Icma.az
close
up
RU
Hərbi ilə əlaqəsi və ya istifadə icazəsi olmayan şəxslərin hərbi forma geyinməsi qanunsuz davranışdır

Hərbi ilə əlaqəsi və ya istifadə icazəsi olmayan şəxslərin hərbi forma geyinməsi qanunsuz davranışdır

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Dəyişikliyə əsasən, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə, inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 800 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək.

Qeyd edək ki, qüvvədə olan Qanuna əsasən, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən digər dəyişikliyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxsin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görə – beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.

Xatirinizdədirsə, 2020-ci il müharibəsindən sonra şəhərdə müharibədə belə olmayan şəxslərin forma geyərək, qanunsuz əməllər törətdiyinə şahid olurduq. Hamı geyinirdi. Kimi sevdiyi üçün, kimi öz qanunsuz əməllərini reallaşdırmaq üçün...

Ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, deputatlar seçicilərlə görüşdə, xalq arasında olanda cəmiyyətimizin bu məsələyə olan münasibətini dəfələrlə eşidib və bu mövzuda müraciətlər alıblar. Bununla yanaşı media platformasında da tez-tez hərbi geyimlə bağlı, bunun müəyyən bir şəkildə məhdudlaşdırılması və müəyyənləşdirilməsi istiqamətində qərarların qəbul edilməsilə bağlı müraciətlər edilirdi.

Şair Ramaldanov

“Hərbi geyimli insana həmişə hər bir cəmiyyətdə hörmət olub. Bu prinsip cəhətdən anlaşılandı. İkinci dünya müharibəsindən sonra sovetlərdə bir müddət qələbə qazanmış əsgərlərin hərbi geyim formasında olmasını görmüşük. Bir neçə il keçəndən sonra bu məsələni müəyyən bir şəkildə tənzimləyiblər. Əfqan müharibəsində sonra da sovetlərdə biz hərbi geyimdə müharibə iştirakçılarının hərbi geyimdə olmasını görürdük. Buna psixoloji cəhətdən müəyyən bir anlayışla yanaşılırdı”-deyən ekspert qeyd edib ki, Azərbaycanda xüsusən də Vətən müharibəsindən sonra hərbi geyimi geyinmiş insan qələbəni təmsil edən bir insan kimi qəbul olunurdu və hərbi geyimdə olan hər hansı bir vətəndaşa həmişə hörmətlə yanaşaraq, onun müraciətlərini diqqətlə dinləyirdilər.

Şair Ramaldanov bildirib ki, bir keçəndən sonra bəzi şəxslər hərbi forma geyinərək, onu məhz şəxsi çirkin əməlləri üçün istifadə etməyə başladılar və özlərini “qazi” adlandıran, bəzən heç müharibədə də iştirak etməyən şəxslər hüquq-mühafizə orqanları dəfələrlə saxlanılıb: “Onlar hərbi formanın arxasında gizlənərək, bu çirkin əməllərə nail olurdular. Belə hallar az deyildi. Bu fakt da, bu yanaşma da, onların davranışı da cəmiyyətimizdə narazılıqla qəbul edilirdi. Çünki xalq bilir ki, doğrudan da döyüşən əsgər heç vaxt belə addımlara yol verməz. Əsl döyüşçü, əsgər qürurla Vətənini qələbəyə aparan yolun yolçusu olduğunu o formanı geyinməklə və formaya hörmət gətirən addımları atmaqla seçilir”.

Şair Ramaldanov qeyd edib ki, çox zaman çirkab işlərdə, tikintilərdə, ümumiyyətlə hərbi ilə əlaqəsi olmayan işlərdə belə hərbi geyimin geyinilməsi faktlarına rast gəlinir: “Bu da cəmiyyət tərəfindən çox ciddi şəkildə tənqid olunur və müraciətlər də olurdu ki, “niyə hərbi geyim bu şəkildə istifadə edilir”...

Hərbi ekspert vurğulayıb ki, hərbi geyimdən istifadə qaydaları qanunla tənzimlənir.

“Həqiqi hərbi xidmətdə olanlar və yaxud səfərbərliklə çağırılıb sonra hərbi xidmətdən ayrılan heyət hərbi geyim formasını ancaq xidməti dövründə daşıya bilər. Digər hallarda hərbi geyim formasını daşımaq qanunsuz sayılır. Hərbi forma zabitlər, gizirlər və digər daimi xidmət edən şəxslərin hərbi xidməti başa çatdıqda, yəni təqaüdə çıxdıqda sənədlərində bu müəyyən bir bənddə qeyd olunur ki, onlara hərbi forma geyinməsi ixtiyar verilir və ya verilmir. Bu, təşəkkürnamə kimi qəbul olunur. Əgər hərbçi təqaüdə çıxanda bu bənd qeyd olunmayıbsa, hərbi geyim formasını geyinmək qanunsuz sayılır”-deyə Şair Ramaldanov əlavə edib.

Şair Ramaldanov qeyd edib ki, təqaüdə çıxan hərbçilər çox az halda hərbi geyim formasından istifadə edirlər: “Rəsmi görüşlərdə, tədbirlərdə, silahlı qüvvələrin ildönümü ilə bağlı tədbirlərdə, şəhidlər xiyabanında və yaxud gənclərlə rəsmi görüşlərdə, televiziya proqramlarına dəvət alan zaman (kanal tərəfindən xahiş edilir ki, hərbi geyimdə gəlsinlər, çünki mövzu ona bağlıdır), dövlət bayramları zamanı hərbi geyim geyinirlər. Və yaxud dövlət orqanlarına hərbi geyimlə bağlı müraciət etmək olar. Çünki hərbi geyimdə olan müraciətçiyə daha diqqətlə yanaşırlar. Digər zamanlarda təqaüdə çıxmış hərbçilər gündəlik həyatda formadan istifadə etmirlər”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Yanvar 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri