxın olanlar Daun sindromlu uşaqların valideynləri ilə söhbəti düzgün qurmağa çalışmalı, onları stressə sövq etməkdənsə, uşağın inkişafında irəliləyiş olacağına inam və ruh yüksəkliyi aşılamalıdırlar”, - deyə mütəxəssis söyləyib.
Daun sindromlu uşaq ailədə evin ən kiçiyi olanda valideynlər onun bacı və qardaşları ilə düzgün münasibət qurmağına çalışmalıdırlar. Buna erkən yaşda başlanılması və ailədəki digər uşaqlarla mütəmadi söhbətlər aparılması daha yaxşı nəticə verir. Psixoloq xüsusi qeyd edir ki, Daunlu uşaqlar da digər uşaqlar kimi öz potensialını inkişaf etdirməyi bacarırlar və bu sahədə onlara yardım göstərməyə dəyər.

“Daunlu uşaqların zehni inkişafına erkən dövrdən başlamaq və 4-5 yaşına qədər çox ciddi yanaşmaq lazımdır. Daunlu uşaqların sevgi, diqqət və fəal ünsiyyətə böyük ehtiyacı var, çünki digər uşaqlarla müqayisədə onlar valideynlərinə daha çox bağlı olurlar. Bunun başlıca səbəbi həmin uşaqların dostluq münasibətlərinə üstünlük vermələridir. Həmin uşaqların xüsusi dərnək, bölmə və məşğələlərdə iştirak etmələri çox faydalıdır. Burada onlar ümumbəşəri dəyərlər, azad və sərbəst inkişaf, vətəndaş tərbiyəsi, tolerantlıq, azadlıq və insan hüquqlarına hörmət öyrənirlər. Daunlu uşaqlara öz ad və soyadı ilə müraciət etmək lazımdır. Axı onlar uşaq olaraq qalmır, böyüyür və valideynlər də onların yaşlarına uyğun davranmalıdırlar", - deyə psixoloq Sona Əliyeva söhbətə yekun vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:358
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Yanvar 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri