Hərbi ekspert Ankara bəyannaməsini şərh etdi: Bu, Anadolunu Orta Asiyaya bağlayan vacib sənəddir
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Yanvarın 29-da Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüş keçirilib.
Görüşün yekunlarına dair Ankara Bəyannaməsi imzalanıb. Türkiyəli hərbi ekspert Yücel Karauz Baku TV-yə açıqlamasında bildirib ki, bu bəyannamə son 5 ildə türk dövlətləri arasında imzalanmış ən önəmli sənədlərdən biridir.
"Bu, Anadolunu Orta Asiyaya bağlayan vacib sənəddir. Zəngəzur və Qarabağa verilən dəstəyin yenilənməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində alınan qərarların həyata keçirilməsi mühüm inkişafdır", - deyə o söyləyib.
Ekspertin sözlərinə görə, siyasi və mədəni fəaliyyətlərlə yanaşı, iqtisadi, ticari və investisiya əlaqələrinin inkişafı da olduqca önəmlidir:
"Bu istiqamətdə irəliləyiş əldə olunması üçün sənaye, kənd təsərrüfatı, innovasiya və rəqəmsallaşdırma sahələrinin əhəmiyyətinin vurğulanması Ankara Bəyannaməsini daha önəmli edir".
Ətraflı süjetdə:
Hərbi ekspert Ankara bəyannaməsini şərh etdi: "Bu, Anadolunu Orta Asiyaya bağlayan vacib sənəddir"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 30 Yanvar 2025 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















