Icma.az
close
up
RU
Prezidentin həyəcanla vurğuladığı məsələ Rəşad Məcidin yazısı

Prezidentin həyəcanla vurğuladığı məsələ Rəşad Məcidin yazısı

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Rəşad Məcid

Mətbuat Şurasının sədri

Prezident İlham Əliyevin 2026-cı ilin ilk günlərində yerli televiziya kanallarına, Azərbaycan mediasının nümayəndələrinə geniş müsahibə verməsi olduqca dəyərli bir ənənəyə çevrilib. Ötən ilə yekun vurmaq, yeni başlanan il üçün nəzərdə tutulanlar barədə fikir bölüşmək baxımından cənab Prezidentin bu müsahibələri xüsusi məna, müstəsna əhəmiyyət daşıyır. Ölkə mediasına daha bir ali diqqət nümunəsi üçün Azərbaycan Prezidentinə ürəkdən təşəkkürümü bildirir və dövlətimizin başçısından müsahibə alan jurnalistləri bu növbəti nailiyyət münasibətilə təbrik edirəm. Aydın məsələdir ki, cənab Prezidentdən müsahibə almaq, ona suallar vermək əksər jurnalistlərin arzusudur və ilin ilk günlərindəcə belə bir imkanı qazanmaq son dərəcə xoşdur.

Müsahibə efirə getdikcə saytlarda və sosial mediada paylaşılan sitatlar misilsiz reaksiyalar doğururdu.

Cənab Prezident 3 dildə – Azərbaycanın xarici siyasətdəki uğurlarından beynəlxalq siyasi arenadakı mürəkkəb duruma, ölkəmizin fəal rol oynadığı qlobal və regional iqtisadi-nəqliyyat layihələrinə, hərbi quruculuqdan daxili idarəçiliyə, hətta məmurların davranışlarına qədər – bütün suallara dolğun cavablar verməklə, qeyd edilən məsələlərə ətraflı aydınlıq gətirməklə, öz təbirincə desək, “hazırlıqlı adam olduğunu” bir daha təsdiqlədi.

Dövlət başçısının cavabları, toxunduğu mövzular ətrafında artıq ciddi müzakirələr başlayıb, təhlillər aparılır və sözsüz ki, bu proses hələ uzun müddət davam edəcək.

Diqqətimi ən çox çəkən, məni qəlbən təsirləndirən ən vacib məqamlardan biri Prezident İlham Əliyevin cavablarında doğma vətənə sevgisinin, Azərbaycan təbiətinə heyranlığının həm rasional-əsaslı şəkildə, həm də səmimi emosionallıqla ifadə edilməsi oldu. Ölkəmizin turizm imkanlarından danışarkən dövlət başçısı Azərbaycanın gözəlliklərini necə də şövqlə, məhəbbətlə vəsf edirdi: “Qarabağ və Zəngəzura gəldikdə, bura cənnətdir. Həqiqətən, təbii cənnətdir”.

Cənab İlham Əliyev indi Qarabağ və Şərqi Zəngəzuru daha yaxından, əyani formada, hətta, demək olar, ovcunun içi kimi tanıyır. Şuşadan Laçına, Laçından Kəlbəcərə yollar, aradakı məsafələr və bunların tunellər çəkiləndən sonra necə qısalaraq xeyli əlverişli olacağı barədə o qədər rahat, ürəkdən danışır, sanki ən gözəl duyğularından, ən isti xatirələrindən söz açır. Mübaliğəsiz deyə bilərəm ki, işğaldan azad olunmuş ərazilərə cənab Prezidentin sevgisi ilahi bir sevgidir və bu barədə danışan kimi onun gözlərindəki qeyri-adi işığı sezməmək mümkünsüzdür.

İki məqama da məxsusi diqqət çəkmək istəyirəm. Cənab Prezidentin bir neçə dəfə Mirşahinə üz tutaraq, etibarlı şahid kimi keçmişi xatırlamasının da dərin mənası vardı və müsahibəyə bir qədər də səmimiyyət qatır, rahat ovqat yaradırdı. Elə Mirşahin də Azərbaycan dili və Vətən torpağı haqqında suallarının fərqli emosional tonu ilə Prezidentin daha da səmimi, kövrək duyğularla cavab verməsinə zəmin hazırlamış oldu.

