Icma.az
close
up
RU
Haiti: Xalq üzərində sonsuz eksperiment...

Haiti: Xalq üzərində sonsuz eksperiment...

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Haitinin adı çəkiləndə uzun illər boyu ilk növbədə hansı sözlər ağla gəlirdi? Zombilər, vudu kultu, tonton-makutlar, Papa Dok və Bebi-Dok, bandalar, dağıdıcı zəlzələlər, vətəndaş müharibələri. Yaxud Qrem Qrinin "Komediantlar”ı və eyniadlı film. Və ya Düvalyelərin öz vətəndaşlarının cəsədlərini anatomik vəsait kimi ABŞ-a satması.

İllər keçib, formalar dəyişib, məzmun isə eynidir. Haiti dünyanın "qara dəliyi” olaraq qalmaqdadır. Düvalyeləri ekzotik generallar, onları mülki prezidentlər, sonuncuları isə küçə bandaları əvəzləyib, nə vaxtsa Mərkəzi və Cənubi Amerikanın müstəqillik əldə etmiş ilk dövləti titulunu daşıyan bu ərazilər artıq failed state titulunu daşıyır. Dövlət mövcud deyil, bütün hakimiyyət bandalardadır.

BMT ekspertlərinin son hesabatında Haitidə vəziyyətin böhran nöqtəsinə çatdığı qeyd olunur. Paytaxt Port-o-Prens cinayətkar dəstələrin tam nəzarətinə keçib. Ekspertlər həyəcan təbili çalırlar: zorakılıq və kriminal elə miqyasa çatıb ki, ölkə uçurumdadır, beynəlxalq aləmin təxirəsalınmaz və qəti addımlarına ehtiyac yaranıb.

BMT-nin narkotiklər və cinayətlər üzrə İdarəsinin icraçı direktoru Fəthi Vali bandaların ölkə ərazisinin 90 faizinə nəzarət etdiyini söyləyir. Əvvəllər Haitinin cənubu nisbətən sakit zona sayılırdısa, artıq orada da zorakılıqla bağlı vəziyyət kəskin pisləşib.

BMT Baş katibinin köməkçisi Miroslav Yença isə paytaxt Port-o-Prensin kriminal elementlərin nəzarətində olmasını "ölkənin uçurumun kənarında dayanması” kimi qiymətləndirir.

2021-ci ildə ölkə prezidenti Jovenal Moiz öz iqamətgahında öldürüldü. O vaxtdan bəri ölkəyə nəzarət faktik olaraq cinayətkar qruplaşmaların əlinə keçdi. Ölkədə işlək hakimiyyət və faktik prezident yoxdur. Prezidentin qətli ərəfəsində bandalar paytaxtın 85 faizinə nəzarət edirdisə, hazırda Port-o-Prens bütünlüklə bandalar tərəfindən idarə olunur.

May ayında Tramp administrasiyası Haitidəki kriminal qruplaşmalardan ikisini - "Viv Ansanm” və "Qran Qrif” qruplaşmalarını əcnəbi terror təşkilatları elan etdi. Bu qərar bölgənin ən qəddar və güclü bandalarına qarşı beynəlxalq əməliyyatlar üçün geniş imkanlar açsa da, dəyişən heç nə yoxdur. Ekspertlər isə təcili tədbirlər görülməzsə ölkənin formal rəhbərliyinin bütün əraziyə nəzarətini tam itirəcəyini, humanitar fəlakətin və miqrantların kütləvi köçünün dərinləşəcəyini proqnozlaşdırır.

2024- cü ildə bir-biri ilə rəqabət aparan bandaların bəziləri "Viv Ansalm” koalisiyasını yaratdı. Onun liderləri arasında xüsusilə keçmiş polis Cimmi Şerizye seçilir. Bu odioz personaj "Barbkuyü” ləqəbi ilə də məşhurdur - qurbanlarını diri-diri yandırmağı xoşladığına görə. Çoxsaylı kütləvi qətllərdə günahlandırılan Barbekyüyə qarşı BMT Təhlükəsizlik Şurası 2022-ci ildən sanksiyalar tətbiq edir. Barbekyü "Haiti ya cənnətə, ya da cəhənnəmə çevriləcək” deyir, ölkədə baş verənləri "Qanlı inqilab”, özünü isə inqilabçı adlandırır.

Hələ 2021-ci ildə Jovenal Moiz xarici yardım üçün müraciət etmişdi, ancaq strateji əhəmiyyəti və təbii sərvətləri olmayan, ticarət marşrutlarından kənarda yerləşən Haitiyə kömək etməyə tələsən yoxdur. Dövlətçiliyin dəhşətli templərlə məhvinə bütün dünya seyrçidir. Necə ki, 2004-cü ildə 200 min haitilinin ölümü ilə nəticələnmiş güclü zəlzələnin fəsadlarına biganə qalmışdı. O vaxtdan keçən 20 il ərzində ölkə hələ də dağıntılar içindədir.

Halbuki başqa vaxtlar da vardı. Başlanğıc çox ümidli idi. Əvvəlcə 1791-ci ildə Tussen-Lüvertül qulları üsyana qaldırdı. Onlar fransız müstəmləkəçilərə qalib gəldilər, həmin vaxt Fransada hakimiyyətdə olan inqilabi hökumət haitililərə azadlıq vəd etdi. Ancaq Napoleonun gəlişi ilə bu vəd unuduldu. Napoleonun əsgərləri Tüssen-Lüvertülü həbs edərək Parisə apardı. Qulların lideri Fransada həbsxanada vəfat etdi, ancaq onun yoldaşları Jan-Jak Dessalin və Anri Kristof yeni üsyana başladılar. 1804-cü ilin ilk günündə müstəqillik elan olundu, Dessalin isə yeni dövlətin hakimi (diktatoru) elan edildi.

Təəssüf ki, Amerika qitəsinin ABŞ-dan sonra müstəqillik qazanan ikinci ölkəsi olan Haiti çox tezliklə daxili çəkişmələrin arenasına çevrildi. Dessalin öldürüldü, Anri Kristof intihar etdi. Sonrakı yüz ildə avropalılar tədricən Haitiyə döndülər, yerli marionetlər vasitəsilə idarəçiliyi ələ keçirdilər.

1957- ci ildə hakimiyyətə Papa Dok kimi tanınan Fransua Düvalye yiyələndi. O, özünü ömürlük prezident elan etdi, ordunu buraxdı, gizli polis (tonton-makutlar) yaratdı. 1971-ci ildə Papa Dok öldü, ancaq ölümündən əvvəl hakimiyyəti 19 yaşlı oğluna ötürməyi bacardı. Bebi Dok kimi tanınan Jan-Klod Düvalye atasının siyasətini 1986-cı ilə qədər davam etdirdi, sonra isə devrildi. Bir müddət generallar hakimiyyəti bir-birinə ötürdülər, 1991-ci ildə isə Haiti demokratik yolla ilk prezidentini seçdi. Keşiş Jan-Bertran Aristid Haiti üçün yeni ümid idi, ancaq ABŞ onu devirdi. O vaxtdan xaos Haitiyə yenidən qayıtdı.

Sonralar mühacirətdə Aristid deyəcəkdi: "Bizim bütün bəlalarımızın səbəbi ondadır ki, Haitidə hər kəs prezident olmaq istəyir”. 2006-cı ilin prezident seçkilərində seçki bülletenində 32 namizədin adı vardı, onlardan da ikisi ər-arvad idi.

İndiki sistemli böhranın kökü də ölkənin tarixinə dirənir. Bir çoxları bunu ABŞ tərəfindən Haitinin daxili işlərinə yüz il boyunca destruktiv müdaxilə ilə izah edirlər.

Hər halda Düvalyelərdən və generallardan sonra Aristidin hakimiyyətə gəlişi ölkə tarixinin istiqamətini dəyişə bilərdi, ancaq Vaşinqton buna imkan vermədi və qanuni prezidenti devirərək uzaq Afrikaya sürgün etdi.

Beləliklə, dünyanın gözü qarşısında onillərdir faciə davam edir - Haitinin dövlətçiliyi beynəlxalq aləmin susqunluğu fonunda öz məhvinin çürümə mərhələsinə qədəm qoyur. Sanki Haiti timsalında eksperiment aparılır - xalqlar hansı həddə qədər ekstremal şəraitə dözə bilər? Ki, sonra bunu başqa ərazilərdə də tətbiq etsinlər. Məsələn, Somalidə, Liviyada. Və ya Qəzzada...

Məmməd Süleymanov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Avqust 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri