Hərbi gücümüzü artırmalıyıq Komitə sədri prezidentin çağırışını şərh ETDİ
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı zamanı oraya köçən sakinlərlə görüşündə Azərbaycanın təhlükəsizliyinin və gələcəkdə davamlı sülhün təmin olunmasının əsas şərtlərindən birinin güclü ordu quruculuğu olduğunu vurğulayıb. Dövlət başçısı bildirib ki, son illər ərzində Azərbaycanın hərbi potensialı əhəmiyyətli dərəcədə artırılıb və bu istiqamətdə görülən işlər bundan sonra da davam etdiriləcək.
Dövlət başçısının fikirlərinə münasibət bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Redaktor.az-a qeyd etdi ki, Prezident İlham Əliyevin hər bir fikri, söylədiyi hər bir söz günün reallıqlarına, mövcud vəziyyətə və dünyada baş verən hadisələrə hesablanıb, bu günün tələblərinə əsaslanır:
"Dövlətimizin rəhbərinin bu günlərdə səsləndirdiyi fikirlər, eləcə də ayıq olmağımız barədə açıqlamaları konkret reallıqlardan və mövcud hadisələrdən irəli gəlir. Əlbəttə, biz ayıq olmalı və güclü olmalıyıq. Öz ordu potensialımızı gücləndirməliyik və sülhə nail olmaq üçün düşmənlərimizdən bir neçə dəfə güclü olmağımız bu günün tələbidir. Çünki Cənubi Qafqaza, eləcə də Azərbaycana göz dikən, burada öz maraqlarını həyata keçirmək istəyən ölkələr çoxdur. Biz bunu torpaqlarımızın işğal altında olduğu 30 il ərzində aydın görmüşük və bu gün də Ermənistanla Azərbaycan arasında sülhün bağlanmasına maneçilik törədən ölkələrin timsalında açıq şəkildə hiss edirik. Dostlarımızla yanaşı, düşmənlərimiz də var. Onlar Azərbaycanı müstəqil və güclü dövlət kimi görmək istəmirlər. Məhz buna görə də Azərbaycan Prezidenti dəfələrlə bəyan edir ki, biz hərbi gücümüzü artırmalıyıq. Biz qonşularla münasibətləri yaxşılaşdırmaqla yanaşı, hər zaman ayıq-sayıq olmalıyıq".
Millət vəkili vurğuladı ki, bu istiqamətdə görülən işlər qürurvericidir.
"Azərbaycanın dövlət büdcəsindən gələn il üçün ölkənin müdafiə və təhlükəsizlik məsələlərinə 8,7 milyard manat vəsaitin ayrılması məhz gücümüzün artırılmasına və ordumuzun möhkəmləndirilməsinə xidmət edir. İşğaldan azad olunmuş ərazilərdə görülən işlər və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi bilavasitə ölkənin gələcək inkişafına hesablanıb. Çox düzgün olaraq Azərbaycan xalqı bu gün əldə olunan qələbələrimizlə qürur duyduğunu nümayiş etdirir. Şəhidlərimizin qanı və canı bahasına, qazilərimizin isə fiziki sağlamlıqlarını itirməsi hesabına geri alınmış torpaqlarımızın qorunması və sərhədlərimizin möhkəmləndirilməsi, əlbəttə ki, gələcəyimiz, milli təhlükəsizliyimiz və insanların həyatının qorunması üçün son dərəcə vacibdir. Buna görə də ölkə prezidenti hər bir çıxışında milli təhlükəsizliyimizin təminatına, müdafiə qüdrətimizin artırılmasına və ölkənin iqtisadi inkişafının yüksəldilməsinə böyük önəm verir və bütün bunların bilavasitə Azərbaycan vətəndaşının təhlükəsizliyi üçün edildiyini bildirir. Bu bir reallıqdır və əlbəttə ki, biz bundan qürur duyuruq", - deyə Tahir Rzayev yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 26 Dekabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