Azərbaycan dilinin saflığının qorunması məsələsinin Prezident İlham Əliyev üçün xüsusilə vacib və həssas bir mövzu olduğu əslində çoxdan aydındır. Bu barədə dönə-dönə mühüm fikirlər söyləyib, çıxışlarında Ana dili məsələsinə dəfələrlə ayrıca toxunub. Yazıçılar və jurnalistlər çevrəsində cənab Prezidentin səlis nitqi, Azərbaycan dilini mükəmməl bilməsi barədə çox müzakirələr aparmışıq. Prezident öz çıxışlarında, adətən, danışıqda işlətmədiyimiz, az qala, unudulan kəlmələri, xalq dilindən gələn söz və ifadələri elə ustalıqla, sərrast işlədir ki, heyran qalmamaq olmur. Prezidentin nitqindəki bu yüksək məziyyət – dilimizdəki söz və ifadələrin uğurlu istifadəsi, yerbəyer işlədilməsi – əslində dilçilərimiz üçün xüsusi tədqiqat mövzusu olduğu kimi, xalqımıza, əsasən də yeni nəsildən ötrü mötəbər nümunədir. Dövlət başçısının noyabrın 3-də Elmlər Akademiyasının yubileyində bu barədə söylədiyi fikirlərin ardınca həmin mövzuda konfrans keçirərək dilimizin saflığının qorunması ilə bağlı cənab Prezidentin narahatlıqlarını bölüşdük. Bu dəfə isə cənab Prezident mövzunun daha da dərinliklərinə vardı, hətta Ana dili məsələsinin ayrıca geniş bir müsahibə mövzusu olduğunu deyərək jurnalistlərlə gələcək söhbətin anonsunu da verdi.


Dil məsələsinə münasibət bildirərkən cənab Prezidentin söylədiyi bu fikirlər onun Ana dilinə sonsuz məhəbbətinin ifadəsi olmaqla yanaşı, həm də bu sahədəki narahatlıq doğuran cəhətlər, milli kimliyimizə, dövlətçiliyimizə qarşı gizli və aşkar təhdidlər haqqında təsirli xəbərdarlıqdır: “Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir... Dil milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir.

...Bizim dilimiz zəngindir, sən istənilən ifadəni deyə bilərsən, istənilən şeiri yaza bilərsən. Çox zəngin, çox melodik və gözəldir...

Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər...

Efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə etməsinlər. Təbii ki, bizim ziyalılarımız, şairlərimiz, yazıçılarımız onların da sözünə böyük ehtiyac var, onlar da biganə qalmasınlar bu işə. Bunun çox dərin, necə deyərlər, layları var və dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”.

Bu fikirlərdə xalqımızın bağrından qopan narahatlıq dolu çağırışlar, müstəmləkə dövründə dilimizin saflığını fədakarlıqla qoruyan, “Dilim ölsə, mən də ölləm!” hayqıran milli ruhlu şairlərimizin, yazıçılarımızın duyğuları əks olunub. Sovet dövrü üçün inanılmaz bir hadisə – Xalq şairi Xəlil Rzanın yabançı sözlər işlədən şəxsləri simvolik məbləğdə cərimələmək təşəbbüsü və bunun, hətta bir qədər zarafatyana olsa belə, insanların şüuruna, dünyagörüşünə, lüğət ehtiyatına təsir göstərməsi də yaxşı yadımdadır. Ana dilimizin qorunması indi daha ciddi şəkildə gündəmdədir və Prezident İlham Əliyev sözügedən məsələni olduqca ciddi tərzdə, həyəcanla vurğulayaraq hamımızı bu sahədə daha ayıq, həssas olmağa çağırır.

“Azərbaycanlıların yaşadıqları bəzi ölkələrdə Azərbaycan məktəbləri yoxdur. Bu, böyük ədalətsizlikdir və bu ədalətsizliyə son qoyulmalıdır...” – diplomatik məharətlə, ancaq həm də kifayət qədər anlaşıqlı ifadə olunan bu fikirlərin arxasından milli mövqedən, Azərbaycan sevgisindən və azərbaycançılıq idealından qaynaqlanan dərin siyasi-geopolitik mesajlar boy verir.

Vətən və torpaq anlayışları barədə suala cavabında da Prezident İlham Əliyev həm çox təsirli, həm də tutarlı fikirlər söylədi və bu da, zənnimcə, müsahibənin ən yaddaqalan məqamlarından oldu: “Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında, necə deyərlər, ortalığa çıxırdı və hər bir şəhidin şəhid olduğu yer torpaq idi mənim üçün.

Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaq idi. Nə deyim, noyabrın 8-dən sonra nəzarətdə olmayan torpaq mənim üçün Azərbaycan idi.

Amma mənim üçün torpaq o vaxt o idi, Azərbaycan o idi, Xankəndi idi, Xocalı idi. O da artıq azad olundu. İndi, necə deyərlər, torpaq deyəndə, sözün düzü, mən daha çox torpağın keyfiyyətinə baxıram, harada daha münbit torpaq var, harada yaxşı əkin aparmaq olar. Qarabağa gedəndə baxıram, görürəm, orada qara torpaqdır. Deyirəm, nə gözəl məhsuldar torpaqdır. Artıq o torpaq anlayışı, yəni o zədəli, yaralı torpaq anlayışı yoxdur”.

Cənab Prezidentə xitabən sonda: “Sizə bugünkü görüşə görə təkcə müsahibədə iştirak edən həmkarlarımız adından deyil, bütün Azərbaycan mediası adından təşəkkürümüzü bildiririk” – deyən Mirşahinin duyğularına ürəkdən qoşulur, dövlətimizin başçısına bir daha dərin minnətdarlığımızı ifadə edirik.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Yanvar 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri