Icma.az
close
up
RU
Hərbi Hava Qüvvələrinin hərbçiləri 9 aydır nazirlikdən pullarını ala bilmirlər “DEYİRLƏR Kİ, BÜDCƏDƏ VƏSAİT YOXDUR”

Hərbi Hava Qüvvələrinin hərbçiləri 9 aydır nazirlikdən pullarını ala bilmirlər “DEYİRLƏR Kİ, BÜDCƏDƏ VƏSAİT YOXDUR”

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bir hərbçinin ailəsi ac qalacaqsa, borc içində batacaqsa, o, heç vaxt öz iradəsi ilə döyüşməz. Hətta savaşda Vətəni sevdiyi üçün yox, məcburiyyət qarşısında şəhid olar”.

Bu barədə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində xidmət edən hərbi qulluqçular tərəfindən “Hürriyyət”ə daxil olan müraciətdə bildirilir. Rəhbərlikdən şikayət edən hərbçilər may ayından məzuniyyət, ezamiyyət və maddi yardım ödənişlərini ala bilmədiklərini iddia edirlər:

“Məsələ ondan ibarətdir ki, biz may ayından bu günə kimi məzuniyyət, ezamiyyət və maddi yardım ödənişlərini ala bilmirik. Səbəb olaraq, maliyyə büdcəsində pul olmadığı barədə məlumat verilir. Lakin eşidirik ki, cənab Prezident hərbi qulluqçulara və yaxud Müdafiə Nazirliyinə 5 milyard manat pul ayırıb...”.

Əksəriyyəti Qarabağ veteranı olan, “Qisas”, Dəmir Yumruq” və digər iri çaplı döyüşlərdə iştirak edən hərbçilər deyir ki, rəhbərliyin bu cür münasibəti onları ruhdan salır və ikinci iş axtarmağa məcbur edir: “Hərbçilərin bu ödənişləri almaması və maliyyə durumunun getdikcə aşağı düşməsi onların əlinə silah alıb döyüşməkdən başqa hər bir işə qaçacağına dəlalət edir. Hətta aramızda ailəsini dolandırmaq üçün ikinci iş axtaranlar, fəhləlik etmək istəyənlər var və onları kimsə qınaya bilməz. Çünki bir ailənin qazancını təmin edəcək pul təzminatları vaxtında ödənilmirsə, ailə başçısı başqa işlərə (taksi, kuryer, fəhləlik və s) getməyə məcburdur. Azərbaycan ordusunun bu qədər maliyyə büdcəsi varsa, biz niyə vaxtında pul təminatını almamalıyıq?!”

Hərbi Hava Qüvvələrinin hərbçiləri müraciətlərində “kabinet işçiləri”nə hər ay maaşdan əlavə “paket” verilməsindən də bəhs edirlər: “İkinci növbədə zabitlərə (hərbi hissə komandirinə, müavinlərinə, o cümlədən kabinetdə oturanlara, rahat yerdə yatanlara) pul mükafatı olara “paket” verilməsi, aşağı vəzifəli şəxslərin haqlarının kəsilməsi biz hərbi qulluqçuları narahat edir. Dəniz səviyyəsindən 3500 metr yüksəklikdə xidmət edən gizirin və yaxud “maxe”nin nə günahı var ki, onlar “paket” almır, lakin əziyyətin 90%-ni onlar çəkirlər?! Əslində, zabitlərə “paket” verilməsi ayrı-seçkilik olmaqla yanaşı, orduda ixtilaf yaradır və Ali Baş komandanın ordu qarşısında nüfuzunu alçaldır. “Bir mismar bir nalı, bir nal bir atı, bir at bir sərkərdəni ayaq üstə saxlayırsa”, ən aşağı təbəqədən yuxarı təbəqəyə kimi olan hərbçilərə pul mükafatının verilməməsi onların döyüş ruhunu aşağı salır. “Biz vətəni sevirik” cümləsinin ardından zatən “hərbi qulluqçular şəhid olmağa hazırdır” sözü gəlir. Lakin rəhbərlik də bizim maddi büdcəmizi fikirləşməlidir. Bir hərbçinin ailəsi ac qalacaqsa, borc içində batacaqsa o hərbçi heç vaxt iradəsi ilə döyüşməz, məcbur qarşısında qalıb şəhid olar!

Zəhmət olmasa bizim müraciətimizi dərc edin, bəlkə rəhbərlərin ürəyində bizə qarşı rəhm yaranar”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Yanvar 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri