Hər üç dəqiqədə ən azı bir qadın öldürülür Komitə sədri
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Əfsuslar olsun ki, zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalmaqdadır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, dünyada hər 3 qadından 1-i nə vaxtsa zorakılığa məruz qalıb, hər üç dəqiqədə ən azı bir qadın öldürülür: "1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabrı rəsmi olaraq “Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü” elan edib. Bu il bu günün 26 ili tamam olur. Nə qədər işlər görülsə də, qanunvericilik gücləndirilsə də, hələ də belə hallar var. Hələ də, zorakılığa məruz qalan qadınlarımız, erkən nikaha məcbur edilən qızlarımız var. Bu bizim ailə dəyərlərimizə yaraşmayan hallardır. Zorakılıq yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Ona görə də, biz daha çox maarifləndirmə işləri aparmalıyıq, daha çox çalışmalıyıq ki, qadın və qızlarımız zorakı davranışa məruz qalmasınlar”.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 25 Noyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















