Icma.az
close
up
RU
HƏRBİ HİSSƏDƏ MÜƏMMALI ÖLÜM: Vəli özünü öldürüb, yoxsa... Prezidentə müraciət / FOTO

HƏRBİ HİSSƏDƏ MÜƏMMALI ÖLÜM: Vəli özünü öldürüb, yoxsa... Prezidentə müraciət / FOTO

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bərdə rayonu, Həsənqaya kənd sakini Abbasova Vəsilə Arzuman qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:

"Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Mən, Abbasova Vəsilə Arzuman qızı, oğlum Abbasov Vəli Asəf oğlunun hərbi xidmətdə olarkən müammalı şəkildə ölməsi ilə əlaqədar məlumat vermək istəyirəm.

Oğlum Abbasov Vəli Asəf oğlu 2024-cü ilin yanvar ayının 24-də hərbi xidmətə çağırılıb. O, Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə düşmüşdür. Burada 3 aylıq təlimdən sonra Tovuz rayonunda yerləşən N saylı hərbi hissəyə göndərildi.

Hərbi xidmətdə olduğu müddətdə 2 dəfə məzuniyyətə gəlmişdir. Hər dəfə söhbət zamanı hərbi hissədə heç bir probleminin olmadığını və xidmətinin əla getdiyini deyirdi. Amma xidmət etdiyi müddətdə məndən, əmisindən və dayısından dəfələrlə pul istəyib.

2024-cü il sentyabr ayının 4-də görüntülü zənglə bacısının ad gününü təbrik etmişdir. Ona ayın 10-da postdan düşəcəyini, bundan sona hərbi hissədə görüşə biləcəyini deyib.

Ayın 5-də, axşam saat 8 radələrində hərbi hissədən əmisinə zəng edərək, qara xəbər veriblər. İddia olunub ki, guya, Abbasov Vəli Asəf oğlu intihar etmişdir.

Biz ora gedəndə dedilər ki, postda Xəyal adlı əsgərlə mübahisə edib və Xəyal Vəlinin üstünə silah çəkərək atəş açıb. 

Bunu eşidən bölük komandiri və bölüyün giziri hadisə yerinə getmişlər. Ora gedəndə Vəlidən soruşublar ki, "Xəyal sənə gülə atanda niyə məlumat verməmisən?" Daha sonra "Səni "dizbat"a basıb, 10 il iş verdirəcəm" deyib.

Sonra Vəlinin postda tək qoyub, Xəyalı bölüyə apararkən yenidən gizir qışqıraraq Vəliyə deyib ki, "hazırlaş, səni göndərəcəm "dizbat"a". 

Həmin gün saaat 17:57-də yenidən atəş səsi eşidilib. Hadisə yerinə qayıdıb gəliblər ki, dediklərinə görə, oğlum Vəli özünü alın nahiyəsindən vurub.

Əgər burda insident olubsa, bu əsgərin hər ikisi nizamnaməyə uyğun olaraq postdan çıxarılmalı deyildimi?

Bölük komandiri və gizir ilk hadisə zamanı, yəni Vəli atəş açan zaman niyə yalnız Xəyal adlı əsgəri bölüyə aparıblar? 

Təəssüflə qeyd edirəm ki, Şəmkir Hərbi Prokurorluğu cinayət işində bütün məsuliyyətin Vəlinin üzərində qaldığını bildirdi. Bu işdə cinayətə təhrik və təndid edən şəxslərin heç biri cinayyət məsuliyyətinə cəlb edilmədi. Onların adlarını bu işdənn çıxarıblar.

Resbubilaka Hərbi Prokurorluğundan xahiş edirəm, bu işə yenidən baxılsın və cinəyatkarlar öz layiqli cəzalarını alsınlar". 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 May 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri