Icma.az
close
up
RU
Xəzərin enməsi prosesi davam edəcək Rusiyalı mütəxəssis

Xəzərin enməsi prosesi davam edəcək Rusiyalı mütəxəssis

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illərdə Xəzər dənizi və ona tökülən çayların hövzələrində temperaturun artdığını müşahidə edirik. Bunun nəticəsində həm dənizin su səthindən, həm də çay hövzələrindən buxarlanma əhəmiyyətli dərəcədə artıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Hidrometeorologiya Elmi-Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi Yelena Ostrovskaya Bakıda Ümumdünya Ətraf Mühit Günü çərçivəsində təşkil olunan “Xəzər dənizi dönüş nöqtəsində: Dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elmi-analitik müzakirə”də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Xəzər dənizi hövzəsində formalaşmış vəziyyət və atmosfer sirkulyasiyasının mövcud xüsusiyyətləri şərq istiqamətli hava axınlarının üstünlük təşkil etməsinə səbəb olur. Bu isə temperaturun yüksəlməsini daha da gücləndirir və nəticə etibarilə dəniz səthindən buxarlanmanın artmasına əlavə təsir göstərir. Bu proses ilk növbədə Atlantik okeanından gələn rütubətli hava kütlələrinin zəifləməsi və ətraf səhralardan daxil olan quru və isti hava kütlələrinin təsirinin güclənməsi ilə bağlıdır.

“İqlim dəyişikliklərinin davam etməsi və İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun modellərinin göstərdiyi proqnozlara əsasən, yaxın illərdə dəniz hövzəsində temperaturun artmaqda davam edəcəyini gözləyirik. Buna görə də hesab edirik ki, Xəzər dənizinin səviyyəsinin enməsi prosesi də davam edəcək.

Eyni zamanda, diqqətinizi bir məqama da yönəltmək istərdim ki, dəniz səviyyəsinin dəyişməsi təbii bir prosesdir və bu, su hövzəsinin bütün tarixi boyunca müşahidə olunub. Paleoklimatoloji tədqiqatlar göstərir ki, Xəzər dənizinin tarixində həm səviyyənin yüksəldiyi, həm də azaldığı uzunmüddətli dövrlər mövcud olub. Sahilyanı müşahidə stansiyalarında aparılan instrumental ölçmələr də bunu təsdiq edir. Hətta son yüzillik və iki yüzillik müşahidələr dövründə belə, biz həm dəniz səviyyəsinin enməsini, həm də yüksəlməsini qeydə almışıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 İyun 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri