Hər uşağa “SpaceX”dən səhm verəcək
Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünyanın ən varlı iş adamı, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask qlobal miqyasda böyük əks-səda doğuran növbəti bəyanatla çıxış edib. Milyarder gələn ildən etibarən ABŞ-də yaşayan hər bir uşağa şəxsi mülkiyyətində olan “SpaceX” səhmlərindən bir ədəd hədiyyə edəcəyini açıqlayıb.
Adalet.az xəbər verir ki, Mask bu barədə “X” sosial media platformasında paylaşım edib.
“Gələn il Amerikadakı hər bir uşağa mənə məxsus “SpaceX” səhmlərindən birini bağışlayacağam. Bu, ilk belə addım olacaq və daha çoxu da ardınca gələcək”.
Rəsmi statistika göstərir ki, hazırda ABŞ-də 18 yaşdan kiçik təxminən 72 milyon uşaq var. Bir “SpaceX” səhminin birja dəyərinin təqribən 146 dollar olduğunu nəzərə alsaq, 72 milyon uşağa paylanacaq səhmlərin ümumi maliyyə həcmi 10.5 milyard dollara çatır.
Hələlik səhmlərin uşaqlara hansı hüquqi mexanizmlə və necə ötürüləcəyi ilə bağlı detallar açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 20 Oktyabr 2026 07:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















