Hərbi gücə görə ölkələrin reytinqi açıqlandı Azərbaycan neçənci yerdədir?
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Global Firepower" reytinqinə əsasən, Azərbaycan 2026-cı ilin əvvəlində dünyada hərbi güc səviyyəsinə görə 60-cı yerdə qərarlaşıb.
"Unikal" xəbər verir ki, bu barədə beynəlxalq reytinqin yenilənmiş hesabatında qeyd olunub.
Hər il yenilənən "Global Firepower" indeksi 50-dən çox müxtəlif meyar əsasında hazırlanır və qiymətləndirmə zamanı yalnız nüvə silahına malik olmayan hərbi imkanlar nəzərə alınır.
Reytinqə ümumilikdə 145 ölkə daxildir. Siyahıya ABŞ liderlik edir. Rusiya ikinci, Çin isə üçüncü pillədə qərarlaşıb. İlk beşliyə Hindistan və Cənubi Koreya da daxildir. İlk onluqda Fransa, Yaponiya, Böyük Britaniya, Türkiyə və İtaliya yer alır. Ukrayna isə ilk 20-liyi tamamlayır.
Azərbaycan hərbi güc indeksinə görə reytinqin orta pillələrində qərarlaşıb. Xatırladaq ki, ötən ildə də Azərbaycan 145 ölkə arasında 60-cı yerdə qərarlaşmışdı.
Qeyd edək ki, “Global Firepower” (GFP) reytinqi 2005-ci ildən hazırlanır. Reytinq “Military Factory” şəbəkəsinə daxildir və müxtəlif ölkələrin silahlanması barədə məlumatlar təqdim edir.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 28 Yanvar 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















