“SpaceX”dən süni intellektə nəhəng investisiya
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
“SpaceX” Texas və Arizona ştatlarında iki superkompüter mərkəzi qurmaq üçün 74 milyard dollardan çox investisiya planlaşdırır.
“Bakupost” xəbər verir ki, şirkət Texasdakı “Starbase” obyektinə 24 milyard dollardan çox, Arizona ştatındakı kampusa isə təxminən 50 milyard dollar ayıracaq.
Arizona layihəsinin tikintisi zamanı 5500 nəfərin işlə təmin edilməsi, fəaliyyətə başladıqdan sonra isə 1000 daimi iş yerinin yaradılması gözlənilir. Lakin layihə hələ yerli hakimiyyət orqanlarının təsdiqini almayıb.Layihəyə qarşı 2400 nəfərin imzaladığı etiraz müraciəti təqdim olunub. Sakinlər yerli hakimiyyətdən tikintiyə icazə verilməməsini tələb edirlər. Məsələ ilə bağlı dekabrda ictimai dinləmə keçiriləcək.
Texasdakı “Starbase” obyektində isə təbii qazla işləyən elektrik stansiyası və superkompüter mərkəzi qurulacaq. Tikinti indiyədək 3 mindən çox iş yeri yaradıb. Obyekt fəaliyyətə başladıqdan sonra 500-dən çox daimi iş yerini dəstəkləyəcək.
Şirkətin məlumatına görə, 2026-cı ilin üçüncü rübündə gəlirlərinin yarıdan çoxu süni intellekt bölməsinin payına düşüb.
Vüsalə Hüseynova,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 13 Noyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















