Icma.az
close
up
RU
Menu

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

Sumqayıt qatarı qəza törədib, ölən var

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

İyunun qeyri iş günləri müəyyənləşdi 2 dəfə 3 gün ardıcıl evdəyik

“Çelsi” müdafiəçi Coş Açimponqu satmaqdan imtina edib

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

Şərqə doğru baxış: Azərbaycanın diplomatik seçimi

Şərqə doğru baxış: Azərbaycanın diplomatik seçimi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Ölkəmiz bu gün regionun və dünyanın diqqət mərkəzindədir

XXI əsrin siyasi xəritəsi yenidən çəkilir. Bəşəriyyətin yaşadığı çağ artıq təkcə texnoloji sıçrayışlar və süni intellektin yüksəlişi ilə deyil, həm də beynəlxalq münasibətlər sisteminin dərin təlatümləri ilə yadda qalır. “Soyuq müharibə” sonrası dövrün sabit görünən sütunları bir-bir dağılır, beynəlxalq hüququn prinsipləri getdikcə daha çox siyasi maraqlara tabe edilir, güc balansı dəyişir və dünya tədricən yeni bir nizamın axtarışına çıxır.

Bu qeyri-müəyyənliklər çağında ənənəvi güc mərkəzləri – Avropa və ABŞ – artan daxili çəkişmələr, qloballaşmanın yaratdığı sosial –iqtisadi təbəqələşmə, eləcə də etimad böhranı ilə üz-üzə qalarkən, Asiya yüksələn güc olaraq səhnəyə çıxır. Çin, Hindistan, ASEAN ölkələri və Körfəz bölgəsi beynəlxalq siyasətdə, ticarətdə və texnologiyada söz sahibi olmağa başlayır, yeni güc mərkəzləri yalnız iqtisadi deyil, eyni zamanda, siyasi və diplomatik cazibə mərkəzinə çevrilir.

Belə bir dövrdə beynəlxalq sistemdəki  dərin dəyişikliklər fonunda Azərbaycan da öz xarici siyasət kursunu yenidən qiymətləndirir. Qarşıda duran sual sadə, lakin strateji baxımdan həyati əhəmiyyət daşıyır: Azərbaycan yeni dünya düzənində hansı mövqedə durmaq niyyətindədir? Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən xarici siyasət bu sualın cavabını konkret addımlarla verir. Qərb və Şərq, Şimal və Cənub arasında körpü funksiyasını yerinə yetirən Azərbaycan indi bu coğrafi üstünlüyünü diplomatik müstəviyə keçirərək daha təşəbbüskar, strateji düşünən və daha çevik bir aktora çevrilmək yolundadır.

Bunun ən bariz nümunəsi isə ölkənin xarici siyasətində yeni istiqamətlərin – xüsusilə, Asiya və İslam dünyası ilə münasibətlərin – ön plana çəkilməsidir. Artıq təkcə Avropanın enerji təchizatçısı olmaqla kifayətlənməyən Azərbaycan, həm də Asiyanın iqtisadi yüksəlişindən bəhrələnmək, Orta Dəhliz vasitəsilə qlobal logistika şəbəkəsində mühüm rol oynamaq və yeni güc mərkəzləri ilə strateji tərəfdaşlıqlar qurmaq niyyətindədir.    

* * *

Qərb uzun illər boyu liberal beynəlxalq nizamın qoruyucusu, insan hüquqları və demokratik dəyərlərin daşıyıcısı kimi təqdim olunub. Lakin son onillikdə bu imic tədricən aşınıb. ABŞ və Avropa İttifaqı daxilində baş verən siyasi parçalanmalar, populizmin yüksəlişi, miqrasiya böhranları və ikili standartlara əsaslanan xarici siyasət Qərbə olan qlobal etimadı sarsıdıb. Ukrayna müharibəsi və onun yaratdığı enerji böhranı isə bu güc mərkəzlərinin nə qədər zəif və karsız olduğunu üzə çıxardı.

Azərbaycan bu etimad böhranını yalnız müşahidə etmədi – öz milli maraqları naminə alternativ tərəfdaşlıq imkanlarını da ciddi şəkildə nəzərdən keçirməyə başladı. Qərbin zaman-zaman Ermənistanın təcavüzkar siyasətinə qarşı susqunluğu, beynəlxalq tribunalarda ədalətin müdafiə olunmaması və regionda şəxsi maraqlara əsaslanan siyasətin yürüdülməsi Bakının praqmatik yanaşmasının səbəblərindən biridir.

Əvəzində isə Şərq ölkələri – xüsusilə Çin, Pakistan, Körfəz dövlətləri və Mərkəzi Asiya respublikaları – Azərbaycanla münasibətlərdə daha balanslı, qarşılıqlı hörmətə və strateji maraqlara əsaslanan yanaşmalar nümayiş etdirirlər. Məhz bu səbəbdən son illər Azərbaycanın xarici siyasətində Şərq vektoru getdikcə daha çox aktuallaşır. Bu dəyişiklik yalnız diplomatik ritorikada deyil, konkret addımlarda öz əksini tapır: Azərbaycanın Çinlə strateji tərəfdaşlığı, Pakistanla hərbi-siyasi ittifaqı, Körfəz ölkələri ilə investisiya və enerji əməkdaşlığı, eləcə də Orta Asiya ilə nəqliyyat-logistika sahəsində inteqrasiyası ölkənin Qərb–Şərq arasında sabit tərəfdaş imicini möhkəmləndirir.

Azərbaycan bu siyasətində sadəcə olaraq, yeni tərəfdaşlar axtarmır, həm də beynəlxalq sistemdə balanslaşdırılmış güc siyasətinə uyğun çevik diplomatiya yeridir. Yəni, Bakı üçün məsələ “ya Qərb, ya Şərq” deyil. Məsələ ondan ibarətdir ki, harada milli maraq varsa, orada diplomatik aktivlik artır. Belə görünür ki, Azərbaycanın Şərqə doğru bu yeni yanaşması, yalnız bir alternativ deyil, həm də zərurətdir. Geosiyasi reallıqların diktə etdiyi zərurət.                 

Bugünkü beynəlxalq siyasətdə Çin artıq təkcə “istehsal nəhəngi” deyil, o, qlobal oyun qaydalarını dəyişən, iqtisadi gücünü siyasi təsirə çevirən, yeni dünya düzəninin mühüm memarlarından biri olan aparıcı dövlətdir.  “Bir kəmər, bir yol” təşəbbüsü ilə Asiyanı, Afrikanı və Avropanı birləşdirən Pekin artıq qlobal güc kimi çıxış edir. Azərbaycanın bu yeni dünya nizamında Çinlə münasibətlərə xüsusi önəm verməsi  strateji və geosiyasi çevikliyini qorumaq baxımından olduqca məntiqlidir.

Prezident İlham Əliyevin Çinə  dövlət səfəri, əslində, Azərbaycanın yeni xarici siyasət fəlsəfəsinin simvolik və praktik təzahürüdür.  Çinlə əlaqələrin dərinləşdirilməsi Azərbaycanın iqtisadi, texnoloji və nəqliyyat potensialını qlobal şəbəkəyə daha sıx şəkildə inteqrasiya etdirmək niyyəti ilə bağlıdır. Çin Azərbaycanın enerji resurslarına, nəqliyyat dəhlizlərinə və geostrateji mövqeyinə ciddi maraq göstərir və bu, təkcə ikitərəfli layihələrlə deyil, həm də regional inteqrasiya təşəbbüslərində – Orta Dəhliz, Transxəzər nəqliyyat marşrutu və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrdə özünü göstərir. Azərbaycanın bu layihələrdə fəal iştirakı isə Pekin üçün Cənubi Qafqazda etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş anlamına gəlir.

Bundan əlavə, Çinlə əməkdaşlıq həm də siyasi balanslaşdırma vasitəsidir. Qərb platformalarında ikili standartlarla qarşılaşan Bakı Çinlə tərəfdaşlığa beynəlxalq arenada alternativ manevr imkanları kimi yanaşır və bu amil də Azərbaycanın diplomatik mövqeyini daha dayanıqlı və çevik edir. Eyni zamanda, Çinlə yaxınlaşma Azərbaycanın “qeyri-blok” siyasətini də gücləndirir. Bakı NATO və digər hərbi bloklara qoşulmadan, öz suverenliyini qoruyaraq müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq platforması qurur. Belə çıxır ki, Çin vektoru Azərbaycanın xarici siyasətində yalnız iqtisadi maraqların deyil, həm də siyasi uzaqgörənliyin nəticəsidir. 

Qlobal güclər arasında rəqabətin kəskinləşməsi, ənənəvi ittifaqların sarsılması və regional güclərin yüksəlişi beynəlxalq münasibətlər sistemində dərin transformasiyalara səbəb olur. Belə bir şəraitdə, kiçik və orta gücə malik ölkələr üçün iki yol qalır: ya hadisələrin passiv müşahidəçisi olmaq, ya da çevik diplomatik strategiyalarla proseslərin fəal iştirakçısına çevrilmək. Azərbaycan ikinci yolu seçib. Azərbaycanın bu modelinin təməlində bir neçə prinsip dayanır. Birincisi, milli maraqların üstün tutulması – hansı blokda və ya təşkilatda yer almasından asılı olmayaraq, dövlətin suverenliyi və iqtisadi təhlükəsizliyi əsas prioritetdir. İkincisi, geosiyasi risklərin azaldılması – eyni anda bir neçə güc mərkəzi ilə əməkdaşlıq quraraq riskləri diversifikasiya etmək. Üçüncüsü isə, regional liderlik iddiası – təkcə iştirakçı deyil, təşəbbüskar olmaq.

Son olaraq qeyd edə bilərik ki, Azərbaycan klassik “böyük güc arxasına sığınan” dövlət modelindən uzaqdır. O, öz xarici siyasətində məhz çeviklik, prinsipiallıq və çoxistiqamətlilik əsasında yeni bir yanaşma formalaşdırıb.  Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru” beynəlxalq forumdakı çıxışı bu strateji baxışın aydın ifadəsi oldu. Burada səsləndirilən fikirlər Azərbaycanın müstəqil və çoxistiqamətli xarici siyasət xəttini təsdiqləməklə yanaşı, onu yeni mərhələyə – postmünaqişə reallıqlarına uyğunlaşdırmağı da ehtiva edirdi. Azərbaycanın uğuru geosiyasi intuisiyanın, siyasi iradənin və zamanın nəbzini düzgün tutmağın nəticəsidir. Bugünkü dünya dəyişkəndir və bu dəyişkənlikdə öz yerini qoruyub saxlamaq üçün çevik, lakin prinsipial olmaq lazımdır. Azərbaycan diplomatiyası məhz bu iki prinsipin üzərində qurulub.

Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Aprel 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see253

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see225

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see194

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see194

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see193

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see192

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see188

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see186

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see185

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see182

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see182

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see181

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see181

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see163

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see162

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see154

İyunun qeyri iş günləri müəyyənləşdi 2 dəfə 3 gün ardıcıl evdəyik

02 İyun 2026 04:01see152

“Çelsi” müdafiəçi Coş Açimponqu satmaqdan imtina edib

02 İyun 2026 06:11see146

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see144

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri