Icma.az
close
up
RU
Sumqayıtda daun sindromlu uşaqlar üçün futbol tədbiri

Sumqayıtda daun sindromlu uşaqlar üçün futbol tədbiri

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

SOCAR-ın “Sosial qayğı proqramı” çərçivəsində şirkətin təşəbbüsü  və “Sumqayıt” Futbol Klubunun təşkilati dəstəyi ilə daun sindromlu uşaqlar üçün futbol tədbiri təşkil olunub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində keçirilən “Sumqayıt” – “Neftçi” futbol klublarının qarşılaşmasından öncə təşkil olunan tədbir çərçivəsində SOCAR-ın sponsorluq etdiyi “Sumqayıt” və “Neftçi” klublarının oyunçularının iştirakı ilə daun sindromlu uşaqlar arasında dostluq matçı keçirilib.

Hər iki komandanın futbolçuları oyundan öncə meydana üzərində “Fərqli deyil, xüsusiyik!” yazısı ilə çıxıblar. Həmçinin yoldaşlıq oyununda və qarşılaşmanın startı ərəfəsində futbolçuları müşayiət edən uşaqlar  da meydana üzərində sözügedən şüarı əks etdirən formalar ilə daxil olublar. Sonra hər iki klubun sponsorları, həmçinin tərəfdaşlar və təşkilatçılar tərəfindən iştirakçı uşaqlara hədiyyələr təqdim edilib.

“Sumqayıt” və “Neftçi” klublarının futbolçuları oyuna tədbir iştirakçısı olan uşaqların müşayiəti ilə çıxıblar. Uşaqlar valideynləri ilə birgə “Sumqayıt” və “Neftçi” futbol klublarının qarşılaşmasını izləyiblər.

Layihə daun sindromlu uşaqlar üçün motivasiya mühiti formalaşdırmaq, eyni zamanda onların psixoloji rifahının yüksəldilməsinə, özünəinam hissinin artırılmasına, cəmiyyətdə inklüzivlik dəyərlərinin təşviqinə dəstək göstərmək məqsədi daşıyır.

Qeyd edək ki, daun sindromlu insanlar, o cümlədən uşaqlar ölkəmizdə tam  dövlət qayğısı ilə əhatə olunub, onların hüquqlarının müdafiəsi, reabilitasiyası, bacarıqlarının və vərdişlərinin inkişaf etdirilməsi ilə bağlı məsələlər daim diqqətdə saxlanılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:250
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 29 Aprel 2025 07:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri