Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert:ABŞın Azərbaycana münasibəti görüşdən imtinaya haqq qazandırır MÜSAHİBƏ

Hərbi ekspert:ABŞın Azərbaycana münasibəti görüşdən imtinaya haqq qazandırır MÜSAHİBƏ

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Bakı ABŞ-ın təklifindən niyə imtin etdi? Xəbər veriyimiz kimi Bildiyiniz kimi, ABŞ Dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib. Azərbaycan məhz ABŞ-ın vasitəçiliyindən imtina etdiyi üçün bu görüş baş tutmayıb.


Ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov bu situasiya ilə bağlı Adalet.az-ın suallarını cavablandıracaq.


- Rövşən müəllim, dünyanıın 2 ən güclü ölkəsindən biri olan ABŞ –ın təklifini rədd etməkdə Azərbaycann haqlı tərəfləri nə ola bilər... Sizcə, rəsmi Bakı ABŞ-ın ona qarşı hansı münasibət və hərəkətlərinin müqabilində bu qərara gəldi?


- Əvvəl qeyd edim ki, Azərbaycan tərəfi bu görüşdən imtina etməkdə çox haqlıdır. ABŞ –ın Azərbaycana qarşı ən böyük haqsızlığı mən deyərdim ki, ardıcıl olaraq Ermənistanda hərbi təimlər keçirməsidir. Azərbaycanın 44 günlük müharibədəki, daha sonra antiterror əməliyyatındakı qələbəsindən, Azərbaycanın de fakto və de yure ərazisi olan Qarabağın işğaldan azad olmasından sonra tərəflər arasında müəyyən anlaşmalar yarana bilərdi ki, ABŞ bu təlimlərlə bu anlaşmanı ortadan qaldırmaq yoluna əl atdı. ABŞ müharibəni uduzmuş və işğalçılıq meyillərindən imtina etməyə hazırlaşan Ermənistanda hərbi təlimlər keçirməklə regionda gərginlik yaradılmasına, revanşist qüvvələr arasında müharibə əhavli-ruhiyyəsinin yüksəldilməsinə hədəfləndi.

Xatırlayırsınızsa, bir neçə ay əvvəl Ermənistanda yenə ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri “Eagle Partner 2024” adı atında hərbi təlim keçirdi və ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin həmin təlimdə iştirak etdi. Tez –tez sülh çağırışları edən ABŞ-ın rəsmi səviyyədə belə təlimlərə rəvac verməsi erməni separatizminə, işğalçılıq meyillərinə dəstək olmaq deyilmi? Ən pisi də odur ki, təlimərdə iştirak edən hərbçilər ABŞ ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşlarıdır, postsovet ölkələrindən ora köçmüş ermənilərdir. Və bu şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin hərbi geyimi ilə təchiz olunaraq Zəngəzurdakı hərbi bazada yerləşdirilib. Bu məsələlərdən sonra heç kim Azərbaycanın ABŞ-n qeyri-səmimi “süh” çağırşından imtina etməsinə haqızlıq kimi baxa bilməz!


- Bütün dünya izləyir ki, ABŞ son 5 ildə Azərbaycana qarşı münasibətini ən gərgin şəklə gətirib çıxarıb.


- Sanmıram ki, bu tək son 5 ildə belə olub. Ümumiyyətlə, ABŞ bütün dövrlərdə Azərbaycana qarşı böyük haqsızlıqlara imza atıb. Tam 30 il Qarabağın işğalına susub. Bu azmış kimi 1992-ci ildə, yəni Ermənistanın Azərbaycana təcavüzünün ən aqressiv dönəmində ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş qəbul edildi. Bu düzəliş ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan ədalətsiz qərar idi. Amma ABŞ Nümayəndələr Palatası və Senat bütün dövrlərdə və illərdə Ermənistan və Dağlıq Qarabağa iqtisadi yardım paketləri qəbul etdilər. NP-sı 2007-ci ildə Ermənistana 48 milyon, Dağlıq Qarabağa 10 milyon, 2009-cu ildə Amerika Erməni Milli Komitəsi Ermənistana 41 milyon dollar, Dağlıq Qarabağa isə 8 milyon dollar yardım verdi. Halbuki əvvəlki illərdə də,  sonra da bu yardımlar davam edib və Qarabağda separatizm dəstəklənib. 2015-ci ildə ABŞ Senatının Təxsisatlar (maliyyə ayırmaları) Komitəsi Ermənistan üçün 20,06 milyon dollar humanitar yardım, 1,7 milyon dollar xarici hərbi yardım, 600 min dollar isə beynəlxalq hərbi təhsil və təlim çərçivəsində yardım ayrılmasına qərar verdi. Azərbaycan ərazilərinin uzun müddət Ermənistanın işğalı altında qalmasına yardım edən bir ölkənin “sülh” təklifi qəbul oluna bilərmi?

-Yəni deyirsiniz ki, dövlət katibi Blinkenin bu israrlı təklifi Ermənistana dəstək xarakteri daşıyır...

- Əlbəttəki, tərəflər arasında ən effektiv görüşlər məhz 3-cü dövlətin məsələyə qarışmamasından sonra baş tuta bilər. Tərəflər sərhədlərin delimitasiyası və demarkasiyasının həllini başa çatdırdıqdan sonra ikitərəfli sülh gündəliyinin irəli aparılması baş tutar və  sülh sazişi imzalana bilər. Təəssüf ki, bir çox ölkələrin bu tip dəstəyini görən Ermənistan nə delimitasiyası və demarkasiya məsələsində, nə də sülh sazişində maraqlı görünür.


- Məncə, ermənilərə daha çox  ABŞ və Fransa konqresmenləri dəstək olur...tək siyasi, iqtisadi aspekdə deyil, bütün sferalarda... Yadınızdadır, 3 oktyabrda 60-a yaxın konqresmen Blinkenə məktub yazaraq Azərbaycanın COP29-a ev sahibliyi etməsindən istifadə edərək, Ermənistanın müharibə cinayətlərinə görə məsuliyyət daşıyan erməni “liderlərin” azadlığa buraxılmasını, ölkəmizə qarşı sanksiya tətbiq olunmasını tələb b edirdilər. Bilmirəm, Blinken o konqresmenlərə nə cavab verdi amma yadımdadır ki, Prezident İlham Əliyev həmin vaxt - Cəbrayılın işğaldan azad olunduğu səsləndirdiyi fikri gözəl cavab oldu. Prezident dedi ki, bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür:”Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan. Bunu bizə bağışlaya bilmirlər”.

Çox şükür ki, Fransa və ABŞ konqresmenlərinin min çür hoqqa və bəyanatlarına baxmayaraq COP-29 yüksək səviyyədə keçirilməsi ölkəmizə qarşı çirkin kampaniya aparanlara ən tutarlı cavab oldu.


- Təəssüf ki, Qərbin çirkin kampaniyaları davam edir və həmin kampaniyalara Azərbaycan dövlətinin verəcək bir cavabı var. Xatırlayırsınızsa, 10 gün əvvəl NATO üzvü olan Polşanın Prezidenti Andjey Dudanın Ermənistana səfəri oldu. Guya Azərbaycan və Ermənistan arasında sülhə “töhvə” verməyə hazır olduğunu deyən polşalı lider Azərbaycan tərəfindən həm diplomatik, həm də ictimai-siyasi mühitdə etirazlarla qarşılanıb. Çünki Polşa prezidentinin İrəvandan sonra Naxçıvanla sərhədə - Arazdəyənə getməsi, orada casusluq” edən Aİ missiyasının "binokl tamaşası"nda iştirak etməsi Azərbaycanın dövlət və legitim təhlükəsizlik maraqlarına zərbə kimi qiymətləndirilir. Bu hadisə Qərbin Azərbaycana qarşı hələ daha çox təzyiqlər olacağına işarədir.


- Ermənistan TV-də Dudanın ora gəlişini izlədim. Qarşılanma –filan və nəhayət saxta “erməni soyqırımı “ abidəsinin qoyduğu əklil, bir dəqiqəlik “kədərli”sükut, sonda abidənin önündə dizlərini yerə atması... Sanki Duda atasının qəbri başında idi. Elə o anı görən ən adi , siyasi mülhazəsi olmayan adi insanda bilərdi ki, Polşa prezidenti əslində ermənilərə "töhvə" verməyə gəlib. Bəli, Dudanın bu hərəkəti , ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin saxta soyqırım abidəsinə gəlib , orada saxta göz yaşları tökməsindən fərqlənmir. Sizcə, ermənipərəst Bayden administrasiyası ilə münasibətləri dondurmaq vacibdirmi?


- Düşünürəm ki, ABŞ- Azərbaycan münasibətlərinin uzaq illərini analizdən keçirdikdən sonra Bayden hakimiyyətinin illərinə baxmaq yetərlidir ki, münasibətlərin dondurulmasına haqq qazandıraq. Tezliklə - ABŞ-ın yeni Prezidenti Donald Tramp 2025-ci il yanvarın 20-də andiçmə mərasimindən sonra münasibətlərin yenidən qurulmasına başlanılacaq və bu hər iki ölkənin maraqlarını nəzərə almaqla həyata keçiriləcək. Çünki D.Trampın birinci prezidentliyi dövründə qarşılıqlı münasibətlər qənaətbəxş idi və konqresmenlər Azərbaycanın daxili işlərinə qarışmır, sanksiya tələb etmirdilər.

-  Geniş və ətraflı müsahibəyə görə təşəkkür edirik!
Söhbəti qələmə aldı: Əntiqə Rəşid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Dekabr 2024 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri