Icma.az
close
up
RU
Sabiq hərbi komissarın məhkəməsi: “Şirinlik ancaq kulinariyada olur”

Sabiq hərbi komissarın məhkəməsi: “Şirinlik ancaq kulinariyada olur”

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Yenisabah.az report-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ülfət Məmmədov ifadə verib.

O bildirib ki, Xəzər Tibb Mərkəzində stomotoloq-həkim işləyir: Toyuqlu pizza

"Aliəvi yaxın tanışımız Maya xanım vardı. Onun oğlu Fuad Rüstəmovun 18 yaşı tamam olmuşdu, imtahan vermək üçün möhlət istəyirdi. Çağırış yaşda olduğu üçün Dövlət İmtahan Mərkəzi arayış tələb edirdi. İmtahana qatılması üçün hərbi komissarlıq stopu götürməliydi. Maya xanım yanımda ağladı, mənim də onun oğlunun bir dayısı olduğumu, köməklik etməyimi istədi. Mən də bununla bağlı Xəzər rayon hərbi komissarına yaxınlaşdım, məsələni izah etdim. O da dedi ki, uşaq gəlsin, özünü görüm. Mən də bunu Maya xanıma söylədim. Uşaq da mənsiz Ramin müəllimin yanına getdi.

Bir neçə gündən sonra Maya xanım dedi ki, Ramin müəllim nə qərara gəldiyini öyrənim. Bununla bağlı yenidən Ramin müəllimlə görüşdüm. O, bu məsələnin düzəlməsi üçün biraz xərci olduğunu dedi. Mən də ona Maya xanımın 4 min manatı olduğunu, bundan yuxarı gücü çatdığını dedim. Bundan sonra mən də pulu Maya xanımdan alaraq onlara çatdırdım".

Dövlət ittihamçısı Orxan Kəngərlinin suallarını cavablandıran şahid qeyd edib ki, Ramil Şükürov ondan pulu şəxsən almayıb, 6-cı otağa verməsini tapşırıb. Onun sözlərinə görə, pulu qeyd olunan otaqda Xaliq Əzizova verib.

Daha sonra Ramin Şükürovun vəkili Ceyhun Yusifovun suallarını cavablandıran şahid deyib ki, Ramin Şükürova çatmalı olan pul şirinlik olub:

"Pul olsaydı da, olmasaydı da Ramil müəllim bu işi görəcəkdi. Pulu da şirinlik kimi vermişəm".

Vəkilin pulun şirinlik və ya rüşvət olması ilə bağlı digər suallarına dövlət ittihamçısı etiraz edib. Bildirib ki, şahid bunun "şirinlik" olduğunu deyir. Ceyhun Yusifov isə bildirib ki, şirniyyat ancaq kulinariya da olur.

İzahat verən Ramin Şükürov isə şahidin yalan danışdığını deyib.

Daha sonra şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, həmin ifadəsində göstərib ki, Ramin Şükürov ona bu işlərin görülməsi üçün bəzən 6 min, bəzən də 8 minə başa gəlir: "Dedim ki, Maya xanımın 4 min manatı var. Mən də 4 min manatı alaraq Ramin Şükürovun yanına gətirdim. O da pulu Xaliq Əzizova verməyimi istədi. Mən də pulu ona verdim. Bildirdim ki, pul say, götür. O da pulu sayaraq götürdüm. Xaliqin də bu işlərdən xəbəri olub".

Ülfət Məmmədov ibtidai istintaq ifadəsinin qismən təsdiqləyib. Bildirib ki, Ramin Şükürovla 6 min, 8 min söhbəti olmayıb: "Xalid də pulu mənim yanımda saymayıb. Mən sənədin içinə qoyub vermişəm".

Şahid məhkəmədəki ifadəsini təsdiqləyib.

Proses oktyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.

Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.

Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Məhkəmənin gedişatında Ramin Şükürov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Oktyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see9978

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see585

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see267

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see238

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see235

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see200

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see158

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see142

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see141

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see141

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see136

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see132

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see129

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see129

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see126

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see124

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see124

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see122

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see121

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri