Icma.az
close
up
RU
Bəşəri amallara sadiqlik KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Bəşəri amallara sadiqlik KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycan dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir və müstəqil siyasət yürütmələrinə böyük önəm verir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, ölkəmizin rəhbəri cənab İlham Əliyev dünyada sülhün, əminamanlığın, qarşılıqlı əməkdaşlığın, sağlam münasibətlərin tərəfdarıdır və fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməmişdir.

“Azərbaycan həm də donor ölkə kimi tanınır. Çətin şəraitdə olan ölkələrə humanitar, maliyyə dəstəyi göstərir. Xarici ölkələrdə məktəblər, uşaq bağçaları tikir, mədəni–dini abidələri bərpa edir, köməksizlərə arxa–kömək olur. Bu, əlbəttə ki, bəşəri dəyərlərdən qaynaqlanır. Cənab İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl–Ərəbiyyə” telekanalına müsahibəsində də bu dəyərlərə üstünlük verdiyini geniş ifadə etmiş və gərəkli olduğunu bildirmişdir. Dövlətimizin rəhbəri qeyd etmişdir ki, “Biz 80-dən çox ölkəyə maliyyə dəstəyi, humanitar dəstəyi təmin edirik... Biz separatizmin istənilən təzahürlərinə qarşıyıq – istər Qarabağda, istər Suriyada, istərsə də dünyanın hər hansı bir digər yerində olsun”. Bu, reallıqdır. Çünki Azərbaycan uzun illər separatizmdən, işğaldan əziyyət çəkən bir ölkə kimi müharibənin ağrılarını yaşamışdır, şəhərləri, kəndləri, bir çox yaşayış məntəqələri viran edilmiş, meşələri qırılmış, tarixi–dini abidələri yer üzərindən silinmişdir.

İşğal və müharibə dövründə ölkəmizə beynəlxalq aləm tərəfindən lazimi dəstək verilməsə də rəhbər – xalq – ordu birliyi düşmən üzərində qələbəni təmin etmiş, erməni faşistlərinin ayağı torpaqlarımızdan kəsilmişdir. Həmin çətin günlərdə Azərbaycana mənəvi, humanitar dəstək verən ölkələri Azərbaycan heç vaxt yaddan çıxarmaz və bu gün həmin dövlətlərlə qardaşlıq, dostluq münasibətlərimiz möhkəmlənməkdə, genişlənməkdədir. Çətin gündə sınaqdan keçən hər bir ölkə Azərbaycan üçün əzizdir. Dövlətimiz də çətin anlarda bəzi ölkələrə kömək əlini uzatmaqla, maddi, humanitar yardım göstərməklə həm dostlarının sayını artırır, həm də bəşəri amallara sadiq olduğunu nümayiş etdirir”, deyə Tahir Rzayev bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Sentyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri