Icma.az
close
up
RU
Hərbçilərin mənzillə təmin edilməsi prosesi DAVAM EDƏCƏK

Hərbçilərin mənzillə təmin edilməsi prosesi DAVAM EDƏCƏK

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Sabah Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107-ci ili tamam olur.  1918-ci il iyunun 26-da əsası qoyulan ordumuz ötən bir əsrdən artıq dövrdə böyük inkişaf yolu keçib və bu gün regionun ən güclü hərbi qurumlarından birinə çevrilib. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə Azərbaycan Ordusunun peşəkarlığını və qüdrətini bütün dünyaya nümayiş etdirib.

Müzəffər Ordunun güclənməsi ilə yanaşı onun şəxsi heyətinin sosial müdafiəsinin təmin olunması da daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Son illərdə hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, mənzil və tibbi təminatın gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Bu sahədə həyata keçirilən tədbirlər həm də ordunun döyüş ruhunun və şəxsi heyətin xidmətə motivasiyasının artırılmasına xidmət edir.

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Samir Vəliyev deyir ki, 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü bayram təqvimizdə xüsusi yer tutur. Şanlı Qarabağ zəfəri ilə  böyük tarix yazan Silahlı Qüvvələrimizin adı   müasir tariximizə qızıl hərflərlə yazılıb.

Deputat bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, eləcə də hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb:

"Azərbaycanda  hərbçilərə sosial qayğının artırılması ordu quruculuğunda həmişə üstün istiqamətlərdən biri kimi dövlətin diqqət mərkəzində olub. Azərbaycan hərbçiləri yüksək peşəkarlığa malikdirlər, eyni zamanda onlara vətənpərvərllik, dövlətə, xalqa sadiqlik ruhu hakimdir. Dövlətimiz də bunu hər zaman yüksək dəyərləndirir. Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar əsasında hərbçilərin maaşları davamlı olaraq artırılır, onlar üçün nəzərdə tutulan sosial dəstək tədbirlərinin əhatə dairəsi genişləndirlir.  Deyə bilərik ki, bu proses artıq davamlı hal alıb". 

Parlamentarinin sözlərinə görə, 2025-ci ildən icrasına başlanan sayca beşinci sosial islahat paketinə uyğun olaraq, Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət keçən qulluqçularının aylıq vəzifə maaşları yanvar ayının 1-dən artırılıb. Eləcə də bir sıra dövlət orqanlarında xüsusi hərbi rütbəsi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə maaşlarında artımlar edilib, Müdafiə Nazirliyinin mülki işçilərinin də aylıq vəzifə maaşları 20 faiz artırılıb:

"Ümumiyyətlə, büdcənin sosial xərclərinin strukturunda hərbi qulluqçuların sosial təminatı başlıca yerlərdən birini tutur, onların əməkhaqları, pensiya və təqaüdlərinin artrırılması istiqamətində ardıcıl addımlar atılır, aylıq vəzifə maaşlarına müəyyən əlavələr ödənilir.

Hərbi qulluqçulara şamil edilən sosial tədbirlərin daha bir təzahürü onların güzəştli ipoteka proqramından daha üstün qaydada yararlanmalarıdır. Dövlət onlara bir sıra güzəştlər verməklə yanaşı, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə ev alan zabit və gizirlərin kreditinin faizini özü qarşılayır ki, bu da sosial qayğının daha bir nümunəsidir".

Deputat qeyd edir ki, ötən il Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası” təsdiq edilib:

"Yeni qaydalar xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən güzəştli ipoteka kreditlərinə dövlət dəstəyini əhatə edir. Dövlətin ipoteka güzəştlərindən 2024-2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5  təqvim ili zabit və ya gizir  kimi həqiqi hərbi xidmət keçən Azərbaycan hərbi qulluqçuları da istifadə edə biləcəklər.

Dövlət vəsaiti hesabına mənzil təminatı  hərbiçilərin sosial müdafiəsinin gücləndirlməsi siyasətinin mühüm bir istiqamətini təşkil edir. Bu proqram Prezident İlham Əliyevin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq həyata keçirilir. İndiyədək bu sənədin icrası çərçivəsində Azərbaycan Ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusunun dövlət vəsaiti hesabına mənzillərlə təminatı həyata keçirilib və proses bundan sonra da davam etdirləcək”, - deyə deputat vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 İyun 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri