Icma.az
close
up
RU
Hər şeyə sahib olsaq başımıza nə gələr? Maraqlı EKSPERİMENT

Hər şeyə sahib olsaq başımıza nə gələr? Maraqlı EKSPERİMENT

Icma.az bildirir, Lent az portalına istinadən.

Əsas ehtiyacları tam ödənilmiş bir cəmiyyət mütləq şəkildə xoşbəxt və sabit olmur. Resurs bolluğu insanları təcridə, aqressiyaya və sosial əlaqələrin dağılmasına aparan səbəblərdən biri ola bilər.

Lent.az xarici mediaya istinadla məlumat verir ki, tarix boyu Yer kürəsində əhalinin sürətli artımı narahatlıq doğurub. Əsas sual isə bu olub: bəşəriyyətin sağ qalması üçün kifayət qədər ərzaq olacaqmı?

Klassik nəzəriyyələr, xüsusilə Malthus nəzəriyyəsi, resurs çatışmazlığının insan sayını xəstəliklər, aclıq və müharibə ilə tənzimləyəcəyini iddia edirdi. Lakin kənd təsərrüfatında əldə edilən irəliləyişlər göstərdi ki, əsas problem resursların azlığı deyil, onların ədalətsiz paylanmasıdır.

1970-ci illərdə tədqiqatçılar fərqli bir sual üzərində düşünməyə başladılar: əgər bir cəmiyyət hər şeylə təmin olunarsa, nə baş verər? Bu suala cavab tapmaq üçün aparılan eksperimentlər narahatedici nəticələr göstərdi.

Amerikalı psixoloq Con B. Kalhoun ideal şəraitdə heyvanlarla bir sıra təcrübələr keçirdi. Təhlükəsiz mühit, limitsiz qida, su və sığınacaqla təmin olunan bu “utopiya” başlanğıcda uğurlu görünürdü. Populyasiya sürətlə artır, sosial münasibətlər güclənirdi. Lakin zaman keçdikcə vəziyyət dəyişdi.

Koloniyada anlaşılmaz davranışlar ortaya çıxdı: səbəbsiz aqressiya, çoxalma instinktindən imtina, sosial rolların itməsi və fərdlərin təcridi. Bəzi siçanlar apatiyaya qapılır, bəziləri isə digərlərinə qarşı qəddarlıq göstərirdi.

Hətta kannibalizm halları da müşahidə olundu. Sonda sosial struktur dağıldı, vəsiqə çoxlu resursların olmasına baxmayaraq, populyasiya kəskin azaldı və tam məhv oldu.

Kalhounun əsas nəticəsi bu idi: davamlı inkişaf üçün yalnız maddi rifah kifayət deyil. Əgər canlılar özünü ifadə etmək, sosial əlaqələr qurmaq və mənalı rollar oynamaq imkanından məhrumdurlarsa, sistem daxildən çökə bilər.

Bu eksperiment insan cəmiyyəti üçün də aktual suallar doğurdu: bolluq və stressin olmaması insanlarda eyni “davranış pozuntusuna” səbəb ola bilərmi? Tədqiqatçılar xəbərdarlıq edirlər ki, insan məsuliyyət və mənalılıq hissindən məhrum olduqda sosial passivlik, yadlaşma və aqressiya arta bilər.

Bəzi müasir alimlər Kalhounun yanaşmasını tənqid edir, deyirlər ki, koloniyanın dağılması təkcə resurs bolluğu ilə deyil, sosial nəzarət və balans mexanizmlərinin olmaması ilə bağlı ola bilər. Lakin bu təcrübə bu gün də aktual olaraq qalır: sağlam cəmiyyət yalnız əsas ehtiyacların ödənməsi ilə deyil, sosial əlaqələrin, rolların və şəxsi inkişafın təmin olunması ilə qurulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 İyul 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri