Icma.az
close
up
RU
Hər yemək bir tarix, bir ənənədir...

Hər yemək bir tarix, bir ənənədir...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan mətbəxinin mədəniyyətimzidəki rolu

Azərbaycan xalqının adət-ənənələri illər boyu təkmilləşərək formalaşıb, hər bir mərasim öz dərin məzmunu ilə yaddaşlara həkk olunub. Ailə, dostluq, vətənə sevgi kimi dəyərlər xalqın sosial həyatını zənginləşdirib və onu bir arada saxlayan ən vacib amillərdən olub. Xüsusilə, Azərbaycan mətbəxi, musiqisi, rəqsləri, geyimləri və digər ənənəvi sənət nümunələri, yalnız bir xalqın mədəniyyətini deyil, həm də geniş bir coğrafiyanı və zamanın sınaqlarına qarşı göstərilən müqaviməti simvollaşdırır.

Xalqımızın tarixi, mədəniyyəti və həyat tərzinin canlı ifadələrindən biri kimi Azərbaycan mətbəxinin özünəməxsus yeri var. Zəngin mətbəximiz həm də xalqın minilliklər boyu keçdiyi mədəni təcrübənin bir yansımasıdır. Bu mətbəx xalqın hər bir mərasimini, gündəlik həyatını və mədəni kimliyini simvollaşdırır. Hər yemək, bir hekayə, bir ənənə, bir tarix daşıyır...

Musiqi və yeməklərin sintezi...

Azərbaycan mətbəxinin tərtibatı və təqdimatı da özündə bir sənət təmsil edir. Bu, təkcə yeməyin ləzzəti ilə bağlı deyil, həm də onun təqdimatında olan gözəllik və harmoniya ilə bağlıdır. Həmçinin, Azərbaycan mətbəxi ilə bağlı bir çox mahnı və nəğmələr mövcuddur.

Mətbəximiz qlobal mədəniyyətlər sırasında

Bu gün Azərbaycan mətbəxi yalnız yerli səviyyədə deyil, beynəlxalq aləmdə də tanınır və qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrində Azərbaycan mətbəxinin yeməkləri təqdim edilir. Bu, həm milli kimliyimizin tanıdılması, həm də mədəniyyətimizin zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan mətbəxinin təqdimatı yalnız ləzzətli yeməklərin hazırlanması deyil, həm də xalqın tarixi və mədəniyyətinin dünyaya çatdırılmasıdır. Mətbəx, sadəcə bir qida mədəniyyəti deyil, həm də Azərbaycan xalqının dərin irsinin bir hissəsidir.

“XIX əsr İrəvan mətbəxi”

Dünən “XIX əsr İrəvan mətbəxi” kitabının təqdimatı keçirilib. Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “XIX əsr İrəvan mətbəxi” qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən ərsəyə gətirilib.

Agentlikdən bildirilib ki, tədbir həm də 20 Oktyabr - Beynəlxalq Kulinariya Gününə həsr edilib. Tədbirdə 150 nəfərə qədər alim, mütəxəssis, tələbə və ictimai xadim iştirak edib. Tədbirdə çıxış edənlər kitabın əhəmiyyətindən bəhs ediblər.

Həmçinin Dövlət Məşğulluq Agentliyinin Azərbaycan Milli Kulinariya Assosiasiyasındakı aşpazlıq və qənnadıçılıq kurslarının müdavimləri, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdləri İrəvan mətbəxinə aid yemək və şirniyyatları sərgiləyiblər. Onlar sertifikatlarla təltif ediliblər. Sonda kitabların imzalanma və paylanma mərasimi olub.

85 mənbədən istifadə olunub

Qeyd edək ki, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən hazırlanan kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilməyə çalışılan ölkəmizin milli kulinariya incilərinin, yemək və şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir. Kitab 208 səhifədən ibarət nəşrdə 85 mənbədən istifadə edilməklə, 1884-cü ildə İrəvanda doğulmuş, 1913-1922-ci illərdə orada yemək və şirniyyat dükanının sahibi olmuş usta Əliqulu Zeynalovun əlyazması əsasında bərpa edilib. Nəşrdə 97 xörək, şirniyyat, içki növləri haqqında məlumatlar, hazırlanma qaydaları, fotolar, miniatürlər, rəsmlər, dövlət poçt markaları əksini tapıb. Kitabın üz qabığı rəssam Nigar Əliyevaya məxsusdur. Bu nəşr həm alimlər, tədqiqatçılar, mədəniyyət işçiləri, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz mənbədir. “XIX əsr İrəvan mətbəxi” kitabı həm də İrəvandakı tarixi varlığımızın bir sübutudur.

Göründüyü kimi, Azərbaycan mətbəxi tarix və mədəni irsimizin bir parçası olaraq, xalqımızın keçmişi ilə bu gününü birləşdirən, gələcəyə ötürülməsi lazım olan zəngin bir mirasdır. Hər yemək, hər ləzzət, hər qida simvolik olaraq Azərbaycanın çoxşaxəli mədəniyyəti və tarixinin bir hissəsidir. Bu, bir xalqın tarixi və həyat tərzini, onun köklərini, dəyərlərini, ənənələrini əks etdirən bir sənətdir. Bütün bunlar isə Azərbaycan mətbəxinin yalnız bir qida növü deyil, həm də milli kimliyin, həyatın və insanın özünü ifadə etməsinin vasitəsidir.

Yeganə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Oktyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see418

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see269

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see267

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see262

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see253

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see250

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see248

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see244

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see243

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see241

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see238

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see237

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see233

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see220

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see217

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see198

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see194

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see188

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see169

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri