Hər uşaq Neymar olmaq istəyirdi Anri
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tierri Anri Neymarın dünya futboluna təsiri barədə çox yüksək fikirlər səsləndirib.
Sportal.az xəbər verir ki, bu açıqlama Braziliya yığmasının DÇ-2026-nın 1/8 finalında Norveçə qarşı 1:2 hesabı ilə uduzmasından sonra verilib.
“O, oyunu ilə futbolu dəyişdi. Buna görə də mən dünya çempionatından və ya karyerasının necə keçməsindən danışmaq istəmirəm. Mən onun futbola nə verdiyindən danışmaq istəyirəm. Neymar böyük futbolçu idi və həmişə də belə qalacaq. Futbol üçün etdiklərin üçün təşəkkür edirəm, sənin oyunundan zövq alırdım.
Bu futbolçuya baxın. Mən sadəcə onun oyununa baxmaq üçün pul ödəyərdim. Hər şey bu qədər sadədir. Biz taktika, 4-4-2, yağış, hündürlük və ya başqa istənilən şərtlərdən danışa bilərik.
Bu adam istənilən yerdə, istənilən vaxt və istənilən üslubda oynaya bilərdi. O, bütün dünyanı futbola — gözəl oyuna, öz üslubuna, qollarına, gülüşünə, davranışına və meydanda gətirdiyi sehrə vurdu. Hər uşaq Neymar olmaq istəyirdi. Sən də Neymar olmaq istəyirdin” - deyə Anri bildirib.
saytlarin hazirlanmasi
Baxış sayı:105
Bu xəbər 07 İyul 2026 00:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















