Icma.az
close
up
RU
“HƏRBİ MƏSƏLƏ ÖZ AKTUALLIĞINI SAXLAYIR...” Prezidentin bəyanatı nədən xəbər verir?

“HƏRBİ MƏSƏLƏ ÖZ AKTUALLIĞINI SAXLAYIR...” Prezidentin bəyanatı nədən xəbər verir?

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 “Prezidentin dedikləri həm şimal, həm də cənubla bağlı təhlükəsizlik məsələlərini əhatə edir...”

"Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyinin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə – sayını demək istəmirəm, amma böyük sayda – xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb".

“AzPolitika” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dünən Kəlbəcərdə sakinlərlə görüşündə bildirib.

Prezident qeyd edib ki, Azərbaycana pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri gətirilib. Onun sözlərinə görə, indi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib: “Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük – dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq".

Ermənistanla sülh prosesinin davam etdiyi, Rusiya ilə münasibətlərin gərginləşdiyi hazırkı dövrdə ölkə başçısının bu bəyanatı mühüm məsələlərdən xəbər verir. Prezident Azərbaycana qarşı hansı potensial təhlükələrdən bəhs edir və onlar haradan istiqamətləndirilir?

Politoloq Fərhad Məmmədov bu barədə “AzPolitika”nın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Prezidentinin dedikləri ümumilikdə bizim regiondakı, həm şimal, həm də cənubla bağlı təhlükəsizlik məsələlərini əhatə edir: “Şimal istiqamətində aktiv hərbi əməliyyatlar davam edir. Cənub istiqamətində isə az əvvəl belə əməliyyatlar olub. Ona görə də Azərbaycanın təhlükəsizlik arxitekturasının tərkib hissəsi olan hərbi məsələ öz aktuallığını saxlayır. Bununla yanaşı, Ermənistanla sülh gündəliyi formalaşdırılır. Lakin bu, Ermənistanın indiki hakimiyyəti ilə razılaşdırılmış və onunla əlaqəli sülh gündəliyidir. Hələ bilinmir ki, Ermənistanda növbəti seçkilərə hansı partiyalar hansı siyasi proqramla gedəcək və erməni cəmiyyəti kimə etimad göstərəcək. Ona görə də Prezident Əliyev də göstərir ki, bu məsələ gündəlikdən çıxarılmır və Azərbaycan öz hərbi qüvvələrinin gücləndirilməsini davam etdirir”.

Ekspert qeyd edib ki, bununla bərabər, əgər bu gün bizim Paşinyanın timsalında Ermənistanla sülh gündəliyimiz varsa da, şimaldan Rusiya, cənubdan isə İrandan Azərbaycana qarşı təhdidlər eşidilir və bunlar həmin ölkələrin dövlət media qurumları tərəfindən səsləndirilir.

“Eləcə də onlar Azərbaycanın üçüncü ölkələrdəki infrastruktur obyektlərinə qarşı hərbi hərəkətlər edirlər. Bütün bunlar birinci növbədə həmin ölkələrlə münasibətdə, ikinci növbədə isə bütövlükdə bizim regionda bu cür gərgin vəziyyət yaradır”, – deyə o vurğulayıb.

F. Məmmədov hesab edir ki, Azərbaycan Prezidentinin çıxışındakı bu hissə məhz Rusiya və İranın Azərbaycanla münasibətlərindəki – ən azı media siyasətindəki – yanaşmaya toxunur. Onun sözlərinə görə, buna paralel olaraq da Azərbaycan bu ölkələrlə normal münasibətlərin qurulması istiqamətində fəaliyyət göstərir. 

Politoloq buna sübut olaraq Azərbaycanın Rusiya ilə Həştərxanda hökumətlərarası komissiyanın toplantısını keçirməsini göstərir.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Avqust 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri