Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Hərbdə də, sülhdə də qalib... Səyyad Aran yazır

Hərbdə də, sülhdə də qalib... Səyyad Aran yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Səyyad ARAN
Milli Məclisin deputatı

2026-cı ilin ilk ayı ölkəmiz üçün bir sıra uğurlu məqamlar və mühüm hadisələrlə yadda qaldı. Diqqəti ilk olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsinə yönəltmək istəyirəm. Cənab Prezident bu müsahibəsində Azərbaycan dilinin, ədəbi dilin saflığının qorunması ilə bağlı mühüm məqamlara toxunaraq bu istiqamətdə dövlət siyasətinin əsas prinsiplərini diqqətə çatdırdı. Sitat: “Bilirsiniz, ilk növbədə, dil insanları birləşdirir, əhalini birləşdirir. Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə. Xalqımızın taleyini hamımız yaxşı bilirik, ağır taledir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən heç bir dilin əleyhinə deyiləm, hər bir dilə də hörmət edirəm və mən daha çox dil bilsəydim, ancaq xoşbəxt olardım. Ancaq biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir. Dünyada 50 milyon azərbaycanlı yaşayır, amma əzəli, əbədi, ədəbi dili qoruyan bizik və çox istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər”.

Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan dilinin məişət səviyyəsində yox, mükəmməl səviyyədə bilinməsinə böyük ehtiyac var. Azərbaycanlıların yaşadıqları bəzi ölkələrdə Azərbaycan məktəbləri yoxdur. Bu, böyük ədalətsizlikdir və bu ədalətsizliyə son qoyulmalıdır. 

Yanvar ayında yaddaqalan hadisələrdən biri də dünyanın ən mötəbər iqtisadi və siyasi platformalarından olan Davos Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidentinin iştirakı və dünya liderlərinin ona göstərdikləri xüsusi maraq oldu. Davos Forumu İlham Əliyevin qlobal lider, Azərbaycanın isə strateji müttəfiq ola biləcək dövlət olduğunu bir daha göstərdi. Prezident İlham Əliyevin Qlobal geosiyasi və iqtisadi qeyri-müəyyənliklərin dərinləşdiyi bir mərhələdə sülh anlayışı təkcə təhlükəsizlik məsələsi deyil, dayanıqlı inkişafın əsas şərti kimi ön plana çıxır. Münaqişədən sonrakı dövrdə əldə olunan razılaşmaların real nəticələrə çevrilməsi regionların gələcək taleyini müəyyən edən həlledici amilə çevrilir. Bu baxımdan, Cənubi Qafqazda formalaşmaqda olan yeni reallıqlar sülhün yalnız siyasi deyil, həm də sosial və iqtisadi dəyər daşıdığını aydın şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsindəki çıxışları zamanı Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olunması üçün irəli sürdüyü konseptual yanaşmalar siyasi gündəmdə mühüm yer tutur.

Prezident İlham Əliyev panel çıxışı zamanı qeyd etdi ki, əldə olunan razılaşmalar artıq kağız üzərində qalan niyyətlər toplusu deyil, praktik nəticələrə çevrilməkdədir. Dövlət başçısı Vaşinqtonda paraflanan sülh sazişini nəzərdə tutaraq deyir: "Bu, artıq günümüzdə praktiki nəticələrə çevrilir. Bu, gələcəkdə 5-6 aylıq sülh deyil. Təbii ki, danmırıq, müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq".

Təqdim olunan yanaşma Prezidentin sülhə baxışını açıq şəkildə ortaya qoyur - sülh yalnız münaqişənin bitməsi deyil, dövlətin suveren iradəsinin və inkişaf strategiyasının təminatıdır.

Davos auditoriyasına ünvanlanan bu mesaj aydın idi: sülh artıq gələcəyə dair qeyri-müəyyən vədlər toplusu deyil, regionun iqtisadi və siyasi arxitekturasını dəyişdirən real prosesdir. Prezident İlham Əliyevin baxışında bu prosesin uğuru yalnız bugünkü razılaşmalarla deyil, sabahkı nəsillərin təhlükəsiz və əməkdaşlıq mühitində yaşaması ilə ölçüləcək.

Digər yaddaqalan məqam isə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan "Zayed İnsan Qardaşlığı Mükafatı" kimi mükafatı alması oldu. Prezident Davosda "Euronews" televiziyasına müsahibəsində bildirdi ki, bu qərarı, yəni mükafatı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərə verilən qiymət kimi qəbul edir.

Azərbaycan Prezidenti İlham Əliyevin 3-4 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfəri çərçivəsində dövlətimizin başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirakı, həmçinin burada keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzindədir.

Türkiyənin rəsmi “Anadolu” agentliyinin materialında “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində dövlət və hökumət başçıları Rəcəb Tayyib Ərdoğan, Kasım-Jomart Tokayev, Şavkat Mirziyoyev, Sadır Japarov, Kral II Abdulla, Şahbaz Şərifin Azərbaycan Prezidentinin müdrik və düşünülmüş rəhbərliyi sayəsində regionda sülhün və təhlükəsizliyin bərqərar olması barədə fikirləri yer alıb. Agentlik vurğulayıb ki, Prezident İlham Əliyev mərasimdəki çıxışında Azərbaycan ilə Ermənistan arasında sülhün təkcə iki ölkə üçün deyil, bütün geniş region üçün əhəmiyyətini vurğulayıb. Materialda diqqətə çatdırılıb: “Zayed İnsan Qardaşlığı Mükafatı”na görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti qeyd edib ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamədən ötən altı ay Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı baxımından çox mühüm olub. Yazıda Prezident İlham Əliyevin aşağıdakı sözləri sitat gətirilib: “Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik”.

Azərbaycan Prezidenti BƏƏ-yə səfəri çərçivəsində bu ölkədən olan həmkarı Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşdü. Görüşün nəticəsi olaraq Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalandı. Bu, BƏƏ ilə Azərbaycan arasında iqtisadi, xüsusilə enerji sahəsində əməkdaşlığın daha da dərinləşdiyinin göstəricisidir.

Ümumiyyətlə, Əbu-Dabi ilə enerji sahəsini əhatə edən bir neçə əməkdaşlıq istiqaməti mövcuddur. BƏƏ-nin “Masdar” şirkəti indiyə qədər Azərbaycanla birgə ölkəmizdə bir neçə böyük layihə həyata keçirib. Bu proses hazırda da mərhələli şəkildə davam edir. Məsələn, 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyası artıq fəaliyyət göstərir. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Bundan başqa, “Masdar” və SOCAR qarşılıqlı investisiyalarla 1 QVt gücündə əlavə günəş və külək enerjisi layihələrinin tikintisini planlaşdırır. Göründüyü kimi, BƏƏ ilə Azərbaycan arasında enerji sektorunda əməkdaşlıq kifayət qədər genişdir və dövlət başçısının budəfəki səfəri çərçivəsində imzalanan sənəd bu əlaqələrin inkişafına əlavə zəmin yaradacaq. Xüsusilə alternativ enerji, yaşıl enerjinin inkişaf etdirilməsi istiqamətində iki ölkə arasında kifayət qədər potensial var.

Bakı ilə Əbu-Dabi arasında hərbi sahədə əməkdaşlıq da yeni bir mərhələyə qədəm qoyub. Dövlət başçısının BƏƏ-yə səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubunun imzalanması buna əyani sübutdur.

Artıq hərbi əməkdaşlığın ilkin addımlarını görürük. Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izlədilər. Hərbi sahədə əməkdaşlıq, ilk növbədə, təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir. Bildiyimiz kimi, BƏƏ müasir hərbi texnologiyalar, pilotsuz uçuş aparatları, kiber təhlükəsizlik və yüksək dəqiqlikli silah sistemləri sahəsində ciddi təcrübəyə malikdir və Azərbaycan üçün bu təcrübədən yararlanmaq ordunun modernləşdirilməsi və texnoloji imkanlarının artırılması baxımından önəmlidir.

Cənab Prezidentimizin dünyada hər keçən gün qüdrətinin və şöhrətinin artması hər birimizi sevindirir, qürurlandırır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Fevral 2026 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri