Icma.az
close
up
RU
Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində zərərçəkənlər danışır: Onlara layiq olduğu cəzanı vermək lazımdır

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində zərərçəkənlər danışır: Onlara layiq olduğu cəzanı vermək lazımdır

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda yanvarın 17-də hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesində zərərçəkən kimi tanınan Azərbaycan vətəndaşları Birinci Qarabağ müharibəsi zamanı şahidi olduqları hadisələrdən danışıblar.

“Report”a müsahibəsində o zaman Ağdamda yaşayan Fəzri Rüstəmov 1992-ci ildə evlərinə mərmi düşməsinin nəticəsində dağıldığını deyib:

"Nəticədə evimiz dağıldı. Ailəmizdən yaralanan oldu. Mən cinayət işi üzrə zərərçəkən kimi tanınmışam. Dövlətimizə təşəkkür edirəm ki, haqq-ədalət öz yerini tapır".

Fəzri Rüstəmov

Birinci Qarabağ müharibəsi iştirakçısı Cavanşir Qəmbər isə “Report”a qarşı tərəfin müharibə cinayətləri törətdiyinin şahidi olduğunu deyib.

O bildirib ki, Birinci Qarabağ müharibəsində komandir olub və bütün hadisələr gözünün qabağında baş verib:

Cavanşir Qəmbər

"Biz vətəndaşlarımıza qarşı insanlığa sığışmayan hərəkətlərini görmüşük. Bunlar adamların başını daşla əzib öldürürdülər. İndi özlərini elə aparırlar ki, guya, məsumdurlar. Belə bir məhkəmənin keçirilməsi dövlətimizin ədalətinin göstəricisidir. Biz onlardan fərqli olaraq ağır cinayətlərdə ittiham olunan ermənilərlə insan kimi rəftar edirik. Onlar bizim xalqa qarşı belə humanist olmayıblar".

Qarabağ müharibəsi əlili Akif Hacıyev isə məhkəməsi keçirilən təqsirləndirilənlərə layiq olduqları cəzanın verilməsini istəyir:

“Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərə layiqli cəza verilməlidir, çünki onlar bizim xalqa qarşı çox amansız olublar. Danışdıqca hadisələr gözümün qabağına gəlir".

Akif Hacıyev

O bildirib ki, Qarabağ döyüşlərində qardaşı və nəvəsi şəhid olub, evindən didərgin düşüb.

Zərərçəkən Nailə Şərifova öz növbəsində bildirib ki, Qarabağ müharibələrində dörd nəfər yaxın adamı şəhid olub:

"Evimiz dağılıb, balamız şəhid olub. Mən həm şəhid nənəsi, həm də şəhid bacısıyam. Dövlətimiz sağolsun ki, ədaləti bərpa edir".

Nailə Şərifova

Qeyd edək ki, məhkəmə 15 nəfərin ümumilikdə 2 min 548 epizod üzrə işinə baxır.

1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

Toplanmış sübutlar əsasında ümumilikdə 2 min 548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Roberti təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Onlar cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://report.az
archiveBu xəbər 21 Yanvar 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri