Icma.az
close
up
RU
“Turan Tovuz”un İdarə Heyətinin sədri: “Büdcədə bunun üçün vəsait yoxdur MÜSAHİBƏ

“Turan Tovuz”un İdarə Heyətinin sədri: “Büdcədə bunun üçün vəsait yoxdur MÜSAHİBƏ

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlər üçün brifinq keçirib.

İdman.biz Futbolxeber.az-a istinadən müsahibəni təqdim edir:

- Dramatik sonluqla bitən matçda “Qarabağ” üzərində 2:1 hesablı qələbə qazandınız. Təəssüratlarınız necədir?

- Ən vacibi, bizi sevindirən odur ki, gözəl oyun oldu. Qələbəyə hər zaman sevinirik. “Qarabağ” kimi komandadan alınan hər bir xal bizi xoşbəxt eləməyə bilməz. Azarkeşlərimizə təşəkkür edirik. Onlar göstərdilər ki, “Turan Tovuz”un təkcə yaxşı deyil, həm də pis gününün dostudurlar.

- Bu mövsüm 3 oyunda “Qarabağ”dan 7 xal almısınız. “Turan Tovuz” Ağdam klubu ilə matçlara xüsusi hazırlaşır?

- “Qarabağ” böyük komandadır. Çempionatımızdakı hər bir komanda “Qarabağ”a qarşı xüsusi motivasiya ilə oynayır. O cümlədən də biz. Xüsusi bir hazırlığımız yoxdur. Belə nəsib olur.

- “Qarabağ” üzərində qələbələr klub rəhbəri kimi sizin özünüzün gələcəklə bağlı motivasiyanıza necə təsir edir?

- Hər qələbədə olduğu kimi. Azərbaycan futbolunda “Qarabağ”ın rolu əvəzsizdir. Bu qələbələrimiz çempionatın maraqlı olmasına gətirib çıxarır, rəqabəti artırır. Bu məğlubiyyətlər “Qarabağ”ın özünə də faydalıdır. Rəqabət artdıqca keyfiyyət də artır.

- “Turan Tovuz” “Kəpəz”ə uduzur, sonra “Qarabağ”a qalib gəlir. Çempionatın səviyyəsini necə dəyərləndirirsiniz?

- Çempionatda autsayder yoxdur. Hər komanda ciddi rəqibdir. Bunu görürük. İldən ilə çempionatımızda baxımlılıq artır. Bunun üçün təşkilatçılara, PFL-ə təşəkkür edirəm. Xüsusən də qeyd etməliyəm ki, hakimlər komitəsindəki dəyişiklik çempionatımıza müsbət təsir edib. Bizi gözəl günlər gözləyir.

- Legioner limitinin ləğvi ilə bağlı fikirləriniz necədir? “Turan Tovuz” bu qərarın lehinədir, ya əleyhinə?

- Konkret fikir bildirmək olmur. Çünki mən limitin ləğvini elə əsaslandıraram ki, hamı bunu dəstəkləyər. Yaxud da əksinə. Ləğv olunmamasını də eyni cür əsaslandıra bilərəm. Biz sadəcə müddətə etiraz edirik. Çünki uzunmüddətli konktraktlarımız var. Lakin qərar qəbul olunsa, ayaq uyduracağıq.

- İlyarımdır AFFA “Turan Tovuz”un stadionunun ot örtüyünün dəyişdirilməsi üçün maliyyə vəsaiti ayırmır...

- Bizim onların səmimiyyətlərinə qətiyyən şübhəmiz yoxdur. Həqiqətən də büdcədə bunun üçün vəsait yoxdur. Lakin müzakirə gedir. Biz bu məsələni ona görə gündəmdə saxlayırıq ki, sabah maliyyə olarsa, ilk bu məsələ həll olunsun. Çünki biz bu işə öz nöqteyi-nəzərimizdən deyil, futbolumuzun inkişafı baxımından baxırıq.

- Növbəti mövsüm üçün ot örtüyünün dəyişdiriləcəyini dəqiqliklə söyləmək mümkündür?

- Martdan tez düşünə bilmərik. Həmin vaxt klubun İdarə Heyətinin iclasının toplantısı olacaq və orada qərar qəbul olunacaq ki, qazonu nə vaxt dəyişdiririk.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Yanvar 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri