Icma.az
close
up
RU
Hərbi komissarın məhkəməsində şahid: Pulu şirinlik kimi vermişəm

Hərbi komissarın məhkəməsində şahid: Pulu şirinlik kimi vermişəm

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Reyting.az
"Report"a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ülfət Məmmədov ifadə verib.
O bildirib ki, Xəzər Tibb Mərkəzində stomotoloq-həkim işləyir: "Aliəvi yaxın tanışımız Maya xanım vardı. Onun oğlu Fuad Rüstəmovun 18 yaşı tamam olmuşdu , imtahan vermək üçün möhlət istəyirdi. Çağırış yaşda olduğu üçün Dövlət İmtahan Mərkəzi arayış tələb edirdi. İmtahana qatılması üçün hərbi komissarlıq stopu götürməliydi. Maya xanım yanımda ağladı, mənim də onun oğlunun bir dayısı olduğumu, köməklik etməyimi istədi. Mən də bununla bağlı Xəzər rayon hərbi komissarı Ramin müəllimə yaxınlaşdım, məsələni izah etdim. O da dedi ki, uşaq gəlsin, özünü görüm. Mən də bunu Maya xanıma söylədim. Uşaq da mənsiz Ramin müəllimin yanına getdi. Bir neçə gündən sonra Maya xanım dedi ki, Ramin müəllim nə qərara gəldiyini öyrənim. Bununla bağlı yenidən Ramin müəllimlə görüşdüm. O, bu məsələnin düzəlməsi üçün biraz xərci olduğunu dedi. Mən də ona Maya xanımın 4 min manatı olduğunu, bundan yuxarı gücü çatdığını dedim. Bundan sonra mən də pulu Maya xanımdan alaraq onlara çatdırdım".
Dövlət ittihamçısı Orxan Kəngərlinin suallarını cavablandıran şahid qeyd edib ki, Ramil Şükürov ondan pulu şəxsən almayıb, 6-cı otağa verməsini tapşırıb. Onun sözlərinə görə, pulu qeyd olunan otaqda Xaliq Əzizova verib.
Daha sonra Ramin Şükürovun vəkili Ceyhun Yusifovun suallarını cavablandıran şahid deyib ki, Ramin Şükürova çatmalı olan pul şirinlik olub:
"Pul olsaydı da, olmasaydı da Ramil müəllim bu işi görəcəkdi. Pulu da şirinlik kimi vermişəm".
Vəkilin pulun şirinlik və ya rüşvət olması ilə bağlı digər suallarına dövlət ittihamçısı etiraz edib. Bildirib ki, şahid bunun "şirinlik" olduğunu deyir. Ceyhun Yusifov isə bildirib ki, şirniyyat ancaq kulinariya da olur.
İzahat verən Ramin Şükürov isə şahidin yalan danışdığını deyib.
Daha sonra şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, həmin ifadəsində göstərib ki, Ramin Şükürov ona bu işlərin görülməsi üçün bəzən 6 min, bəzən də 8 minə başa gəlir: "Dedim ki, Maya xanımın 4 min manatı var. Mən də 4 min manatı alaraq Ramin Şükürovun yanına gətirdim. O da pulu Xaliq Əzizova verməyimi istədi. Mən də pulu ona verdim. Bildirdim ki, pul say, götür. O da pulu sayaraq götürdüm. Xaliqin də bu işlərdən xəbəri olub".
Ülfət Məmmədov ibtidai istintaq ifadəsinin qismən təsdiqləyib. Bildirib ki, Ramin Şükürovla 6 min, 8 min söhbəti olmayıb: "Xalid də pulu mənim yanımda saymayıb. Mən sənədin içinə qoyub vermişəm".
Şahid məhkəmədəki ifadəsini təsdiqləyib.
Proses oktyabrın 15-nə təyin edilib.
Qeyd edək ki, Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.
Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.
Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
Məhkəmənin gedişatında Ramin Şükürov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://reyting.az
archiveBu xəbər 01 Oktyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see268

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see229

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see205

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see189

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see181

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see178

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see168

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see155

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see145

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see144

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see141

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see136

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see134

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri