Icma.az
close
up
RU
Biz pulu rüşvət deyil, “şirinlik” kimi vermişik” Xəzər rayon keçmiş hərbi komissarının MƏHKƏMƏSİ

Biz pulu rüşvət deyil, “şirinlik” kimi vermişik” Xəzər rayon keçmiş hərbi komissarının MƏHKƏMƏSİ

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kapitan Xalid Əzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadə verib. Cinayət işi üzrə şahid qismində tanınan Ülfət Məmmədov bildirib ki, Xəzər Tibb Mərkəzində stomatoloq işləyir və Xəzər Rayon Hərbi Komissarlığında tibbi komissiyanın üzvüdür.

O bildlrib ki, qonşusunun oğluna hərbi xidmətdən möhlət lazım olub: “Mən Ramin Şükürova yaxınlaşdım. Ona həmin şəxsin gözündə və ayağında problem olduğunu dedim. Çağırışçının onun yanına gəlməsini tapşırdı. Dedim ki, ailənin vəziyyəti yaxşı deyil, 4 min manat verə bilərlər. Razılaşdıq. Qonşudan pulu götürdüm və komissarlığa getdim. Ramin dedi ki, pulu 6-cı otaqda Xalid Əzizova ver. Mən də pulu sənədlərin arasına qoyub təhvil verdim. Xalidin bundan xəbəri yox idi. Biz həmin pulu rüşvət kimi deyil, “şirinlik” kimi vermişik”.

Təqsirləndirilən Ramin Şükürov bildirib ki, şahid məhkəməyə yalan ifadə verir: “Şahid tibbi komissiyanın üzvüdür və yoxlanışda iştirak edir. Lakin həmin həkimin çağırışçının səhhətindən şübhələndiyi hallarda hansı hərəkətləri edəcəyini bilmir”.

Məhkəmədə şahidin ibtidai istintaqa verdiyi ifadə elan edib. Şahid ibtidai istintaqda bildirib ki, təqsirləndirilən Ramin Şükürov ona bəzi şəxslərin 6 min, bəzilərinin 8 min verdiyini deyib. Şahid məhkəməyə verdiyi ifadəni təsdiq edib və bildirib ki, ibtidai istintaqa həyacanlı olduğu üçün belə ifadə verib.

Məhkəmə 15 oktyabrda davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), Emil Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, Xalid Əzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ittiham irəli sürülüb.

Təqsirləndirilən Ramin Şükürov ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Emil Nəbiyevə və Xalid Əzimova isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Daha sonra Ramin Şükürov məhkəmənin qərarı ilə ev dusdalığına buraxılıb

Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.(APA)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 Oktyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri