Hərbçilərin maaş və pensiyaları artırılacaq Ekspertdən açıqlama
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hərbi ekspert Ədalət Verdiyev Azərbaycan Ordusunda hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı məlumat yayıb. Modern.az xəbər verir ki, ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, qalib Azərbaycan Ordusunun maaş və pensiyaları qabaqcıl beynəlxalq sistemə uyğunlaşdırılır.
“Əldə etdiyim məlumata görə, bu sahədə yeni islahat paketi qapıdadır. Nəhayət ki, orduda əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq.
Maaşlar xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla hesablanacaq. Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları orta hesabla 25 faizə yaxın və daha çox artır.
Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəzlənir, maaşlarda rütbə maaşının həcmi isə 70 faizə qaldırılır.
Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiya təminatı mexanizmi də təkmilləşir və tam rəqəmsallaşdırılır.
Vətən müharibəsinin növbəti ildönümü ərəfəsində bu lap yerinə düşəcək”, – Ədalət Verdiyev bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 24 Sentyabr 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















