Icma.az
close
up
RU
Qadın hərbçilərin 3 illik müqaviləsi 6 aya endirildi EKSPERTDƏN AÇIQLAMA

Qadın hərbçilərin 3 illik müqaviləsi 6 aya endirildi EKSPERTDƏN AÇIQLAMA

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda qadın hərbçilərin xidmətə qəbulu zamanı ilkin müqavilə müddətinin 3 ildən 6 aya endirilməsi orduya uyğunlaşma baxımından sınaq müddəti kimi qiymətləndirilə bilər.

Gununsesi.info xəbər verir ki, hərbi ekspert qadınlar üçün tətbiq edilən yeni müddətin onların hərbi xidmətə uyğunlaşmasına və gələcəkdə daha uzunmüddətli müqavilə bağlamasına imkan yaradacağını bildirib.

Hərbi ekspert Ədalət Vəliyev bildirib ki, qadınlar 6 aylıq sınaq xidmətinin dövründə hərbi xidmətin bütün sahələri ilə tanış olurlar. Bu müddətdə fəaliyyətlərini davam etdirə biləcəklərinə əmin olduqdan sonra növbəti müqavilələri imzalayaraq xidmət müddətini artıra bilərlər.

“Azərbaycanda qadın hərbçilərin xidmətə qəbulu zamanı ilkin müqavilə şərtlərinin 3 ildən 6 aya endirilməsinə ilk növbədə qadın hərbçilər üçün ordu mühitinə uyğunlaşmaq məqsədilə sınaq müddəti kimi baxıla bilər. Yəni 6 ay xidmət edən qadın hərbçi mövcud şəraitə uyğunlaşdıqdan sonra artıq daha uzun müddətə, yəni 3 il müddətinə müqavilə əldə edə bilər” – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, bu yanaşma kişilər üçün tətbiq edilmir. Çünki müddətdən artıq hərbi xidmətə qəbul edilən hərbi qulluqçular artıq hərbi xidmətdə olublar və hərbi xidmətin mahiyyətini bilirlər. Buna görə də onların ayrıca belə bir adaptasiya müddətinə ehtiyacı yoxdur.

Ekspert bildirib ki, əvvəlki qaydada qadınlar birbaşa 3 illik müqavilə imzalayırdılar. Lakin xidmət zamanı müəyyən məhdudiyyətlər səbəbindən müqaviləni vaxtından əvvəl dayandırmaq məcburiyyətində qalanlar olurdu və bu da kadr axınına səbəb olurdu.

“İndi isə 6 aylıq müddət həm kadr axınını azaldacaq, həm də qadınların hərbi xidmətinin təşkilini daha səmərəli şəkildə həyata keçirməyə imkan verəcək” – deyə ekspert vurğulayıb.

Firuzə Mahmudova
Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Oktyabr 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri